GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş nazirin müavini nədən belə narahatdır?!

Baş nazirin müavini nədən belə narahatdır?!

Tarix: 5-05-2019, 16:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 803
Baş nazirin müavini nədən belə narahatdır?!


Hazırda Baş nazir müavini vəzifəsini tutan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun keçmiş vəzifəsində törətdiyi cinayət əməlləri barədə silsilə yazıları Xeberman.com saytında dərc edirik. Bizim saytla bərabər, bir sıra kütləvi informasiya vasitələrinin də verdiyi həmin yazılar, əsasən, sabiq merin həmin vəzifəni icra edərkən dövlət əhəmiyyətli binaları saxta yollarla öz yaxınlarının adına özəlləşdirməsi, sahibkarların mülklərini qeyri-qanuni üsullarla əlindən alması, şəhər İcra Hakimiyyətinin tikinti işlərini aparan fəhlələrin məvacibini veməməsi ilə bağlıdır.

Baş nazirin müavini mətbuatda onun qeyri-qanuni əməlləriylə bağlı yayılan məlumatlara: "Bu günə qədər mənəviyyatımı qoruya bilmişəm!” deməklə, münasibət bildirib. Sabiq mer bizim saytımıza açıqlamasında da bildirib ki, onun haqqında verdiyimiz informasiyalar yalan və iftiradan başqa bir şey deyil. Bu səbəbdən, təcili təkzib verməli, şikayət doğuran materialları dövriyyədən çıxarmalıyıq.Əks halda, DTX-nə və Baş Prokrorluğa müraciət edəcəyini qəti şəkildə bildirib: Bu barədə Hacıbala müəllimin köməçisi Ədalət bəyin şəxsən özü Xeberman.com saytının rəhbəri Polad Aslanova bildirib.

Baş nazirin müavini nədən belə narahatdır?!


İndi isə keçək Hacıbala müəllimin özünün mövqeyinə. “Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunan və hazırda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin sədr müavini vəzifəsində işləyən Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq, tikdiyi obyektlər haqqında məlumatlar adiyyatı dövlət orqanlarına məlum olduqdan sonra, öz gördüyü işləri ört-basdır etməyə çalışması, eləcə də ona nail olmadıqda əvvəllər məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantaj metodudur.
Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm.Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə, çox-çox böyükdür".

Baş nazirin müavini nədən belə narahatdır?!


Hacıbala Abutalıbovun bu tərzdə təkzib verdirmək istəməsi, heç cür başa düşülən deyil. Çünki saytımıza qarşı şikayətini ciddi arqumentlərlə ortaya qoymalıydı. Vidadi Əliyevin onun haqqında yalan və böhtan kampaniyasına başlaması fikrinə də heç cür haqq qazandırmaq olmur. Çünki Vidadi Əliyev Hacıbala Abutalıbovun onun haqqında ciddi ittihamlar irəli sürməsinə münasibət bildirərkən dedi ki, onun sabiq merlə heç bir düşmənçiliyi yoxdur ki, bu metoda əl atsın: "Mən, bu barədə, elə, bu gün xəbər tutdum. Əleyhimə belə ittiham önə çəkməsinin nə mənası?!. Bu, açıq-aşkar fəaliyyətimə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzumu zədələmək üçün qondarma fikirlər irəli sürmək deməkdir. Tənqid obyekti heç bir əsaslandırma olmadan necə belə ittihamlara məruz qala bilər?
Bütün dediklərindən narazı qalıb, dünən Nazirlər Kabinetinə getdim ki, Hacıbala müəllimlə görüşüm, bu məsələyə, haqqımda dediklərinə sivil qaydada aydınlıq gətirmək üçün! Lakin köməkçisi Ədalət müəllimi birinci mərtəbədə mənimlə söhbətə göndərdi. Mənimlə səmimi görüşən Ədalət müəllim dedi ki, Hacıbala müəllim deyir ki, guya, məndə onun imzasıyla olan, Bakı Şəhər İcra Hakimiyyətinə aid orjinal sənəd və sərəncamlar var. Həmin rəsmi sənədləri ona təhvil verəndə, məni qəbul edəcək və məsələyə aydınlıq gətirəcək. Nə orijinal sənədlərdir bilmirəm! Görünür, Hacıbala Abutalıbov nədənsə çox narahatdır və elə, bu səbəbdən də, məni gözümçıxdıya salmaq istəyir. Hacıbala Abutalıbovun mənə qarşı haqsızlığına, ədalətsiz mövqeyinə, bir sözlə, "qara piar" kampaniyası başlamasına dözməyərək, elə, Nazirlər Kabinetindən çıxan kimi, iş yerimə gəlib, istefa üçün ərizəmi yazdım. Gərəkdir ki, mən də, mübarizəmi layiqincə və vicdan çərçivəsində aparım ki, sonda heç kəs məni qınamasın. Ümidvaram ki, kimin haqlı olduğu tezliklə məlum olacaq. Böyük Allah da, daim haqqın tərəfindədir."
Vidadi Əliyev deyir ki, Hacıbala Abutalıbov mer olanda, onunla heç bir ədavəti olmayıb. Hətta daim dövlət və dövlətçilik naminə çalışaraq, öndə gedən, bacarıqlı bir mütəxəssis kimi, haqqında həmişə xoş sözlər də deyib, yüksək vəzifələr verib: "Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda, səmərəli əmək fəaliyyətimi nəzərə alaraq, 2017-ci ilin may ayının 25-də 55 yaşım tamam olanda yubileyim münasibətilə məni Bakı Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi. Onda mən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil fondunun istismarı və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdım. Mən necə cinayətkar ola bilərdim ki, o, məni, bundan sonra da, İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini kimi daha məsul bir vəzifəsinə təyin edib?!. Bir də, mən, onun haqqında nədən mətbuata məlumatlar ötürüm?!. Haqqında bildiklərimi, elə, əlaqədar dövlət qurumlarına təqdim edə bilmərəm?!.

