Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin qanunsuz əməllərindən bəhs etmişdik. Həmçinin bildirmişdik ki, adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub.
Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. Bu günlərdə cumhuriyyet.az-a bələdiyyə sədri ilə bağlı daha bir ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, S.Əliyev rəhbərlik etdiyi qrum daxilində ciddi problemlər yaşayır. Belə ki, bələdiyyə üzvləri sədrdən narazılıqlarını açıq ifadə edərək onu yeni dönəmdə bələdiyyə sədri görmək istəmədiklərini bildirirlər. Onu da bildirək ki, Masazır bələdiyyəsində dəfələrlə qalmaqallı hadisələr baş verib. Bunlardan biri ilə bağlı xatırladaq ki, bir neçə il bundan əvvəl Masazırda bələdiyyə üzvlərinin iclasında qan tökülüb.Belə ki, bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyevin müavini Maşallah Abışovla komissiya sədri Niyaz Qubadov arasında dava düşüb. Məlumata görə, davaya səbəb N.Qubadovun bələdiyyə sədrinin imzaladığı qanunsuz əmrlərdən birinə etiraz etməsi olub. Belə ki, iclasda bələdiyyə sədri Siyanfər Əliyevi kəskin tənqid edən və onun qanunsuz əmrlərinə etiraz edən komissiya sədri N.Qubadov sədrin müavini M.Abışovun kəskin narazılığı ilə qarşılaşıb. Tərəflər arasında yaranan mübahisə qızışıb. M.Abışov otaqda əlinə keçən böyük qıfılı N.Qubadovun başına vurub. Bunun ardınca başı qana boyanan N.Qubadovun üstünə Təcili Tibbi Yardım maşını çağırılıb. Bu yaxınlarda da Masazır bələdiyyəsindəki qarşıdurmaya həkim müdaxiləsi edilib. Bu il martın 7-də Masazır bələdiyyəsinin iclası zamanı bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu naməlum səbəbdən insult keçirib. Təcili yardım maşını ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılan bələdiyyə qulluqçusu bir müddət orda müalicə alsa da vəziyyəti stabilləşməyib və mart ayının 25-də ağır vəziyyətdə xəstəxanadan çıxarılıb. Bu haqda məlumatı Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindən bildiriblər. Qeyd olunub ki, xəstənin bədəninin hansı bir hissəsində döyülmə izinə rast gəlinməyib və onun əvvəl də infarkt keçdiyi haqda yerli xəstəxananın rəyi də olub. O, xəstəxanada olduğu müddətdə huşsuz olub, “müdir, mən çek vururam” sözlərindən başqa ifadələr işlətməyib. Əldə olunan məlumata görə, Ürfət Hüseynov bir-neçə gün əvvəl vəfat edib. Məsələ ilə bağlı, mətbuatda bələdiyyə qulluqçusunun Bələdiyyə sədri Siyanfər Əliyevlə arasında baş verən konflikt zamanı komaya düşməsi haqda məlumat yayılmışdı. Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 7-də dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib. Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edib. Hazırki proseslər göstərir ki, Masazır bələdiyyəsinin üzvləri artıq belə bir durumla barışmaq istəmirlər. Bələdiyyə daxilindəki mənbənin bildirdiyinə görə, S.Əliyevin uzun illər qəsəbədə əldə etdiyi imkanlardan indi bələdiyyə üzvləri pay istəyir: “Masazır ərazisində Siyanfər əliyevə məxsus xeyli sayda torpaq sahələri var. Qəsəbənin müxtəlif yerlərində olan bu torpaqlar maraqlı bir vasitə ilə nişanlanıb. Belə ki, bələdiyyə sədrinin torpaqlarının hamısı üç daş üzərində hasara alınıb.” Mövzunu diqqətdə saxlayacayıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?