Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.
Gundemxeber.az bakupost-a istinadla bildirir ki, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı “Mercedes S-400″ model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.
Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır bu bahalı maşından istifadə edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?