“Gündəm Xəbər”in əldə etdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin dosenti, YAP-ın üzvü, Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasında təhsil almış və uzun illər ərzində Azərbaycanın təhsil sahəsində çalışmaqla lazımi elmi biliyə nail olan Kamil Abdullayev, təhsil naziri Ceyhun Bayramovun qəbulunda olduqdan sonra, məhz adı çəkilən vəzifə sahibinin verdiyi tapşırıq əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırılır.
Sözsüz ki, belə bir addımın atılması, çoxları kimi bizi də düşündürməyə başladı. Elə ki, bu yöndə müəyyən məlumatları öyrənməyə çalışdıq, o halda Lənkəran Dövlət Universitetində çalışan şəxslərdən biri (həmin şəxsin adını müəyyən səbəblər üzündən hallandırmırıq) bildirdi ki, “Kamil Abdullayev və Ceyhun Bayramov əslən Gədəbəy rayonundandırlar. Ceyhun Bayramov nazir vəzifəsinə təyin olunduğu vaxtlarda, çoxları kimi Kamil Abdullayev də olduqca sevinc hissi keçirdi. Çünki, o, həm yeni Nazirin savadlı və təhsil üzrə peşəkar mütəxəssis olmasına, həm də yerlisi olduğuna görə sevinirdi. Belə bir səbəb üzündən də, günlərin birində onu məcbur etdik ki, sevinc hislərini “yumaq lazımdır”. İnsafən Kamil Abdullayev təklifimizə heç də “otkaz” etmədi və bizim təkidimiz əsasında baş tutan məclisdəkilərin xərcini “canbaşla da ödədi”. Bu gün isə, o, Ceyhun Bayramovun vermiş olduğu tapşırıq əsasında daşıdığı vəzifəsindən uzaqlaşdırılıb. Vallah-billah belə bir halın varlığı, bu gün də məni əməlli-başlıca şoka salıb”. Lənkəran Dövlət Universiteti əməkdaşının bildirdiyi açıqlamadan əlavə, başqa bir məlumat da əldə edə bildik ki, sən demə Kamil Abdullayevin daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına əsas səbəb, məhz adı çəkilən şəxsin Sumqayıt Dövlət Universiteti ilə bağlı sosial şəbəkədə paylaşımlar yayması olur. Bu da onu söyləməyə əsas verir ki, azərbaycanlı olan ziyalı təhsil müəssisələrində baş verən neqativliklərin hər birinə göz yummalıdır, səsini çıxarmamalıdır, qulaqlarını kar, gözlərini isə kor etməlidir, “qaraya da ağ” deməlidir, yoxsa oxşar aqibəti həmin ziyalılar da yaşaya bilərlər. Çünki, bura...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?