GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Korrupsiya girdabında boğulan bələdiyyə sədri

Korrupsiya girdabında boğulan bələdiyyə sədri

Tarix: 7-03-2016, 17:12 Bölmə :Manşet Baxış: 0
Korrupsiya girdabında boğulan bələdiyyə sədri

Masazır bələdiyyəsini MTN generalı Akif Çovdarova nə birləşdirir?

Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Bələdiyyə sədri Əliyev Siyanfər Muzəffər oğlu Masazır bələdiyyəsi formalaşdığı gündən həmin bələdiyyəyə sədr seçilmiş və bu günə kimi bələdiyyə sədri kimi fəaliyyət göstərir. Masazır kəndi Abşeron rayonunda ərazisinə və təbiətinə görə xüsusilə fərqlənir. Masazır bələdiyyəsinin 2000 ha qədər torpaq sahəsi vardır. Bələdiyyə büdcəsi, torpaq və əmlak vergisi, mənfəət vergisi, reklam və digər vergiləri və əsasən fiziki və hüquqi şəxslərə bilavasitə və açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaqların satışından gələn maliyyə vəsaiti hesabına formalaşır. Bundan başqa Masazır kəndində zibil pulu və qəbirstanlıqdan da bələdiyyə büdcəsinə gəlir gəlməli idi. Lakin son 5 ildə Masazır qəbirstanlığından və zibil pulundan büdcəyə cüzi pullar daxil olmuş, bələdiyyə sədri həmin pulları nəğd şəkildə mənimsəmişdir. Bildiririk ki, ”Qurtuluş-93” və “Yeni Bakı” yaşayış massivləri kimi böyük yaşayış komplekslərindən və “ŞOK” və digər böyük və kiçik marketlərindən zibil pulu kimi hər ay külli miqdarda vəsait bələdiyyə büdcəsindən yayınıb, birbaşa bələdiyyə sədri Siyanfər Əliyev mənimsəyib. Sahibkarlıq məqsədi ilə verilmiş torpaqların vergilərini isə iki hissəyə bölüb, bir hissəsini bir qrup şəxslərlə bələdiyyə sədri birləşib mənimsəyib, bir hissəsini isə büdcəyə mədaxil ediblər. Bələdiyyə büdcəsindən iclasın qərarı ilə kəndin abadlaşması, bələdiyyə mülkiyyətinə, su, zibil tullantılarının daşınması üçün maşınlar eyni zamanda, ekskavator-yükləyici texnikaları alınmışdır. Lakin həmin texnikaların alınması zamanı bələdiyyə sadri S.ƏIiyev təkbaşına, heç kimlə məsləhətləşmədən öz marağını təmin etmək məqsədilə həddindən artıq qiymət şişirtmələrinə yol vermişdir. Belə ki, bələdiyyə mülkiyyətinə alınmış texniki cəhətdən nasaz olan Kamaz markalı su maşını dəyərindən çox baha qiymətə alınmışdır. Həmin su maşını bir müddət işlədikdən sonra tam yararsız hala düşmüş, onun təmiri üçün əsassız olaraq bələdiyyə büdcəsindən pul silinmişdir. Minik maşını olan Niva Şevralit maşını il ərzində bir neçə dəfə cari təmirə saxlanılmış, onun təmirinə dəyərindən bir neçə dəfə artıq pul xərclənmişdir. Bir neçə il əvvəl baha qiymətə alınmış ekskavator-yükləyici artıq istifadəyə tam yararsız hala duşmüşdür. Onu da qeyd edirik ki, həmin ekskvator MTN-in müavini Akif Çovdarovun Masazırda yerləşən parniklərində uzun müddət arenda kimi işləmişdir. Lakin həmin vəsait sədr tərəfindən mənimsənilib, bələdiyyə büdcəsinə mədaxil edilməmişdir. Masazır bələdiyyəsi tərəfindən Baki - Sumqayıt şossesinin kənarında, eyni zamanda Masazır kəndinin mərkəzi hissəsi olan Ə.Vahid küçəsi boyunca onun hər iki tərəfində və Zəngilan qaçqınları üçün tikilmiş yeni yaşayış kompleksinə qədər olan ərazidə əkilmiş dekarativ ağacların sayı və qiyməti bilərəkdən şişirdilmiş, bunun da nəticəsində bələdiyyə sədri S.M Əliyev tərəfindən bələdiyyə büdcəsinə xeyli ziyan dəymişdir. Bələdiyyə sədri öz şəxsi mənafelərini təmin etmək üçün bələdiyyə mülkiyyətində olan 100 ha-la torpaq sahəsini satmışdır. Bununla da o, öz səlahiyyət həddini aşaraq korrupsiya cinayətlərinə yol vermişdir. Bələdiyyə sədri S.M.ƏIiyev böyük bir sahibkara çevrilmiş, Masazır kəndində özünə üçmərtəbəli Brilliant şadlıq sarayı, Luqano ailəvi-istirahət kompleksi, sayı 10-a qədər olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyektlər tikmişdir. Onun Xırdalan şəhərində 28 ədəd 8 sot, hər birinin bazar qiyməti 120000 (yüz iyirmi min) manat olmaqla 28 ədəd, Sumqaıt yolunun Saray qəsəbəsinə aid bir neçə hektar, sədri olduğu Masazır qəsəbəsində də Masazır-Novxanı yolunun sol tərəfində 4 hektar torpaq sahələrini müxtəlif adamların adına sənədləşdirərək götürüb. Masazır qəsəbəsində yerləşən Brilliant şadlıq evinin tək içərisinə yığdığı avadanlıqlara bir milyon manat pul sərf edib. Bu şadlıq evinin tikintisinə isə bir neçə milyon manat pul sərf edilib. Yazıb “Gündəm Xəbər” qəzetinə bildiririk ki, Masazır Bələdiyyəsinin büdcəsi korrupsioner bələdiyyə sədri S.ƏIiyev tərəfindən talanmaqdadır.Torpaq satışından və vergidən formalaşan büdcəni müxtəlif vasitələrlə qeyri-qanuni mənimsəyir. Son zamanlar isə torpaq satışını köhnə sovxoz qərarları ilə həyata keçirir və bu da büdcəyə gələn

