26 mayda, İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 95, ölkəmizin eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. “Rəsulzadədən Elçibəyə- Azərbaycan davası” adlanan möhtəşəm tədbirin təşkilatçısı Elçibəyin qurduğu Bütöv Azərbaycan Birliyi qurumu adına Aqil Səmədbəyli olub. Orada Türkiyənin və Azərbaycanın tanınmış simaları iştirak ediblər. Məruzəçi olaraq professor Cəmil Həsənli,Ukrayna Beynəlxalq Elmlər Akademiyası ve Uluslararası Əlaqələr ve Dünya İqtisadiyyatı İnstitutundan professor Rüstem Cankoca ve Yaxın Şərq üzrə tanınmış ekspert Arif Kəskin çıxış ediblər.Türkiyənin “Haber X” portalı yazır ki, tədbirdə məruzəçilərlə yanaşı,toplantıya qatılan qonaqlar da danışıblar. “Elçibəy və Rəsulzadə haqqında onurlandırıcı çıxışların ardınca, Azərbaycan eski Milli Məclis sədri və Azərbaycan Müsavat Partiyası başqanı İsa Qəmbər də söz alaraq, Elçibəyin və Rəsulzadənin Türk Dünyasına qatqılarından övgü ilə söz etdi”. (http://www.haberx.com/azerbaycanin_95_elcibeyin_75_yildonumu(17,n,11333600,912).aspx) “Haber X” portalının məlumatına görə: “Elçibəyin ve Azərbaycan bayrağının qapladığı səhnədə, Türk xalq musiqisi sənətçisi Esat Kabaklı və Güney Azərbaycan sənətçı ve aktivisti Araz Elsəs səhnə aldılar və türküləriylə iştirakçıları coşdurdular. Türk Dünyasının son zamanlarda yaşadığı qopuqluğun ürəklərdə bir küskünlük yaratmasına baxmayaraq, bu özəl ve anlamlı toplantı hafizələrdə önəmli bir iz bıraxdı...” Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov da konfransda çıxış edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?