GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...

Tarix: 12-06-2019, 00:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 361
2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Tərtər bölgəsində 2017- ci ilin may ayında xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş daha bir həbçimizlə bağlı məlumatları təqdim edirəm;

Mirzəliyev Elçin Qulu oğlu 1985- ci ildə Ucar rayonunun Şahlıq kəndində anadan olub. Vətəni düşmənlərdən qorumaq, hərbi sahədə çalışmaq üçün həqiq hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdır. Ön cəhbədə xidmət edir. Kiçik vəzifədən məsul vəzifəyə və leytinant rütbəsinə qədər yol keçir. Tank bölüm komandiri olur. Nümunəvi və qüsursuz fəaliyyətinə görə Müdafiə Nazirliyi tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, diplomlarla təltif edilir. Dostların etimadını qazanır, kollektivdə hörmət və sayğı ilə qarşılanır...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


2016- cı ilin 02 aprel döyüşlərində iştirak edir və yaralanır. Onu hərbi qospitala aparmaq istəsələr də getmir və döyüşü davam etdirir. Onun fədakarlığı və vətənpərvərliyini yüksək qiymətləndirən rəhbərlik Elçini Bakıya hərbi kursa göndərir. Rütbəsini artırırlar. Daha yüksək vəzifəyə təyin etmək üçün sənədlərini hazırlayırlar...

Amma 2017- ci ilin may ayının 7- də heç bir səbəb göstərmədən qolunu bağlayıb başına torba keçirib hərbi hissədən Marquşavana, ordan isə Tərtərdə yerləşən Müdafiə Nazirliyinə məxsus köhnə Qərargah binasına gətirirlər. Həmin binada o Fuad Ağayevin rəhbərlik etdiyi qanunsuz hərbi cinayətkar dəstə tərəfindən soğru- suala çəkilir və ağır işgəncələrə məruz qalır. Onu məcbur edirlər ki, erməni tərəfə işlədiyini və tankını düşmənə satdığına dair ifadəyə qol çəksin (!?). Məhkəmə sənədlərində və şahid ifadələrində göstərilir ki, Elçini əvvəlcə təpik, şillə, yumruqla vururlar.Daha sonra onu taxta parçası və dəmir çübuqla döyürlər. Amma o heç bir sənədə imza atmır. Bildirir ki, belə bir şey olmayıb və ola bilməz; "mən ölərəm Vətənə xəyanət etmərəm və belə biabırçılığı qəbul etmərəm". Daha sonra ona elektroşok verirlər.

