Keçmiş maliyyə naziri Fikrət Yusifovla sabiq səhiyyə naziri Əli İnsanovun arasındakı gərginlik haqda yeni xəbər yayılıb.
gundemxeber.az Gunpress.az-a istinadən xəbər verir ki, dəmir barmaqlıqlar arxasında olan Ə.İnsanova telefonla video-mesaj göndərilib: "Əli İnsanovun üzünə duran keçmiş maliyyə naziri Fikrət Yusifovun əməllərini onun əmisi qızı və Əli İnsanovun işçisi olmuş xanım bağışlamayıbmış. Hətta xanımın bu etiraflarından sonra Fikrət Yusifovun doğmaları ondan imtina edib. Həmin xanım Mehdibadda ailə tədbirinə hamını dəvət etsə də, Yusifovlardan heç kəs gəlməyib".
Saytın iddiasına görə, bundan sonra həmin xanım elə bir addım atıb ki, həm Yusifovlar, həm də Əli İnsanov üçün bu addım həddən artıq gözlənilməz olub. Onun Əli İnsanova mesaj göndərdiyi də bildirilir. Anlaşılan budur ki, bundan sonra sabiq nazirlər arasında düşmənçilik yeni müstəviyə çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?