Vətəndaşları icra nümayəndəsindən narazı salan nədir?
Bugünlədə redaksiyamıza müraciət edən özəl mənbə Türkan qəsəbəsinin icra nümayəndəsi Hacı Rahil adlı şəxslə bağlı ciddi narazılığın olduğunu hökm sürdüyünü bildirib. Mənbənin məlumatına görə, dövlətin ona verdiyi yetkidən istifadə edərək vətəndaşlara heç bri qanuni əsas olmadan basqlı göstərən Hacı Rahil qəsəbə sakinlərinin əsas problemlərindən birinə çevrilib. Icra nümayəndəsinin özünü qəsəbədə dövlət yetkilisi kimi deyil, daha çox qəsəbənin ağası kimi apardığına diqqət çəkən mənbə, bunun sadə vətəndaşların narazılığına səbəb olduğunu bildirdi: “Bu gün Türkan qəsəbəsində qəribə bir vəziyyət əmələ gəlib. Belə ki, qəsəbənin icra nümayədəsi Hacı Rahil adlı şəxs tutduğu vəzifədən istifadə edərək vətəndaşların hər bir işinə qarışır, onların şəxsi əmlak və mülkləri ilə bağlı məsələlərə müdaxilə edir. İcra nümayəndəsi eyniylə sovet dönəminə məxsus ab-hava formalaşdırmağa çalışır və hesab edir ki, bu gün hər bir qəsəbə sakini hinindən neçə yumurta götürməsi, bazardan neçə dəstə göyərti alması, həyətində hansı ölçüdə tövlə tikməsi və s. istənilən məsələ ilə bağlı hökmən onu məlumatlandırmalıdır. Kim ki, bu “qaydaya” riayət etmir, deməli, “hökuməti saymır” və deməli ona öz yerini göstərmək lazımdır. Təsadüfi deyil ki, icra nümayəndəsinin bu özbaşınalığı qəsəbədə “Bağdadda kor xəlifə, Türkanda Hacı Rahil” ifadəsinin məşhurlaşmasına səbəb olub. Vətəndaşlar hesab edir ki, belə getsə, Hacı Rahil Türkanda oturub Bağdada belə əl uzadacaq”. Mənbə Türkan qəsəbəsinin sabiq icra nümayəndəsi Yaşar adlı şəxsin də vətəndaşlar tərəfindən heç də minnətdarlıqla xatırlanmadığını bildirdi. İlqar
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?