Bir daha deyirəm ki, Hacıbala Abutalıbov məni bacarıqlı mütəxəssis, vicdanlı vəzifə sahibi kimi tanıyıb həmişə. Bu səbəbdən, əməyimi bütün vəzifələrdə yüksək qiymətləndirib. Elə, götürək, 30 mart 2018-ci ildə Hacıbala Abutalıbovun Baş Nazirin müavini Abid Şərifova yazdığı məktubu. Müraciət xarakterli bu məktubda, qarşıdan gələn 10 aprel İnşaatçılar günü peşə bayramı ilə əlaqədar olaraq, mənə Azərbaycanda Tikinti Kompleksinin İnkişafındakı xidmətlərimə görə, "Tərəqqi" medalı təltif edilməsi məsələsinə baxılmasını ondan xahiş edib. Başçı, məktubunda əsas olaraq onu göstərib ki, mən, paytaxtda aparılan yenidənqurma, abadlaşdırma işlərindəki xidmətlərimə görə, buna layiqəm. Bəli, bu doğrudan da, belədir; Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında, parkların və xiyabanların yenidən qurulması və abadlaşdırılması ilə bağlı həyata keçirilən bütün işlərdə can-başla iştirak etmişəm. Yorulmaq nədir, bilməmişəm.

Ümumiyyətlə, hamı məni cənab prezidentin həyata keçirdiyi bütün işlərin ürəkdən dəstəkçisi kimi tanıyıb. Çünki bu böyük şəxsiyyətin dövlət başçısı postunda həyata keçirdiyi möhtəşəm siyasəti naminə, bütün varlığımla canımı fəda etməyə belə hazır olmuşam. Elə, tutduğum vəzifələrdə həyata keçirdiyim ürəkaçan işlərimlə də, bunu təsdiq etmişəm. Bəs, Hacıbala Abutalıbov məndən nə istəyir, mənə qarşı niyə birdən belə ədalətsiz kampaniyaya başladı, bunu başa düşmürəm...".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat

    Bakı şəhərinə yeni mer təyin olundu – Yeni təyinat ...

    16-07-2018, 17:00

  • 
  • Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

    Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş ...

    22-05-2018, 15:41

  • 
  • Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ MÜNASİBƏT

    Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ ...

    9-12-2013, 17:54

  • 
  • BŞBPİ rəisi Abutalıbovun iclaslarını boykot edir

    BŞBPİ rəisi Abutalıbovun iclaslarını boykot edir ...

    29-08-2013, 19:31

  • 
  • Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ola bilər

    Abutalıbov kabinetini boşaltdı - mer sürpriz isim ...

    27-04-2018, 14:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (202)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino dinheiro real
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu