Nürəngiz Bəşirova dövlətin ayırdığı pulla alınan dərmanları öz apteklərində satır; nazirlik isə...
Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi prezidentin siyasətinə qarşı çıxır. Dövlətin dərmanlarını satan Nürəngiz Bəşirova ölkə başçısının səhiyyə və tibbi ləvazimat sahəsindəki qaldırdığı məsələləri görməzdən gəlir.
“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, hər il dövlət tərəfindən Xocavənd Səhiyyə İdarəsinə 250-300 min manatlıq dərman pereparatları və tibb ləvazimatları ayrılır. Dövlətin bu sosial yardımından Xocavənd sakinləri yararlana bilmirlər. Çünki baş həkim Xocavənd səhiyyəsinə ayrılan dərmanları və tibbi ləvazimatları satır. Bu gəlirlərin bir hissəsini Səhiyyə Nazirliyinə, bir hissəsini icra başçısına ötürən baş həkim üçüncü payı özünə götütür. Azmedia.info iddia edir ki, Xocavənd cəbhə bölgəsi hesab olunur və ekstremal şəraitdə hər an təcili tibbi yardıma ehtiyac ola bilər. Son 3 ildə Xocavənd rayon Mərkəzi Xəstəxanasına üst-üstə 1 milyon manatdan çox dərman pereparatları və tibb ləvazimatı ayrılıb. Əhalisinin sayına görə ölkədə sonuncu yerə tutan Xocavənd rayonu səhiyyə xərclədiyi vəsaitə isə bir çox böyük rayonları qabaqlayır. Bu da təbii ki, Xocavənd rayonunun birbaşa düşmənlə təmas xəttində yerləşməsi ilə əlaqəlidir. Lakin Nurəngiz Bəşirova həmin dərmanları öz apteklərində sataraq, dövlətin sosial siyasətini məhv edir. Baş həkim Xocavənd xəstəxanasının yanında, Beyləqan və Ağcabədi rayonlarında apteklər açıb. Həmin apteklərdə satılan dərmanların əksəriyyəti isə dövlət tərəfindən Xocavənd rayon Səhiyyə İdarəsinə ayrılan
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?