Qobustan rayon Təklə kənd sakini Hacıyev Rahil Rafiq oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Daxili İşlər Naziri Ramil Usubova müraciət unvanlanıb. Rahil Hacıyev sözügedən müraciətin bir surətini də geniş ictimaiyyətin müzakirəsinə çıxarılması məqsədi ilə m'ktub göndərib.Məktubda Rahil Hacıyevin göstərdiklərinə görə bir ildir ki Qobustan rayon Polis şövəsi balaca bir kənddə baş vermiş yol nəqliyyat hadisəsinin üctünü aça bilmir,yaxud da açmaq istəmir.Yenə də qeyd edirik,balaca bir kənddə baş vermiş yol nəqliyyat hadisəsini araşdırmaqda və cinayətkarı məsuliyyətə cəlb etməkdə Qobustan rayon polis şöbəsinin əməkdaşları bu qədərmi çətinlik çəkirlər. Yoxsa Rahil Hacıyevin kimsəsizliyindən istifadə edərək cinayəti törətmiş şəxsin maraqlarına xidmət edirlər. Axı bir kəndə baş vermiş elementar bir nəqliyyat hadisəsinin üstünü aça bilməyin polis,daha ağır cinayətlərin üstünü necə aça bilər? Bunu biz Daxili İşlər Naziri Ramil Usubov cənablarından soruşmaq istərdik.
Gundemxeber.az vətəndaş Rahil Hacıyevin müraciətini olduğu kimi oxucuların diqqətinə catdırır.
O yazır: Mən hazırda Qobustan rayonun Təklə kəndində yaşayıram. Subayam. 20 yanvar 1994-cü ildə anadan olmuşam. Valideynlərim erkən ayrıldığına görə tənha yaşamağa məcbur olmuşam.Əsas məşğuliyyətim xalama məxsus və özümün olan xırdabuynuzlu heyvanlara baxmaqdır. Çobanam.
Bir daha xatırladım ki, 20 iyun 2018-ci il tarixində qonşu Çuxanlı kəndində olarkən gecə saat 12-yə qalmış mağazadan alış-veriş edib qayıdarkən mənimlə yoldaşlıq edən Hacıyev Əhməd Məmməd oğlu və Mustafayev Elməddin Vaqif oğlunun yanında yol kənarı ilə gedərkən qəfil olaraq yüksək sürətlə bizə yaxınlaşan NİVA markalı avtomobil məni vuraraq yolun kənarına atdı. Nəticədə sağ qıçımın dizdən aşağı hissəsi bir neçə yerdən sındı. NİVA hadisə yerindən qaçdı. Mənim yaşıdlarım olan Əhməd və Elməddin dərhal məni Şamaxı Rayon Xəstəxanasına çatdırdılar. Bir ay xəstəxanada müalicə olundum. Ayağıma aparat qoymuşdular. Sonra 4 ay evdə yatıb müalicəmi davam etdirdim. 7 aydan sonra ayağımı normal basa bilməsəm də aparatı xəstəxanaya qaytardım. İndi də əziyyət çəkirəm. İşləyə bilmirəm. İmkanım olmadığına görə əlillik dərəcəsi ala bilmirəm. Baxmayaraq ki, ağır bədən xəsərati alıb ömürlük şikəst olmuşam. Bir ay da Bakıdakı Travmatalogiya İnstitunda müalicə aldım. 10 aydır ki, yola-izə dava-dərmana, müalicələrə 10 min manata qədər xərc çəkmişəm. Çox təəssüflər olsun ki, yerli polis baş vermiş cinayətdən məlumatlı olsa da bu günə qədər aparılan araşdırma heç bir nəticə verməmişdir. Guya cinayətkarı tapa bilmirlərmiş. Hadisə vaxtı mənim yanımda olan şahidlər Əhməd və Elməddin də qorxduqları üçün ağ NİVA avtomobilinin dövlət nömrəsini polisə deməkdən çəkinirlər. Guya görməyiblər. Hər halda polisə belə ifadə verməyə məcbur olublar. Lakin hadisə yaxınlıqdakı mağazanın kameralarına aydın formada düşsə də, sonradan kameranın hadisənin baş verdiyi dəqiqə və saat montaj edilərək silinmişdir. Polis isə nədənsə bu