GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq..." - GİLEY

"Bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq..." - GİLEY

Tarix: 10-06-2019, 15:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 335
"Bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq..." - GİLEY


Əvvəllər heç olmasa zənglərimə cavab verirdilər, ümid verirdilər, indi mən zəng vuranda telefonlarını söndürürlər. Anlamırlar ki, onkoloji xəstəliyim dərinləşdikcə, ölümüm də tezləşir. Sanki səbirsizliklə ölməyimi gözləyirlər ki, bir zabitin müalicə xərclərindən qurtulsunlar”.

İstefada olan mayor Ceyhun Salmanovun 39 yaşı var. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. İki övlad atasıdır. Müdafiə Nazirliyinin 15-ə yaxın hərbi müəssisələrində 22 il qüsursuz qulluq edib. 2004-cü ildə Füzulinin Qazaxlar kəndində döyüş tapşırığını yerinə yetirərkən açıq kəllə-beyin travması və baş-beyin silkələnməsi hərbi travmaları alıb. Uzun müddət müalicə olunduqdan sonra yenə Müdafiə Nazirliyinin tərkibindəki müəssisələrdə (hərbi komissarlıq və sair) çalışıb. Sonuncu iş yeri Heydər Əliyev adına Ali Hərbi Məktəbi olub. İkinci qrup hərbi əlil, müharibə veteranıdır. İgidliyə görə medalla təltifi var. Ötən ilin martında səhhətində yaranan problemlərə görə Mərkəzi Hərbi Hospitala müraciət edib. Qasıq linfa düyünlərinin şişməsi diaqnozu ilə əməliyyat olunub. Mərkəzi Hospitalı anaplastik karsinoma metastası diaqnozu ilə tərk edib. Müalicə üçün Gülhanə Hərbi Tibb Akademiyasına göndərilməyə görə işlədiyi məktəbdən sənədləri toplanaraq Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və Döyüş Hazırlığı Baş İdarəsinə göndərilib. Daha sonra özü də həmin idarələrə dəvət olunub və bildirilib ki, hərbçi olduğuna görə onun bütün müalicələrini dövlət qarşılayacaq.

“Müalicə xərclərimdən qurtulmaq üçün ölməyimi güdürlər”

“Söz verdilər ki, məni tezliklə Gülhanə Hərbi Tibb Akademiyasına göndərəcəklər. Ancaq hələlik Gülhanəyə müalicəyə göndərilənlərin uzun növbəsi var. Mənimçün dekabr ayına növbə təyin etdilər. Mən də o vaxta qədər özüm qohumların, dostların köməkliyi ilə birtəhər öz müalicələrimlə məşğul oldum. Dekabr ayı başa çatanda əlaqə saxladım. Bildirdilər ki, ilin sonu olduğuna görə növbəmi təzə ilin yanvar ayına keçiriblər. Yanvar ayı da başa çatdı, yenə əlaqə saxladım, bu dəfə dedilər, fevralda mütləq göndərəcklər. Fevraldan isə mənə verdikləri telefonlar söndürülüb, nazirliyə də gedirəm, heç kəs ortaya çıxıb bir kəlmə söz demir. Özləri onkoloji xəstə diaqnozu qoyublar, vəziyyətim günbəgün ağırlaşır, ayaqlarım tutulur, yerimə qabiliyyətimi itirirəm, anladığım odur ki, ölümümü gözləyirlər, ölüm, müalicə xərclərimdən qurtulsunlar. Elə davranırlar ki, sanki dövlətin zabitinin müalicə xərclərini şəxsi ciblərindən çəkirlər,”- Ceyhun Salmanov deyir.

“Nə nazirlə, nə də müavinləriylə görüşə bilirəm”

Ceyhun Salmanov dəfələrlə müdafiə naziri və ya onun müavinləri ilə görüşməyə cəhd edib, ancaq alınmayıb:

“Sağlamlığımızı ortalığa qoymuşuq, illərlə xidmət etmişik, igidliyə görə mükafatlandırılmışıq, xəstəlik tapmışıq, gəl ki, nazirimizlə üzbəüz dayanıb dərdimizi deməyə imkan vermirlər. Mən inanıram ki, nazirimiz dərdimi bilmir, aşağıda oturanlar hər şeyi ört-basdır edir, səsimiz gedib nazirə çatmır. Bu gün əlil zabitinə sahib çıxmayanlar sabah öləndən sonra o zabitin övladlarına da sahib çıxmayacaq… Mənim müalicəmi dövlət qarşılamalıdır. Mən niyə dostdan, qohumdan yardım gözləməliyəm? 40 yaşım yoxdur, yeriyə bilmirəm, ayaqlarım günbəgün şişir, mən canımla əlləşirəm, bu boyda dövlətin Müdafiə Nazirliyi kimi ciddi qurumu mənimlə telefon-telefon oyunu oynayır. Zabir zəng vurur dərdini desin, müalicənin vaxtını dəqiqləşdirsin, üzünə telefonu sönndürürlər”.

“Sanki qəsdən edirlər…”

Ceyhin Salmanov hesab edir ki, onkoloji xəstələrin dövlət hesabına müalicəsini qəsdən ləngidirlər:

“Bu xəstəlik ölümə aparır. Ancaq vaxtında olunan tibbi müdaxilə nəticəsində 10-15 il həyatda qalmaq mümkündür. Mən də imkan daxilində həyatda qalıb balalarımı böyütmək istəyirəm. Yadınızdadırsa, zabit yoldaşım, polkovnik-leytenant Əlyaz Mirzəyevin də Gülhanəyə göndərilməsini ləngitdilər, o qədər gec göndərdilər ki, Gülhanədə müalicəsinin ikinci həftəsində dünyasını dəyişdi. Halbuki, xəstəlik aşkar olunan kimi göndərilsəydi, indi həyatda qalmışdı. Onkoloji xəstəlik sürətlə irəliləyir, belə xəstəni necə növbədə saxlamaq olar axı? Necə yəni, get, aylarla gözlə, növbən çatanda göndərərik, hələ üstəlik, növbənin vaxtını hər dəfə uzat, sonra da telefonu söndür və xəstəni nazirliyə yaxın buraxma…”

Ceyhun Salmanovun başqa sosial problemləri də var. Məsələn, onun yaşamağa evi yoxdur və mənzil növbəsinə dayanmaq üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, növbəyə götürülməyib. Onkoloji xəstə olan Ceyhun Salmanovsa evsiz-eşiksiz övladlarının gələcəyi üçün narahatdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi həbs olundu

    Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi ...

    12-12-2012, 13:59

  • 
  • Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv olundu

    Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv ...

    16-01-2014, 16:04

  • 
  • Prezident zabitimizə Milli Qəhrəman adı verdi – Foto

    Prezident zabitimizə Milli Qəhrəman adı verdi – ...

    21-04-2016, 01:06

  • 
  • İlham Əliyevin oğlu məktəbi qızıl medalla bitirib

    İlham Əliyevin oğlu məktəbi qızıl medalla bitirib ...

    19-08-2013, 01:06

  • 
  • İlham Əliyevin medal verdiyi zabit: "Qarda-boranda erməni ilə döyüşdüm ki, bu gün aciz qalım?"

    İlham Əliyevin medal verdiyi zabit: ...

    17-04-2019, 16:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu