GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xocavəndin ərköyün icra başçısı... - İDDİA

Xocavəndin ərköyün icra başçısı... - İDDİA

Tarix: 12-07-2019, 15:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 902
Xocavəndin ərköyün icra başçısı... - İDDİA


Bir neçə gün öncə PİA.az saytı Xocavənd rayon Mərkəzi Xəstəxanası ilə bağlı “Xocavənd Mərkəzi Xəstəxanasında müəmma – Baş həkim kimdir?” adlı məlumat yaymışdı. Həmin məlumatda qeyd etmişdik ki, bu rayonun səhiyyə sistemində anormal bir durum hökm sürür.

Daxil olan məlumatda hazırda rayon xəstəxanasının baş həkimi vəzifəsini daşıyan Rüfət Hüseynov formal bir fiqura çevrilib. Belə ki, Xocavənd sakinləri iddia edirlər ki, rəsmi olaraq Rüfət Hüseynov baş həkim vəzifəsini daşısa da rayon səhiyyəsini keçmiş baş həkim Nurəngiz Bəşirova idarə edir.

PİA.az-a daxil olan məlumatda bildirilirdi ki, Xocavənd Mərkəzi Xəstəxanasında sıravi həkim kimi çalışan xanım Bəşirova Rüfət Hüseynovun kabinetində əyləşməklə bərabər, həm də qurumun bütün maliyuə işlərinə nəzarət edir.

Həmin məqalədən iki gün sonra saytımızın elektron poçtuna təkzib məktubu ünvanlandı. Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Rüfət Hüseynov saytımızın elektron ünvanına məktub yazaraq onun soyadının Səfərov deyil, Hüseynov olduğunu vurğulayaraq bildirirdi ki, yazıda irəlü sürülən iddialar əsasıszdır və o, baş həkim olaraq öz vəzifəsini layiqincə icra edir. Biz həmin məktubu olduğu kimi dfərc etdik və Rüfət Hüseynovun soyadını texniki səhvə yol verərək Səfərov kimi qeyd etdiyimizə görə baş həkimə öz üzrxahlığımızı çatdırdıq.

Lakin elektron poçtumuza göndərilən məktubun maraqlı nüansı cənab Rüfət Hüseynovun “Nurengiz Beshirova ” ünvanından bizə təkzib məktubunu yollaması idi. Yəni böyük ehtimalla məktubu əslində xanım Nurəngiz Bəşirovanın göndərdiyini deyə bilərik. Xanım Bəşirovanın elektoron poçtundan göndərilən məktubdan baş həkim Rüfət Hüseynovun xəbərdar olub olmadığı isə bizə məlum deyil. Qeyd edək ki, Rüfət Hüseynovun adında saytımıza təkzib məktubu yollayan Nürəngiz Bəşirova iddia edir ki, o heçdə baş həkimin otağını zəbt etməyib və yalnız sıravi həkim kimi çalışır.

Xanım Bəşirovanın tez tələsik yazıb göndərdiyi təkzib məktubu saytımızda dərc edildikdən sonra PİA.az Xocavənd rayon İcra Hakimiyyətindən adının açıqlanmasını istəməyən mənbədən ilginc məlumat daxil oldu. Həmin məlumatda bildirilirdi ki, PİA.az-ın Xocavənd Mərkəi Xəstəxanasında baş verən hadisələri tam aydınlığı ilə yazması Nürəngiz Bəşirova ilə rayon icra başçısı Eyvaz Hüseynovun ciddi narahatllıqlarına səbəb olub. Hətta icra başçısı ilə xanım Bəşirova Xocavənd xəstəxanasında və İcra hakimiyyətində “məlumat”ı sızdıranın axtarışına başlayıblar. Mənbəmiz qeyd edir ki, PİA.az-ın Xocavənd Mərkəzi Xəstəxanası ilə bağlı yazdığı xəbər həqiqətən doğrudur.

Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə rayon xəstəxanasını Nürəngiz Bəşiovanın idarə etməsinin şahidləri Xocavənddə yüzlərlədir. Tibb müəsissəsinin heyyəti, icra hakimiyyətinin işçiləri və sıravi vətəndaşlar Xocavənd səhiyyəsinin əslində Nurəngiz Bəşirova tərəfindən iidarə olunduğunu yaxşı bilirlər. Çünki o boyda cidanı çuvalda gizlətmək mümkün deyil.

Qeyd edək ki, hazırda Xocavənd rayon İcra hakimiyyətinin rəsmi saytında Nürəngiz Bəşirova yenədə baş həkim kimi göstərilir. Düzdür icra hakimiyyətinin idarələr bölməsində rayon xəstəxanasının baş həkimi Rüfət Hüseynovun adı da qeyd edilib. Amma Xocavənd Rayonu İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri siyahısında Nürəngiz Bəşirovanın adı Mərkəzi Xətəxananın baş həkimi kimi göstərilib.