cinayətin açılmasında maraqlı görünmür. Çox maraqlıdır ki, polis ya işi birdəfəlik bağlamır, ya da cinayətkarı tapıb məsuliyyətə cəlb etmir. Sadəcə işi uzatmaqla məşğuldur. Formal olaraq. Reallıqda isə polis heç bir araşdırma aparmır. Lakin mənə elə gəlir ki, bu cinayətin adi bir kənddə, kameranın altında və şahidlərin gözlərinin qarşısında baş verdiyinə görə qapalı qalması mümkünsüzdür. Yanımdakı şahidlərin isə ağ NİVAnın nömrəsini görməmələri barədə verdikləri ifadələri absurd və mümkünsüzdür. Sadəcə onları qorxudblar. Amma kənddə gəzən söhbətlərə görə isə bütün camaat sanki cinayətkarın kim olduğunu bilir. Bilməyən isə mən və Qobustan rayon polis təhqiatçısıdır.
Qobustan RPŞ-si baş vermiş cinayəti 10 ay ərzində açmaqda maraqlı görünmədiyinə görə məcbur olub 28 aprel 2019-cu ildə əvvəlcə Daxili İşlər Nazirindən çox xahiş etdim ki, bu sadə cinayətin açılmasını özünün inandığı peşəkar, nəfsitəmiz, vicdanlı bir polis təhqiatçısına həvalə etsin, Digər tərəfdən də Cənab Prezidentdən də xahişim etdim ki, məni ömürlük şikəst etmiş cinayətkarın tezliklə tapılaraq barəsində hüquqi qiymət verilməsi üçün bu məsələni şəxsi nəzarətinizə götürsün.
Budur, müraciətimdən 1 ay keçdikdən sonra, 7-8 gün əvvəl Qobustan rayon PŞ-nin rəisi Etibar Babayev məni qəbuluna dəvət edib nədənsə xoş danışdı. Amma 2018-ci ilin sentyabrında anam Hökümə və dayım Gülağanı qəbul edən zaman çox sərt danışmış, onları tənqid etmiş və soruşmuşdur ki. mən hardan bilim ki, oğlunuzu kim vurub? Və s. buna bənzər ittihamlar. Bu dəfə isə rəis qeyd etdi ki, bu cinayət 10 ildə açılmaya bilər. Siz mənə ipucu vern.
Mən də çalışıram polis rəisinə ipucu verim: bir daha xatırladım ki, hadisənin baş verdiyi Çuxanlı kəndində məndən və polisdən başqa bütün kənd əhli hadisəni törətmiş ağ NİVA markalı maşının hansı cavan oğlan tərəfindən törədildiyini bilir və danışırlar. Lakin polis rəisi görüşdə mənə bildirdi ki, guya mən hadisənin baş verdiyi anda yolun kənarında yatmışammış??? Deməli, rəisin sözündən mənə indi aydın olur ki, cinayəti bu formada da ört-basdır edib sənəbləşdiriblərmiş. Sadəcə bizə bu barədə rəsmi cavab göndərməyiblər ki. birdən şikayət verə bilərik. Rəis onu da qeyd edti ki, guya məni şikayət etməyə təhrik edən özünün müavini olan Aqil təşkil edibmiş ki, mən Qobustan polisinin səriştəsizliyindən şikayət verim. Təbii ki, bu rəisin fərziyəsidir. Bir daha xatırladım ki, Çuxanlıda iki dostumla olarkən maqazinə daxil olmağımız, çıxmağımız və maşınla vurulmağım kamera qeydə alıb. Lakin rəis qeyd edir ki, hadisə baş verən zaman, yəni maşın səni gecə 11-45 dəqiqədə vurubsa. Həmin anda kameranın saatı səhv işləyirmiş. Halbuki hadisədən əvvəl həmin yoldan keçən QAZ el kameraya düşüb, bizim maqazinə daxil olmağımız və çıxmağımlız da kameraya düşüb. Və yalnız hadisə anı düşməyib., hadisədən sonra isə yenə həmin yoldakı avtomobillərin hərəkəti kameraya düşüb. Bu necə olur? Sonda rəis E.Babayev onu da qeyd etdi ki, Sizin barışıq ərizəniz olmasa bu iş bağlana bilməz.