gəliri azaldır. Torpaq Köhnə sovxoz qərarları ilə sənədləşdirilərkən Bələdiyyə büdcəsinə hərracın son qiymətinə uyğun olaraq hər bir sotuna görə 800-850 manat pul məbləğində vəsait köçürülmür və bu məbləği Masazır bələdiyyəsinin sədri S.ƏIiyev birbaşa özü mənimsəyir. Bildiririk ki, bu hallar dəfələrlə təkrar olunur və Masazır bələdiyyəsinin büdcəsinə külli miqdarda ziyan dəyib. Harınlamış bələdiyyə sədri cənab Prezidentin qəbul etdiyi qanunları da kobud şəkildə pozur. Ölkə prezidentinin 23 noyabr 2007-ci il tarixli, 2523 saylı fərmanı ilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanuna edilən dəyişikliklər nəticəsində bələdiyyə torpaqlarının birbaşa satışı qadağan edilib. Qanunun 9.1-ci maddəsinə edilən dəyişikliyə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu qanunun qəbul olunmasına baxmayaraq 14 mart 2008-ci ildə birbaşa vətəndaşla alqı-satqı edib torpaq satışı ilə məşğul olub. Bir neçə sənəd bu haqda ərizəyə əlavə edirik. Belə faktlar artırmaq olar. Bələdiyyənin sədri S.Əliyev Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verir, bələdiyyə qərarlarının icrasını təmin etmir. Bələdiyyə büdcəsini aidiyyatı üzrə xərcləmir və bələdiyyə üzvləri ilə razılaşdırmır. Dəfələrlə ona etdiyimiz şifahi xəbərdarlığa baxmayaraq, özbaşına hərəkətlərini davam etdirir. Masazır-Novxanı yolunun işıqlanmasına dəfələrlə pul vəsaiti ayrılıb və xərclənməyib, bələdiyyə sədri tərəfindən mənimsənilib. Son dəfə 2015-ci ildə 45000 (qırx beş min manat) bələdiyyə büdcəsindən vəsait ayrılıb, bu məbləğin işıqlanmaya kiçik bir hissəsi xərclənib, qalan hissəsini də yenə sədr mənimsəməyə hazırlaşır. Onun qanunsuz hərəkətləri bu gündə davam edir. O, Masazır bələdiyyəsini öz şəxsi mülkiyyəti kimi idarə edir. Bu günə qədər zibil pulundan Masazır bələdiyyəsinin büdcəsinə cüzi vəsait daxil olub, nəğd şəkildə bələdiyyə sədri hər ay on minlərlə manat pulu mənimsəyib. Təkcə onu qeyd etmək istəyirik ki, “Qurtuluş-93” yaşayış kompleksindən zibil pulu bir ay üçün 3 min manat vəsaiti mənimsəyir. Masazır qəbiristanlıqdan isə gələn gəlirlərin də çox hissəsini mənimsəyir. Yuxarıda yazılanlara əsaslanaraq Sizdən xahiş edirik ki, Masazır bələdiyyəsinin sədri Əliyev Siyanfər Müzəffər oğlunun hərəkətlərində korrupsiya hüquqpozmaları ilə bağlı əlamətləri mövcud olduğuna görə onun haqqında xüsusi araşdırma aparılması barədə göstəriş verəsiniz. Yazıda qeyd olunan ağır korrupsiya faktları ilə bağlı “Gündəm Xəbər”ə ünvanlanan müraciətin surətləri, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Z.Qaralova Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini cənab Z.Nağdəliyevə və Abşeron rayon prokuroru cənab R.Seyidova Bir qrup Masazır Bələdiyyə üzvləri tərəfindən göndərilmişdir. Səsləndirilən ittihamlarla bağlı qarşı tərəf olan Siyanfər Əliyevlə əlaqə saxlaya bildik. Siyanfər Əliyev deyilənləri böhtan və yalan adlandırdı. Qəzet olara bildirək ki, deyilənlər yalan olsayıdı 12 nəfər bələdiyyə üzvüləri tərəfindən açıq-aşkar yuxarı inistansiyalara şikayət etməzdilər.

Araşdırmalarımız davam edir.

Qəzetimizi izləyin.

Tarıyel Bayramov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Masazır bələdiyyəsindən şikayətçiyə inanılmaz təklif

    Masazır bələdiyyəsindən şikayətçiyə inanılmaz ...

    4-06-2013, 22:08

  • 
  • Masazır bələdiyyəsində kütləvi etiraz: Siyanfər Əliyevin “üç daş oyununun” açması

    Masazır bələdiyyəsində kütləvi etiraz: Siyanfər ...

    22-04-2019, 13:42

  • 
  • Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

    Akif Çovdarovla işbirliyində olan bələdiyyə ...

    18-12-2018, 14:07

  • 
  • XOCƏSƏN BƏLƏDİYYƏSİNDƏ TƏLƏM-TƏLƏSİK TORPAQ ALVERİ

    XOCƏSƏN BƏLƏDİYYƏSİNDƏ TƏLƏM-TƏLƏSİK TORPAQ ALVERİ ...

    14-10-2019, 14:27

  • 
  • Masazır dağılır

    Masazır dağılır ...

    9-04-2013, 10:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu