GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş maliyyə naziri haqda ŞOK FAKTLAR – Çexiyada milyonluq biznes şəbəkəsi, məhkumluğunun olmaması ilə bağlı saxta arayış və...

Keçmiş maliyyə naziri haqda ŞOK FAKTLAR – Çexiyada milyonluq biznes şəbəkəsi, məhkumluğunun olmaması ilə bağlı saxta arayış və...

Tarix: 1-07-2019, 12:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 784
Keçmiş maliyyə naziri haqda ŞOK FAKTLAR – Çexiyada milyonluq biznes şəbəkəsi, məhkumluğunun olmaması ilə bağlı saxta arayış və...


Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifovun Çexiyadakı biznesi haqda özünün Facebook səhifəsində sənədlər paylaşıb. Gundemxeber.az jurnalistin statusunu və həmin sənədləri oxucularına təqdim edir:

"Ötən gün keçmiş maliyyə naziri Fikrət Yusifovun Çexiyada daşınmaz əmlak biznesi ilə bağlı məlumata cavabını paylaşmışdım. Bir daha qeyd edirəm ki, bu onun cavab haqqı idi və səbəbdən onu diqqətinizə çatdırdım.
İlk öncə onu da vurğulamaq istəyirəm ki, Fikrət Yusifov cənablarının operativ reaksiyasını və bu mövzuya aydınlıq gətirməsini təqdir edirəm.
Əslində keçmiş maliyyə nazirinin açıqlamasından sonra mövzuya qayıtmaya da bilərdim, amma yazdığı cavabla bağlı bəzi məqamlar haqqında fikirlərimi bildirmək istəyirəm. Ona yönəlik “Mövzudan kənar olsa da Fikrət Yusifova sualım var, Çexiyadakı daşınmaz əmlak biznesini (ČECHAZ GROUP s.r.o.) Zarema Totikovaya satıb, yoxsa sadəcə onun adına keçirib” sualımı cavab verəsi şəxs bir kənarda qala-qala bəzi saytlar onun yerinə "tikanlı-atmacalı şərh" kimi təqdim edib, "qaşınmayan yerdən qan çıxarmağa çalışmaq" kimi qələmə verib.
Cənab Yusifov mənə ünvanladığı cavabda isə özü etiraf edir ki, Çexiyada belə bir şirkəti olub, onu 2010-cu ildə açıb. Yəni məlum "dövlət çevrilişinə cəhd"lə bağlı 4 illik həbsdən cəmi bir il sonra.
Bildiyim qədərilə Fikrət Yusifov həbsdən sonra Rusiyaya üz tutub, qısa müddət sonra Praqada şirkət açmaq qərarına gəlib. Çexiya qanunvericiliyinə görə bu ölkədə biznes quran şəxs məhkumluğunun olmaması ilə bağlı mütləq müvafiq orqanlara arayış təqdim etməlidir. Fikrət Yusifov məhkumluğunun olmaması ilə bağlı həmin arayışı haradan və necə əldə edib, Çexiya hökumətini necə aldadıb, bu da maraqlı məsələdir.
Sizlərə də təqdim etdiyim sənədlərə görə Fikrət Yusifov iki övladı ilə birgə ČECHAZ GROUP s.r.o.-ni qeydiyyatdan keçirərkən Azərbaycan deyil, Rusiya pasportu təqdim edib, qeydiyyat ünvanə yaşayış ünvanı Sankt Peterburq, Novoçerkasskiy prospekt 9/65 göstərilib. Ola bilsin ki, keçmiş nazir məhkumluğunun olmaması ilə bağlı arayışı da məhz Rusiyada əldə edib.
Fikrət Yusifov iddia edir ki, Çexiyada şirkəti övladlarının hansısa proqram çərçivəsində Çexiyada təhsil almaq istəyi, ora gedib gəlməyin, yəni viza almağın daha asan olması üçün açıb. Belə bir istək alqışlanmalıdır, amma Çexiya hökuməti bu ölkədə şirkət açmaq hüququnu əcnəbilərə biznes qurmaq, yaxud daşınmaz əmlaka yiyələnmək hüququnu təsbit etmək üçün verir. Bir çoxları prosedurların asan olması səbəbindən Avropada daimi yaşamaq izni əldə etmək, yaxud Şengen zonasında rahat biznes qurmaq məqsədilə Çexiyada bu imkandan yararlanırlar. Yerli qanunvericiliyə görə, şirkət təsis olunduqdan bir il ərzində təsisçilər bu ölkəyə 90 günlük multiviza əldə edirlər. Yalnız bir il sonra müəyyəm şərtlər daxilində (fəaliyyətdə olan biznes, daşınmaz əmlaka sahiblik) bu ölkədə yaşamaq hüququ əldə edirlər. Lakin şirkət qeydiyyatdan keçirməklə bu ölkədə təhsil almaq imkanı barədə Fikrət Yusifovdan ilk dəfə eşidirəm.
Fikrət Yusifov deyir ki, Çexiyada heç bir daşınmaz, əmlakı, dövriyyəsi olmayıb. Bu mövzuda mübahisə etmək niyyətim yoxdur, çünki əlimdə şirkətə aid maliyyə sənədləri yoxdur. Amma aşağıda paylaşdığım qeydiyyat sənədlərinə görə keçmiş nazirə aid şirkətin fəaliyyət profili məhz daşınmaz əmlakla bağlı olub. Cənab Yusifov deyir ki, şirkətin dövriyyəsi olmayıb. Belə çıxır ki, 2013-cü ildə şirkət Bakı şəhər sakini Zarema Totikovaya (onun kimliyi maraqlı deyil) satılana, yaxud onun adına keçirilənə qədər şirkət 3 il ərzində fəaliyyətsiz olub. Bu iddianın özü də müəmmalıdır.
Ən nəhayət, cənab Yusifov xüsusi vurğulayır ki, "Heydər Əliyev hakimiyyətindən müdafiə naziri Səfər Əbiyevin koorupsiya əməllərini mətbuatda ifşa etdiyinə görə" gedib. Bu məsələdə keçmiş nazir qətiyyən səmimi deyil. Bu iddianın duzu çatmır, duz məsələsini unudub, ya da unutdurmağa çalışır.
Unudubsa xatırladım.
Keçmiş müdafiə naziri ilə keçmiş maliyyə naziri arasında intriqa Fikrət Yusifovun qardaşı Müstəcəbin hələ əvvəlki müdafiə naziri Məmmədrəfi Məmmədovun vaxtında gön-dəri fabriki əvəzinə, Müdafiə Nazirliyinə sırınan 10 min ton duzdan qaynaqlanırdı. Abşeronun duz göllərindən yığılmış bu qədər duzun alışına Məmmərəfi Məmmədov imza atmışdı. Amma o ərəfədə müdafiə naziri dəyişdi, Səfər Əbiyev pulu ödəməkdən imtina etdi. Yəqin ki, bu maxinasiyada onun maraqları təmin olunmadığı üçün.
Bu intriqa xeyli müddət davam etdi, məsələ böyüdü, Maliyyə Nazirliyi təzyiq kimi süründürməçiliklərə əl atdı, aylarla Müdafiə Nazirliyinə büdcədən ayrılan vəsaitlərin köçürülməsini yubatdı, əsgər və zabitlərin maaşlarının ödənilməsində problemlər yarandı, ən nəhayət bu intriqa dövlət başçısın bezdirdi, intriqa tərəflərindən biri kimi Fikrət Yusifovun əmri verildi.
Fikrət Yusifov özü haqqında əmrin verildiyi gün bunlarla bağlı "Üç nöqtə" qəzetində dərc olunmuş araşdırmamı yəqin ki, unutmayıb".

