Göyçay şəhəri Nizami küçəsi dalan 20 də yaşayan sakinlər tərəfindən GundemXeber.Az-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Biz Göyçay şəhəri Nizami küçəsi dalan 20-də yaşayan sakinlər mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik bizim şikayətimizə özləri baxsınlar tədbir görsünlər.Çünki Göyçay rayon icra başçısı Mehdi Səlimzadə vətəndaşların heç bir problemini həll etmək istəmir.Onun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay günü-gündən bərbad vəziyyətə düşür.Bu adamın fəaliyyəti sıfıra bərabərdir. Bizim yaşadığımız Nizami küçəsi, dalan 20-nin yolu çox bərbad gündədir ki, burada nəinki piyada, hətta avtomobilər belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir. Nizami küçəsi dalan 20-də 35 ailə yaşayır.Küçəyə yeni asfalt çəkilməsi üçün dəfələrlə icra başçısı Mehdi Səlimzadəyə ərizələrlə müraciət etmişi, qəbulunda olmuşuq.Hər dəfə problem həll olacaq deyə-deyə bizi aldadır.Bir neçə dəfə bizə cavab məktubu göndərib ancaq onu qeyd edir ki; "Göyçay rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi üzrə nümayəndəliyinin verdiyi rəyə əsasən şəhər ərazisində aparılan abadlıq işləri mərhələli şəkildə aparılır.Həmçinin yaşadığınız dalana yeni asfalt örtüyünün vurulması yaxın zamanlarda nəzərdə tutulur". Diqqət edin ki, icra başçısı biz sakinləri necə aldadır.Çünki bu cavab mktubunu bizə 2018-ci ilin mart ayı tarixində göndərib yaxın zamanlarda küçəyə asfalt vurulacağını qeyd edir.Artıq üstündən bir il müddət keçməsinə baxmayaraq icra başçısı Mehdi Səlimzadənin yaxın zamanı hələ gəlib çatmayıb.Həmçinin Nizami küçəsi dalan 20 də yerləşən fəaliyyəti olmayan köhnə idarənin həyətini zibilxana ediblər ki, buna görə ətrafı antisanitariya bürüyüb. Mehdi Səlimzadənin Göyçaya biganə yanaşmasını başa düşürük çünki bura onun ana vətəni deyil bura o ticarət obyekti kimi baxır. Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik ki, Göyçay şəhəri Nizami küçəsi dalan 20-nin yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz küçənin ortasında olan zibilxana poliqonunun tamamilə təmizlənməsinə göstəriş verəsiniz.. Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq. İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz”.
İmza;Göyçay rayonu Nizami küçəsi dalan 20 sakinləri
1.Məmmədova Firuzə Məhiyyəddin qızı 2.Ələkbərov Elşad Vidadi oğlu Əlaqə telefonu; (051) 613-63-03 3.Rüstəmova Sürəya Hüseyn qızı 4.Həsənova Dilarə Ramazan qızı 5.Həsənova Sonabəyim Əliyusif qızı 6.Namazov Fərhad İlyas oğlu Əlaqə telefonu; (050) 636-66-48 7.Həsənov Ramin Zakir oğlu 8.Namazov Elşad Fizuli oğlu Əlaqə telefonu; (050) 875-21-46 9.Müslümova Səadət Rizavan qızı 10.Heydərov Ehtiram Əli oğlu 11.Namazova Təranə Əhməd qızı 12.Rüstəmov Bəhruz Mirzəqulu oğlu 13.Rüstəmov Kamil Mirzəqulu oğlu 14.Müslümov Bünyad Müslüm oğlu və digərləri.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?