GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məni kor edən həkimi Səhiyyə Nazirliyi müdafiə edir - İTTİHAM

Məni kor edən həkimi Səhiyyə Nazirliyi müdafiə edir - İTTİHAM

Tarix: 20-04-2019, 16:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 686
Məni kor edən həkimi Səhiyyə Nazirliyi müdafiə edir - İTTİHAM


Tanınmış jurnalist Qabil Babayev çətin durumdadır. Jurnalist sosial şəbəkədən onu gözünü kor edən həkimi və həkimi müdafiə edən Səhiyyə Nazirliyini ittiham edib. Jurnalistin yazdığı statusu olduğu kimi təqdim edirik.

"2015-ci ildə 3 yaşlı övladımın əlindəki mobil telefon sağ gözümə dəyib. Bununla əlaqədar olaraq, həmin vaxt işimlə bağlı Yevlax şəhərində yaşadığım üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasında "göz həkim”i işləyən Məhəmməd İsrail oğlu Qorçiyevə müraciət etmişəm. M.Qorçiyev gözümə diaqnoz təyin edib və 2 aylıq resept yazıb. Müalicə bitdikdən sonra yenidən yanına gəlməyi məsləhət görüb. Lakin bu hadisədən bir neçə gün sonra gözüm tutulub. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimlərinin məsləhəti ilə gözümü Türkiyədə əməliyyat etdirmişəm. Gözümün əməliyat olunmasına və bu günədək müalicənin aparılmasına baxmayaraq, gözümü normal hala qaytarmaq mümkün deyil. Təssüf ki, müvafiq qurumlar bu məsələyə obyektiv yanaşmır, məhkəmələr ədalətsiz qərarlar çıxarır.
Belə ki, M.Qorçiyevin təyin etdiyi səhv diaqnozun nəticəsi olaraq gözümün tutulması ilə bağlı 2016-cı ildə Yevlax Rayon Məhkəməsinə müraciət etmişəm. Yevlax Rayon Məhkəməsi tərəfindən iş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə ekspertizaya göndərilib. Təssüf ki, ekspertiza tərəfindən iş üzrə həqiqətəuyğun olmayan saxta rəy verilib. Gözümün tutulması əsassız olaraq anadangəlmə problemlərlə əlaqələndirilib. Halbuki, bu hadisəyə kimi heç eynəkdən belə istifadə etməmişəm. Qeyd edim ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən rəyin verilməsi 2016-cı ilin sonundan 2018-ci ilin ortaları olmaqla, təxminən 1 il yarım çəkib. Buna səbəb isə Birliyin nümayəndəsi Ziyafəddin Məmmədovla həkim Qurban İsmayılovun bir-biri ilə anlaşa bilməmələri olub. Təsadüfi deyil ki, Birlikdən mənə bir neçə dəfə zəng edərək ekspertizaya çağırsalar da, Q.İsmayılov ekspertizanı keçirməkdən imtina edib. Q.İsmayılov hər dəfə bildirib ki, ekspertizaya bütün lazımi sənədlər və hadisə ilə bağlı həqiqəti üzə çıxaracaq suallar göndərilməyib. Bununla da, gözümün tutulması ilə bağlı M.Qorçiyevin əməllərini ört-basdır etmək istəyirlər. O, isə buna yol verməyəcək. Rəyi doğru suallar alandan sonra yazacaq və M.Qorçiyevin əməllərini üzə çıxaracaq. Birlikdən isə deyiblər ki, rəyin doğru və ya yalan tərtib olunması Q.İsmayılovdan asılıdır. Beləliklə, proses uzanırdı. Bu çərçivədə isə getdikcə Z.Məmmədovla Q.İsmayılovun bu məsələ ilə bağlı münasibətlərinin normallaşdığı hiss olunurdu. Buna baxmayaraq, sonuncu dəfə 2018-ci ilin yayında Q.İsmayılovun yanında olanda o, yenə deyib ki, rəyi yalnız doğru suallar alandan sonra yazacaq. Lakin bu hadisədən bir neçə gün sonra mənə Yevlax Rayon Məhkəməsindən prosesə çağırış gəlib...
Mən buna etiraz olaraq, ekspertizanın yalanlarını üzə çıxarmaqla, işə konkret suallar üzrə yenidən baxılması və təkrar ekspertizanın təşkili üçün Yevlax Rayon Məhkəməsində vəsatətlə çıxış etdim. Təssüf ki, Yevlax Rayon Məhkəməsinin hakimi Vəzirxan Məlikov vəsatəti təmin etməyib və 06.08.2018-ci il tarixində həqiqətlə uyğunlaşmayan, ədalətsiz qətnamə çıxarıb. Daha sonra Yevlax Rayon Məhkəməsinin qərarından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişəm. Təssüf ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyevin verdiyi 21.11.2018-ci il tarixli qərarla Yevlax Rayon Məhkəməsinin ədalətsiz qətnaməsi qüvvədə saxlanılıb. (Yeri gəlmişkən, 1 qətnamədə eyni şəxsin ad və soyadının yazılışında bir neçə dəfə səhv buraxan hakimlər tərəfindən qəbul olunan qətnamələrin obyektivliyinə nə dərəcədə inanmaq olar?)