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Başını suya salıb boğurlar. Bu variant da keçməyəndə onun dırnaqlarını çıxarıb həmin hissəni toka verirlər (!?). İşgəncənin təsirindən Elçin 2 dəfə özündən gedir və bayılır. Həkim çağırmaq və tibbi yardım göstərilməsinə imkan verilmir. Üstünə soyuq su töküb ayıldırlar. İşgəncəni davam etdirib ona qarşı insan ləyaqətini alçaldan, xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirən digər hərəkətlər edirlər. Elçin bu dəfə komaya düşür və ayılmır. Məcbur olub onu hərbi qospitala gətirirlər. May ayının 25- də qospitalda vəfat edir...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Qətlə yetirilən digər hərbçi Saleh Qafarovun dəfnində olduğu kimi Elçin Mirzəliyevi də dəfn etmək üçün kənd qəbirəstanlığını silahlı polislər və hərbçilər mühasirəyə alır. Meyidi ailə üzvlərinə, qohumlarına göstərmirlər, onunla vidalaşmasına imkan vermirlər. Meyidi klyonkaya büküb dəfn edirlər. Molla dəfn duası oxumaq istərkən Müdafiə Nazirliyinin əməkdaşları mollanın üstünə silah çəkib "vətən xainlərinə dua oxumazlar" deyə imkan vermirlər. 1 həftə qəbrə və kəndə polis nəzarət edir. Elçinə hüzr məclisi vermək də qadağan edilir (!?)...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Cinayətin miqyası böyüyür, cinayətkarlar ifşa olunur. Sonradan Elçin Mirzəliyev digər hərbçilər kimi bəraət alır. Amma onun ölümündə iştirak edənlərin böyük bir hissəsi azadlıqda qalır. Yalnız bir neçə nəfərə 6 il cəza verirlər, Fuad Ağayevə isə 10 il...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Amma Elçin Mirzəlinin ailəsi başsız, körpə qızı isə atasız qalır. Həyat yoldaşı Günay Mirzəliyeva bildirir ki, Elçinsiz yaşamaq onlar üçün çox ağırdır. Heç kim onlarla maraqlanmır. Övladı ağır xəstədir, onu müalicə etdirməyə gücü çatmır. Bu az imiş kimi onu təhdid edirlər ki, Elçini öldürənlərlə sülhə gəlin. Onlardan şikayətçi olmayın (!?); "Amma mən Elçinə görə sona qədər mübarizə aparacam. Necə olur ki, Vətən uğrunda canından keçməyə hazır olan bir zabiti işgəncə ilə öldürürlər? O, Vətən uğrunda şəhid oldu. Ona şəhid statusu verilməlidir. Mən Elçini öldürənləri bağışlamayacam. Onlara ömürlük həbs istəyirəm. Dövlət bizim səsimizi eşitsin"

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Aparılan araşdırmalar və şahidlərin ifadələri onu deməyə əsas verir ki, Elçinin və digər hərbçilərin işgəncə verilməsinə general Hikmət Həsənov rəhbərlik, Şəfayət İmranov və Xanlar Vəliyev isə bu işə ümumi nəzarət ediblər (!?)...

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Dostlar, indi bildinizmi niyə Ordumuz bu gündədir, biz niyə Qarabağı geri qaytara bilmirik? Vətən üçün ölməyə hazır olan zabitlərimiz 21- ci əsrin ən amansız işgəncələri ilə qətlə yetirilir. Mən ermənilərin həbçilərimizə qarşı bu qədər amansız olduqlarını xatırlamıram. Amma əsgər və zabitlərimizə qarşı bu işgəncəni edənlərin ittihamları yüngülləşdirilir və onlara yüngül cəza verilir. Bu işin başında dayanalar isə yenə öz vəzifəsini davam etdirir. Dinc, günahsız insanlarımıza qarşı növbəti cinayətlərini həyata keçirməyi gözləyirlər. Bütün bunlar az imiş kimi İlham Əliyev Müdafiə naziri Zakir Həsənovu "Şöhrət ordeni" ilə təltif edir (!?). Düşünmək və nəticə çıxarmaq üçün çox önəmli məqamardır.

2 aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...


Gəlin, vətənpərvər zabitlərimizin öldürülməsinə, Ordumuzun sarsıldılmasına göz yummayaq. Məsul şəxslərin məsuliyyətə cəlb olunmasına, günahkarların cəzalanmasına, zərərçəkənlərin və onların ailələrinin haqqının qorunmasına bir yerdə nail olaq!

Oktay Gülalıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

    İstefada olan polkovnik Adil Əliyev uzun sürən ...

    1-03-2017, 13:48

  • 
  • Prezident zabitimizə Milli Qəhrəman adı verdi – Foto

    Prezident zabitimizə Milli Qəhrəman adı verdi – ...

    21-04-2016, 01:06

  • 
  • Aprel döyüşlərinin dağıntıları

    Aprel döyüşlərinin dağıntıları ...

    28-06-2016, 15:55

  • 
  • Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta pulunu məniməsədi – FOTO

    Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta ...

    24-01-2017, 20:47

  • 
  • Tərtərdə partlamamış top mərmisi aşkarlanıb

    Tərtərdə partlamamış top mərmisi aşkarlanıb ...

    13-05-2016, 01:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
jogos cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu