Məlum olduğu kimi, sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı, Milli Şura üzvü Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə hücum edilib. 4-5 nəfər gənc 16 yaşlı Əlini döyüblər və iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi səciyyələndirilir. Hadisə həmin gün saat 22 radələrində Gülalıyevlərin yaşadığı NZS qəsəbəsində baş verib. Əli Gülalıyev sinif yoldaşından dərsliyi almaq üçün evdən çıxıb. Qayıdarkən evlərindən təxminən 100 metr məsafədə 4-5 gənc ona hücum edib, döyməyə başlayıb, sol əlinə və sol buduna iki bıçaq xəsarəti yetiriblər. Savash.org-a bu dəqiqələrdə daxil olan məlumatda isə bildirilir ki, bu gün günorta saatlarında özlərini polis kimi təqdim edən mülkü geyimli şəxslər O.Gülalıyevin NZS qəsəbəsindəki evinə basqın ediblər. O.Gülalıyev və yoldaşı rayonda olduğundan onların övladı Əli Gülalıyev evdə tək olub. Evə soxulanlar Əliyə təzyiq göstərərək onun bıçaqlanmasına dair hazır izahatı ona imzalatmağa çalışıblar. O, bununla razılaşmadığına görə evə soxulan şəxslər Əli Gülalıyevə sillə vurublar. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?