Bu vaxtadək gözümü müayinə edən bütün həkimlər gözümün M.Qorçiyevin səhv diaqnoz qoyması səbəbindən tutulduğunu bildiriblər və onların bununla bağlı rəyləri var. Onlar bildiriblər ki, M.Qorçiyevin təyin etdiyi diaqnoz və yazdığı resept səhv olub. Əslində həmin vaxt gözüm əməliyyat edilməli olub. Həmçinin, Türkiyədə əməliyyat edildikdən sonra M.Qorçiyevin yanında olarkən o, gözümün özünün səhv diaqnoz qoyması səbəbindən tutulduğunu etiraf edib.
Onu da bildirirəm ki, gözüm tutulandan və əməliyyat ediləndən indiyədək müalicə aparılır. Həkimlərin rəyinə əsasən, bu proses mütəmadi olaraq aparılmalıdır.
Həmçinin, bildirirəm ki, bu, M.Qorçiyevin birinci belə əməli deyil...
Maraqlıdır ki, xəstələrə şəfa vermək əvəzinə, onların sağlamlığına daha ciddi ziyan vuran, səhiyyə işçilərinin adına xələl gətirən və digər bu kimi əməllərə yol verən M.Qorçiyev barəsində heç bir tədbir görülmür, onun fəaliyyəti araşdırılaraq lazımi tədbirlər görülmür. Həmçinin, sual yaranır ki, insanların sağlamlığına daha ciddi zərər vuran, bu vaxtadək etdiyi hərəkətlərə görə cəza almayan M.Qorçiyevin bundan sonra da belə əməllərə yol verməyəcəyinə, insanları şikəst etməyəcəyinə, onları öldürməyəcəyinə kim zəmanət verir?
Təssüf ki, müvafiq qurumlar, xüsusilə də, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bu suallara aydınlıq gətirmir və bu məsələnin üstündən keçməyə çalışır. Yekun qərarın isə növbəti həftə Ali Məhkəmədə elan olunacağı gözlənilir. Əlbəttə ki, bu qərardan müsbət gözləntim yoxdur. Bu vaxtadək verilən saxta qərarlar, şahidi olduğum proseslər mənə bunu deməyə əsas verir.
Sadəcə məqsədim budur ki, bilməyənlər də bilsinlər ki, heç bir həkim yazdığı reseptə, təyin etdiyi diaqnoza görə, cavabdehlik daşımır. Vətəndaş (xəstə) həkimin qəsdən və ya bilməyərəkdən yazdığı dərmanlardan, təyin etdiyi diaqnoz əsasında aldığı müalicədən şikəst olsa və ya ölsə, buna görə həkimə heç nə deyilmir. Bunu şərtləndirən qanun da yoxdur. Təsadüfi deyil ki, bu gün ən peşəkar vəkillərə belə həkimin səhlənkarlığı, səriştəsizliyi, qəsdi və digər bu kimi amillərlə bağlı baş verən hallarla əlaqədar müraciət olunduqda, onlar belə məsələlərlə bağlı məhkəmələrə müraciət etməyin faydasız olduğunu deyirlər. Niyəsi isə ondan ibarətdir ki, haqlı olsan da, səni haqsız çıxaracaqlar. Vəssalam...
...Fikrimcə, şəfa vermək əvəzinə xəstələri daha ağır bəlalara düçar edən, onları şikəst edən, öldürən adını "həkim” qoyanların (vicdanlı, peşəkar, işini sevən, xəstəyə pul kimi baxmayan və digər bu kimi yüksək keyfiyyətlərə malik əsl həkimlər nəzərdə tutulmur və onlara böyük hörmət bəsləyirəm) cəzasız qalması ilk baxışda bəziləri üçün sadə görünsə də, çox ciddi məsələdir..."
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş həkim işdən azad olundu: digərlərinə şiddətli töhmət verildi

    Baş həkim işdən azad olundu: digərlərinə şiddətli ...

    2-11-2017, 12:46

  • 
  • ""Dobromed" Hospitalında pulumu alıb, gözümü kor etdilər..." - GİLEY

    ""Dobromed" Hospitalında pulumu ...

    28-05-2018, 12:05

  • 
  • Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi haqqında ŞOK İTTİHAMLAR

    Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi ...

    17-02-2016, 13:35

  • 
  • ""Dobromed" Hospitalında pulumu alıb, gözümü kor etdilər..." - GİLEY

    ""Dobromed" Hospitalında pulumu ...

    21-05-2018, 13:41

  • 
  • Taleyin ümidinə buraxılan xəstələr

    Taleyin ümidinə buraxılan xəstələr ...

    2-05-2014, 09:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu