GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş Prokuror işçisinin müəmmalı ölümünə niyə susur?

Baş Prokuror işçisinin müəmmalı ölümünə niyə susur?

Tarix: 31-05-2019, 15:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 6 637
Baş Prokuror işçisinin müəmmalı ölümünə niyə susur?


Artıq xeyli müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəybala Hüseynov, oğlu Emin Hüseynovun müəmmalı ölüm hadisəsi ilə bağlı Baş Prokuror Zakir Qaralova yüzlərlə müraciətlərini ünvanlasa da, ​ hələ də məlum olayla bağlı heç bir ciddi reaksiya verən tapılmır.

Yalnız bu ilin may ayının əvvəlində ölüm faktı ilə bağlı Baş Prokurorluq tərəfindən müəyyən açıqlama yayımlandı. Belə bir açıqlamanın qarşılığında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev isə, həm adı çəkilən qurumun yaydığı açıqlamanı, həm də Bəybala Hüseynovun əlində olan lazımi sənəd-sübutları təhlil etməklə, məhz özünün gəldiyi qənaət əsasında açıqlama yaydı. Yəni, hüquq müdafiəçisinin gəldiyi qənaət o olur ki, Baş Prokurorluq tərəfindən yayılan açıqlama o qədər də ciddi əhəmiyyət kəsb etmir. Belə ki, adı çəkilən bu şəxs açıqlamanı yayarkən hansısa illüziyalara deyil, ortada olan sənəd-sübutlara və digər lazımi faktlara əsaslanır. Məsələnin diqqəti cəlb edən tərəfi o oldu ki, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaymış olduğu açıqlama 8 may 2019-cu il tarixdə, saat 02:11-də “Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ifşa etdi-ŞOK GƏLİŞMƏ” başlığı adı altında Gündemxeber.az saytında yerləşdirilir və həmin gün, saat 16:00-da adı çəkilən saytın rəhbəri Şirin Cəfəri isə, Baş Prokurorluğa dəvət olunur. Ümumi məsələlər haqda müzakirələr aparıldıqdan sonra, ona Baş Prokurorluq tərəfindən xəbərdarlıq da olunur. Əslində belə bir addımın atılması, həm ölkə qanunlarının, həm də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması demək olur. Çünki, hansısa ölüm faktını araşdıran, kimlərinsə bilmədiyi, hətta eşitmədiyi olayları ictimailəşdirməyə qərar verən jurnalistə qarşı belə bir addımın atılması, heç cür yolverilməz haldır. Sual oluna bilər ki, jurnalistə qarşı bu cür addımın atılması söz azadlığının, sərbəst fikirin azad şəkildə ifadə olunmasının boğulması demək deyilmi?

Baş Prokuror işçisinin müəmmalı ölümünə niyə susur?


​ ​ ​ Bəli, bu gün az qalır ki, dünyanın ən geridə qalmış ölkələri belə, Bəybala Hüseynovun oğlunun Türkiyədə müəmmalı şəkildə ölümündən xəbərdar olsunlar. Maraq doğuran halın varlığı odur ki, Baş Prokurorluğun əməkdaşı olmuş mərhum Emin Hüseynov, heç bir nəqliyyat vasitəsində qeydə alınmayan 10-TK-473 və 10 TX 473 nömrəli qara rəngli BMW markalı avtomobillə izlənməsi haqda öncədən rəhbərliyi məlumatlandırsa da, bu yöndə heç bir addım atılmır. Baş verən hadisə ilə bağlı qabaqlayıcı tədbirin görülməməsi, bu gün də müəyyən şübhələrin baş qaldırmasına əsas verir. ​ Buna baxmayaraq, 2017-ci ilin avqust ayında Emin Hüseynov həyat yoldaşı ilə birlikdə Türkiyədə istirahətdə olarkən məlumat çatır ki, ona məxsus iş otağı boşaldılıb. Məsələ ilə bağlı Emin Hüseynov atası Bəybala Hüseynova otağının boşaldılması haqda məlumat verir və o, oğlundan belə bir xəbəri eşitdikdən sonra, dəfələrlə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəis müavini Əli Nağıyevlə əlaqə saxlamağa çalışır və son anda nəyəsə nail ola bilmir. Nəhayət dəhşətli ölüm hadisəsi baş verir. Yəni, bir neçə gündən sonra Emin Hüseynov Türkiyyədə istirahət edərkən qəfil halı pisləşir və müəmmalı şəkildə də dünyasını dəyişir. Belə bir olayın baş verməsindən sonra, mərhumun atası Bəybala Hüsynov da ciddi şübhələr baş qaldırır və lazımi araşdırmalar aparmağa qərar verir.

Baş Prokuror işçisinin müəmmalı ölümünə niyə susur?


Çox çətinliklə də olsa, əsaslı faktlar əldə edə bilir. Bəybala Hüseynov əldə etdiyi rəsmi sənədləri əsas tutaraq Zakir Qaralova müraciətlər ünvanlayır və onu qeyd edir ki, “Prokurorluğun işçisi olan ​ Emin Hüseynov öldürülüb və ölümə səbəb olan şəxslər haqqında ciddi ölçü götürülsün”. Çox təəssüflər olsun ki, hələ də Baş Prokurorluqdan əsaslı cavab verilməyib. Çünki, Emin Hüseynovun atası iddia edir ki, oğlumun ​ ölümünü Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin vəzifəli şəxsləri təşkil etdiklərindən, ​ hələ də Zakir Qaralov baş vermiş cinayət işinin açılmasına qərar vermir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mərhum prokurorluq əməkdaşının atası Rüstəm Usubovla görüşə çağrıldı

    Mərhum prokurorluq əməkdaşının atası Rüstəm ...

    3-04-2019, 11:27

  • 
  • Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ifşa etdi-ŞOK GƏLIŞMƏ

    Hüquq müdafiəçisi Respublika Baş Prokurorluğunu ...

    8-05-2019, 02:11

  • 
  • Bəybala Hüseynov Baş prokurorluğa od püskürdü...

    Bəybala Hüseynov Baş prokurorluğa od püskürdü... ...

    30-05-2019, 12:30

  • 
  • Hüquq müdafiəçisi Zakir Qaralova müraciət etdi

    Hüquq müdafiəçisi Zakir Qaralova müraciət etdi ...

    21-04-2019, 21:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu