Ənənə davam etməlidir. Sovet təbliğat maşını bizə Rəsuzladəni unutdura bilmədi. Çünki qan yaddaşının daşıyıcıları var idi.Onlar qanlarında daşıdılar milli hakimiyyəimizi.
Elçibəy bunu bəyan etdi. Elçibəy MİLLİ AZADLIQ HƏRƏKATININ önündə durdu. XX əsrdə ikinci dəfə Rəsulzadənin öndərliyində Cümhuriyyəti bərpa etdi. RƏSULZADƏ, TOPLUMUN MİN İL BUNDAN QABAQ VƏ MİN IL SONRA GEDƏCƏYİ YOLA NUR SAÇAN ZƏKA IŞIĞIDIR. Azərbaycan xalqı həqəqətən min ildir demokratiyaya doğru bir intelektual yol gəlir. Biz Nizami, Fizuli, Nəsimi, Səməd Virğun deyəndə əslində Azərbaycan Türk millətinin demokratiyaya, azadlığa doğru gedən yolununun üzərində dayanmış nəhəng zəka işıqlarını sıralamış oluruq. Türk zəkası dinin xuravatından həmişə kənarda olub. Kütlə nə qədər ərəbin qaranlıq və məkr dolu cəfəngiyyatına meyl etsə də Azərbaycan Türk zəkası bütövlüklə toplumun şüuraltısının yuyulmasına imkan verməyib. Bu gün eyni yolu davam etdirən və sabah da gələcəyimizi nura boyayan zəka sahiblərimiz var və kütlə artıq ərəbin cəfəngiyyatlarına deyil qan yaddaşımızın daşıyıcılarının sırasını genişlətməkdədirlər. Bu zəka ışıqlarından ən parlağı Rəsulzadədir və o min il bundan qabaq və min il sonra toplumun gedəcəyi yola nur saçır. Toplum qara və məkrli qüvvələrin bütün cəhdlərinə baxmayaraq işığa doğru gəlib azadlıq və demokratiyaya qovuşmalıdır.
Bura Yəməndir, Gülü çəməndir, Gedən gəlmiyor… Əcəb nədəndir?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?