AXCP sədri Əli Kərimli xalqı mitinqə çağırıb. O, bu çağırışla özünün facebook profilində çıxış edib. AXCP sədrinin bir neçə dəqiqə əvvəl yayılan müraciətini təqdim edirik:
“Əziz həmvətənlər, bu mitinqin sifarişi sizdən gəldi. Qiymət artımından hiddətlənmiş minlərlə vətəndaşımız müxalifəti etiraz aksiyaları təyin etməyə çağırdı. Artıq mitinq təyin olunub və razılaşdırılıb.
Milli Şuranın qiymət artımına etiraz mitinqi 15 dekabrda saat 16:00-da “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Əsassız qiymət artımına etiraz etmək nəinki haqqımız, hətta vəzifəmizdir. Etiraz etməsək, qiymət artımı da, hüquqsuzluq da davam edəcək. Söz millətindir!”
Sorğu
Yeni dizaynımız necədir?