Bu gün bir qrup şəhər sakinləri öz haqlarını tələb edərək Bakı şəhəri İcra Hakimiyyətinin giriş qapısı qarşısında etiraz aksiyası keçirib.
Aksiyanın başlıca səbəbi sakinlərin yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Cavad xan küçəsi 68 A ünvanındakı mənzillərinin həyətində “Memar İnşaat 2017 MTK” şirkətinin qanunsuz olaraq 16 mərtəbəli binanın tikilməsi ilə bağlıdır. Adı çəkilən ünvanda yaşayan doxsan sakinin hamısının şikayətlərini İH nümayəndələri bir ildir ki, laqeyd münasibət göstərir. Bu azmış kimi İH orqanının “əməkdaş”ı qəzetimizin müxbiri Abdulla İsmayıloğlunun qanuni fəaliyyətini məhdudlaşdırmağa çalışır. Hansı yollarla gəlib İH orqanında vəzifə tutan bu ikiayaqlı məmur görün nə qədər harınlayıb ki, dövlətin “Məlumat azadlığı”, “İnformasiya əldə etmək”, “Kütləvi informasiya vasitələri” haqqında olan qanunlarını kobud şəkildə tapdalayır.
Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, “Başda mən olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir, jurnalistlər isə mənim köməkçilərimdir, mən onların yazdıqları ilə bəzi məlumatları əldə edirəm”. Videoda gördüyünüz “məmur”lar nə xalqa xidmət etmək, nə qanunlara, nə də prezidentin göstərişlərinə hörmət etmək kimi bir niyyətləri yoxdur!
Sorğu
Yeni dizaynımız necədir?