İpucuna gəlincə qeyd edim ki, hadisəni törədən yanımda olan dostlarımın dediyinə görə ağ olub. Hadisədən sonra Bakıda Travmatalogiya İnstitunda yatarkən polis müstəntiqi Fərid Fətəliyev gəlib 3-4 dəfə izahat alıb. Elə həmin xəstəxanada mənə Kərimov Kamran Seyran oğlu da zəng edib demişdi ki, sən bizdən ( Təbiət və özünü nəzərdə tuturdu) şikayət vermisən. Dedim ki, öz qohumunuz Əlisəfa Kərimov bizə dedi ki, niyə sizin yanınıza gəlib hesablaşmırlar, amma gedib QAİ ( DYP əməkdaşı) Ramin Ağagülovla danışıb maqazinin kamera görüntülərini sildirilər? Elə bu sözü eşidən kimi dərhal telefonu söndürdü. Bu zəngdən 4-5 ay sonra Kamran yenə mənə zəng edib hal-əhval tutdu. Mən də cavabımda məni bu hala salıb qaçanın var-yoxuna söydüm. Söyüşü eşidən kimi Kamran yenə telefonu dərhal söndürdü. Elə buna görə də məndə Kamrana qarşı şübhə yarandı ki, görünür söyüş ünvana deyilib, yoxsa o da mənə qoşulub söyərdi.
Dayım oğlu Samir Təklə kəndində Kamran Kərimovun dayısı Əlifağa ilə görüşəndə o qeyd edib ki, niyə bizdən şikayət edirsiniz? Samir deyib ki, axı şikayətdən bizim xəbərimiz yoxdur. Əlifağa acıqla bildirib ki, lap siz polisə şikayət etsəniz də biz bütün mal-qaranı satıb Kamranı qurtaracağıq. Bax bu mübahisə də onu deməyə əsas verir ki, hadisəni törədən ağ NİVAnı idarə edən Kamranı polis bir neçə dəfə sorğu-suala tutduğuna görə dayısı Əlifağa da əsəbiləşir və biruzə verir. Bizdə məlumat var ki, hadisə törətməkdə şübhəli bildiyim Kamran Kərimovun atası Seyran Kərimovun Abşeron Polis İdarəsinin rəisi Şəhriyar müəllimlə dostluq münasibətləri vardır.
İnanıram ki, verdiyim ipucuna görə Azərbaycanın orta təhsilə sahib olan istənilən vicdanlı polisi mənə ağır bədən xəsarəti yetirərək hadisə yerindən qaçan ağ NİVA markalı avtomobilin sürücüsünü 1 saat ərzində tapar və cinayət məsuliyyətinə cəlb edə bilər. Odur ki, bir daha cənab Prezidentdən və Daxili işlər nazirindən xahişim budur ki, 1 il əvvəl Qobustan RPŞ-də başalanmış, lakin hələ cinayətkarla gizli sövdələşmələr nəticəsində açılması mümkün olmayan cinayət işinin istintaqının aparılmasını şəxsi nəzarətiniz altında Şamaxı Rayon Polis İdarəsinə həvalə olunması barədə göstəriş verəsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?