Sabiq nazirin reaksiyası...

Qey edək ki, sabiq nazir Fikrət Yusifovun araşdırmaçı jurnalistin açıqlamsına açağıdakı kimi reaksiya verib:
“Salam Cavanşir bəy! Siz FB səhifənizdə barəmdə bir xəbər paylaşmısınız. Olmazdı ki, mənimlə əlaqə saxlayıb hər şeyi aydınlaşdırdıqdan sonra bu addımı ataydınız? Görünən budur ki, yaşınız da az deyil. Belə tələsik bir status paylaşmaqda məqsədiniz nədir? İndi Sizin barəmdə yazdığınız məlumata aydınlıq gətirirəm. Mənim övladlarım 2010-cu ildə bir proqram çərçivəsində Çexiyada təhsil almaq istədilər. Ora gedib gəlməyin - yəni viza almağın daha asan olması üçün Praqada müraciət etdiyimiz hüquq firması bizə bir müəssisə təsis etməyi məsləhət gördü. Biz bu müəssisəni (firmanl) təsis etdik. Lakin bir neçə ay keçməmiş övladlarım daha münasib bir variant tapıb başqa ölkədə təhsil almaq seçimi etdilər. Bundan sonra biz o firmanın bağlanması barədə qərar verdik. Bizə bu firmanın açılmasında yardımçı olmuş hüquq firmasından öyrəndim ki, Çexiya qanunlarına görə açılmış firmanı bağlamaq mümkün deyil, onu yalnız başqa birisinə ötürmək olar. Bir müddətdən sonra bizim müraciətimiz əsasında bu firmanın başqa bir azərbaycan vətəndaşına satıldığı barədə məlumat aldım. Sizi tam əmin edirəm və bu sözlərimin arxasınmda dururam: - əgər o firmanın hər hansı bir dövriyyəsini və mənim Çexiyada hər hansı bir əmlakımı ortaya çıxarsanız bunların hamısını həmən sizə hədiyyə edəcəm. SÖZ!!! Məni başqaları ilə səhv salmayın! Unutmayın ki, mən Heydər Əliyev hakimiyyətindən müdafiə naziri Səfər Əbiyevin koorupsiya əməllərini mətbuatda ifşa etdiyimə görə getmişəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş nazir Fikrət Yusifovun xanım qohumu Əli İnsanova hansı mesaji göndərib?

    Keçmiş nazir Fikrət Yusifovun xanım qohumu Əli ...

    25-09-2014, 12:35

  • 
  • Sabiq Nazir milyonlarla dollara necə sahib oldu? - ŞOK FAKTLAR

    Sabiq Nazir milyonlarla dollara necə sahib oldu? ...

    9-01-2019, 10:06

  • 
  • Fikrət Fərəməzoğlu Kürdəxanı təcridxanasında aclıq edir

    Fikrət Fərəməzoğlu Kürdəxanı təcridxanasında ...

    20-02-2017, 00:50

  • 
  • İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ARAŞDIRMA

    İctimai rəy Paşazadənin biznesini dayandırdı-ŞOK ...

    10-04-2019, 14:03

  • 
  • ”Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm” – Fikrət Fərəməzoğlu

    ”Prezident İlham Əliyevə məni bağışladığı üçün ...

    18-03-2019, 16:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu