Bakının dəhşətli qətl hadisəsi baş verib. Kişi hamilə arvadını döyərək öldürüb.
Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə bildirdilər ki, 3 saylı şəhər klinik xəstəxanasında 1975-ci il təvəllüdlü Loginova Yuriya Sergeyevna ginekoloji qanaxmadan ölüb.
Araşdırmalara başlayan polis əməkdaşları qadının əri 1976-cı il təvəllüdlü Faiq Sadıq oğlu Sadıqov tərəfindən döyüldüyü aşkar ediblər.
Tədqiqat zamanı məlum olub ki, oktyabrın 8-də Yuriya Sergeyevnanın 13 yaşlı oğlu ilə Faiq Sadıqov arasında mübahisə yaranıb və kişi uşağı döyməyə başlayıb. Elə bu vaxt Yuriya əri ilə uşağının arasına girib. Bundan hiddətlənən Faiq bu dəfə öz arvadını kəmərlə döyməyə başlayıb. Baş və bədən nahiyəsindən bir neçə xəsarət alan hamilə qadın xəstəxanaya çatdırılıb.
Bir neçə gün xəstəxanada müayinə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının hamiləliyi pozulub və qanaxmadan dünyasını dəyişib.
Hadisəni törən şəxs artıq saxlanılıb və hazırda Xəzər Rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.
Hazırda Pirallahı Rayon Polis İdarəsində Sadıxovun saxlanılmasına və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?