GundemXeber.Az xəbər verir ki, 12 iyun 2019-cu ildə özlərini Gəncə Şəhər Polis İdarəsinin əməliyyat müvəkkili kimi təqdim edən iki nəfər polis işcisi vətəndaşa qarşı zorakılıq edib.
Bu haqda Hurriyyet.org-a məlumat verən və olayın video-görüntüsün göndərən oxucumuz deyir ki, polis olduqlarını iddia edən şəxslər vətəndaşı döyə-döyə maşına mindiriblər.
“Əgər vətəndaş hansısa çinayət törədibsə, onu ictimai yerdə zorakılıq edib kobudcasına, döyə-döyə maşına salmaq insan hüquqlarının tapdalanması deməkdir. Əgər çinayətkar olan bir şəxsi, həbs etmək üçün polis işçiləri tərəfindən əməliyyət aparılırsa, dərhal Polis İdarəsində əməliyyat qrupu yaradılır və zorakılıq etmədən polis işciləri özlərini təqdim edərək, təqsirli bilinən şəxs qanunauyğun olaraq həbs olunur” – deyə oxucumuz saytımızın elektron poçtuna yazır.
Aşağıdakı video-lentdən də görünür ki, özlərini Gəncə Şəhər Polis İdarəsinin əməliyyatçısı kimi təqdim edən iki polis işcisi vətəndaşa qarşı zorakılıq edərək, onu 20-DL-404 nömrəli avtomobilə mindirməyə çalışırlar.
“İnsan hüquqlarının kobudcasına pozulması digər orqanlarda da açıq-aşkar görünür. Lakin, inanıram ki, bu video-lentə baxaraq, daxili işlər naziri Ramil Usubov öz mövqeyini bildirəcək, qanuna uyuğun olaraq, özlərini polis işçisi kimi təqdim edən həmin şəxslər cəzasını alacaqdır” – oxucumuz yazır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?