Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Müsavat partiyasının qərargahına daxil olublar
İyunun 28-də mülki geyimli şəxslər, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Müsavat partiyasının qərargahına daxil olublar.
Partiya qərargahında Milli Şuranın tədbiri keçirilirmiş.
Tədbirdə iştirak edən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun sözlərinə görə, hadisə AXCP sədri Əli Kərimli marafondan gedərkən baş verib:
“Ölkədə keçirilən etiraz aksiyalarında saxlanaraq qanunsuz cərimələnən fəallara dəstək marafonu təşkil edilib. Tədbir “Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin” təşkilatçılığı ilə keçirilir. Əli Kərimli də həmin Həmrəylik Marafonuna qoşulmuşdu. Tədbirdən çıxanda onu mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar”.
Tofiq Yaqublu əlavə edib ki, Əli Kərimli ilə birgə 7 nəfər saxlanıb, lakin onların əksəriyyəti bir müddət sonra sərbəst buraxılıb:
“Bircə Əli Kərimlidən və AXCP üzvü Ruslan Əmirovdan xəbərimiz yoxdur”.
Onun fikrincə, Ə. Kərimlinin saxlanması marafona mane olmaq məqsədini daşıyır.
Hadisə ilə bağlı Daxili İşlər Nazriliyi və ya Binəqədi Rayon Polis İdarısindən məlumat almaq ümmkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?