Oqtay Gülalıyevin bildirdiyinə görə, 30 yaşlı Şəki şəhər sakini Məmmədov Qalibi polisə aparıb daha sonra nəşini ailəsinə təhvil veriblər. Anasının Hüquq müdafiəçisi Oqtay Gülalıyevə bildirib ki, onu may ayının 11-də səhər evdən zorla polisə aparıblar. Polisdən həmin gün 17:30 radələrində meyiti gəlib. Rəsmi məlumatda onun özünün asdığı qeyd olunsa da ailəsi Qalibin polis şöbəsində öldürüldüyünü deyir.
"Xatırlayırsınızsa polis bölməsində oxşar hadisələr son illər çox təkraralanır. Mingəçevir, Xəzər, Astara, Sumqayıt, Qazax və digər rayonlarda sap- sağlam şəkildə polis bölməsinə aparılan şəxslərin ordan meydi çıxıb. Adını da qoyublar ki, özlərinə qəsd ediblər və ya ürəyi dayanıb (!?). Əvvəla ailə üzvlərinin, şahidlərin verdiyi məlumatlar və mərhumların yayıldığı fotolarda aydın olurdu ki, həmin şəxslər döyülərək ağır işgəncə nəticəsində dünyasını dəyişib. Digər tərəfdən sual oluna bilər: polis bölməsi məgər intihar yerdirmi və ya niyə sağlam insanlar ora düşəndən sonra ürəyi dayanır, dünyasını dəyişir? Orda insan ölümünə səbəb olan hansı rejim, hansı təhlükı var?
Yəqin ki, Məmmədov Qalib də işgəncə nəticəsində həyatına son qoyulmuş növbəti qurbandır. Elə deyilsə Qalibin Şəki rayon Polis şöbəsində olduğu müddətdə onunla bağlı olan video görüntüləri və mərhumun ölümündən sonrakı foto görüntüləri yayılsın...
Gəlin repressiya və işgəncələrə susmayaq. Məmmədov Qalibin, eləcə də işgəncə nəticəsində və müəmmalı şəraitdə dünyasını dəyişmiş insanların ölümünə aydınlıq gətirilməsini, səbəbkarların məsuliyyətə cəlb olunmasını bir yerdə tələb edək!"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?