Mənbəmiz iddia edir ki, icra başçı Eyvaz Hüseynov sıravi Nürəngiz Bəşirovanı Şura Üzvülüyündə və üzdə saxlamasına səbəb keçmiş baş həkimlə bağlı ciddi planlarının olması ilə bağlıdır. İddialara görə Eyvaz Hüseynov Nürəngiz Bəşirovanı öz yerində görmək istəyir və bunun üçün də çalışır. Lakin Nürəngiz Bəşirovanın ciddi nöqsan və hətta cinayət məcəlləsinə daxil olan əməllərinə görə baş həkim vəzifəsindən azad olunması Eyvaz Hüseynovun qarşısında əsas problem olaraq qalmaqdadır.

Mənbəmiz iddia edir ki, Eyvaz Hüseynovda Nürəngiz xanımı Xocavənd icra başçısı kimi görmək arzusu hələ illər əvvəl yaranıb. 2005-ci və 2017 ci illərdə Xocavənd Mərkəzi Xəstəxanasında aşkarlanan çoxsaylı yeyintilərə baxmayaraq Eyvaz Hüseynov Nürəngiz Bəşirovanı həmişə qoruyub və qorumaqda davam edir. Əgər Xocavənd icra başçısı baş həkimi qorumasaydı, indi xanım Bəşirovanın səsi bəlkə də həbsxanalardan gələrdi.

Xatıqladaq ki, 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda Nürəngiz Bəşirovaya və xəstəxananın bir neçə işçisinə 179.2.3. (öz qulluq mövqeyindən istifadə etmək) və 313. (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Həmin cinayət işində Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə günahlandırılırdı. Hətta istintaqın yekununda təqsirilənlərə yeni iddihamların irəli sürülərcəyi də gözlənilirdi.

Ancaq Xicavənd icra başçısı Eyvaz Hüseynovun çoxsaylı çabalarından sonra Ağcabədi Rayon Prokurorluğu Nürəngiz Bəşirovaya açılmış cinayət işinə birəthər ört basdır etməyə məcbur oldu. Eyvaz Hüseynovun bu cinayət işinin bağlanması üçün hakimiyyətin yuxarı dairələrinə minnətçi düşdüydə qeyd edilir.

Amma 2017-ci ildə Nürəngiz Bəşirovanın sağlamlığı ilə bağlı problemin yaranması (bəhməz qazanına düşərək yanmışdı) və baş həkimin müalicə kusu keçdiyi bir vaxtda Xocavən Mərkəzi Xəstəxanasında aparılan yoxlamada yenə də ortaya ciddi maliyyə mənimsəmələri çıxmışdı. Vəziyyətin ciddiliyini anlayan icra başçısı Eyvaz Hüseynov məcburən Nürəngiz Bəşirovanı işdən çıxartmalı oldu və Mərkəzi Xəstəxanada aşkar edilən maliyyə pozuntuları çox çətinliklə ört basdır edildi.

Mənbəmiz qeyd edir ki, gələcəkdə Eyvaz Hüseynovun arzuladığı kimi Nüəngiz Bəşirovanın Xocavənd icra başçı olması rayon əhalisinin ciddi narazılığına səbəb ola bilər. Çünki Xocavənd icra başçısı olmağa layiq illərdi rayon üçün çalışan YAP rayon təşkilatının sədri və başçının birinci müavini Azər Süleymanov kimi bir neçə şəxs var. Bundan başqa Nurəngiz Bəşirovanın rayon əhalisi arasında nüfuzunun olmamması da Azər Süleymanovun şanslarını daha da artırır. Lakin Azər Süleymanovun Xocavəndə icra başçısı gəlməsi Xocavəndi 30 ildir ki, idarə edən Eyvaz Hüseynovun maraqlarına zidd olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş həkim Xocavənd təhsilini talayır

    Baş həkim Xocavənd təhsilini talayır ...

    5-07-2015, 18:01

  • 
  • Baş həkim vəzifəsindən azad edildi - Mərkəzi Neftçilər Xəstəxanasında dəyişiklik

    Baş həkim vəzifəsindən azad edildi - Mərkəzi ...

    28-07-2017, 17:48

  • 
  • Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: Həkim rüşvət alarkən görüntüləndi (VİDEO)

    Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq: ...

    3-07-2019, 16:31

  • 
  • Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya bataqlığına çevirib

    Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya ...

    20-02-2014, 23:31

  • 
  • Baş həkim işdən çıxarıldı

    Baş həkim işdən çıxarıldı ...

    6-09-2017, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu