GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gömrükdə 32 minlik mal üçün 14 min “rüsum“ tələb olunur – Etiraz

Gömrükdə 32 minlik mal üçün 14 min “rüsum“ tələb olunur – Etiraz

Tarix: 21-07-2019, 18:07 Bölmə :GündəmXəbər Baxış: 538
Gömrükdə 32 minlik mal üçün 14 min “rüsum“ tələb olunur – Etiraz


Sahibkarlar “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qanunlara məhəl qoymadığını bildirirlər.

Gundemxeber.Az bildirir ki, bu barədə Yenicag.az-a müraciət edən Qazax rayon sakinləri Nağıyev Sənan Hüseyn oğlu və onun etibarnamə ilə təsdiqlənmiş nümayəndəsi Vəliyev Rüstəm Oruc oğlu Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin onların sahibkarlıq fəaliyyətinə maneə yaratdığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Vüsal Nuriyev onların tam qanuni şəkildə ölkə ərazisinə gətirdikləri mobil telefonlara özünəməxsus qaydada “həbs qoyub”:

“Sənan Nağıyev satış məqsədilə ölkəyə 200 ədəd ümumi dəyəri 32 min 110 ABŞ dolları olan mobil telefon gətirib və gömrük əməkdaşları həmin cihazları 11905110501407 nömrəli saxlanca götürsələr də, bunu heç bir möhürlə təsdiq olunmayan akt əsasında həyata keçiriblər.

Saxlanca götürülmüş telefonların rəsmi qeydiyyata salınması üçün çətinliklə “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qəbuluna yazıldıq. Onun qəbuluna yalnız ikimizdən birinin düşə biləcəyi şərti qoyuldu. Buna görə də 23 may 2019-cu il tarixli etibarnamə əsasında rəisin qəbuluna Rüstəm Vəliyev getdi.

Vüsal Nuriyev qəbul zamanı Rüstəm Vəliyevlə qeyri-etik davranaraq, dövlətə məxsus xidməti kabinetdə stula əyləşmək üçün mütləq ondan icazə almalı olduğunu kobud və yekəxana tərzdə bildirib.

O, edilmiş müraciəti qanunvericiliyə uyğun şəkildə cavablandırmadı və mənim tərəfimdən söhbətimizin gizli yazılışının aparıldığını iddia etdi. Mən isə texniki yoxlamaya hazır olduğumu bildirsəm də, qanuni prosedurlar və tələblər barədə verdiyim suallara heç bir cavab ala bilmədim.

24.05.2019-cu il tarixdə isə malların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmi ərizə ilə müraciət etdik. Ərizə 26/N1/004898 nömrəsi ilə qeydiyyata alınaraq, rəsmiləşdirilməsi üçün Vüsal Nuriyevə həvalə edildi”.

Şikayətçilər əlavə ediblər ki, Vüsal Nuriyev Qərb Ərazi Baş Gömrük İdarəsinin təqdimatından sonra da onların məsələsini həll etməyib:

“27.05.2019-cu il tarixdə Vüsal Nuriyevin qəbuluna düşə bildik. Vüsal Nuriyev telefonla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Cəbrayıl adlı şəxslə telefonla danışandan sonra bizə dedi ki, telefonlar aktda göstərilmiş məbləğ üzrə deyil, real bazar qiyməti əsasında qiymətləndiriləcək. Bundan sonra həmin məbləğin 36 faizini ödəyərək, telefonları təhvil ala bilərsiniz.

Telefonların dəyərini real bazar qiyməti ilə hesabladıqda isə onun tələb etdiyi həmin 36 faizlik məbləğ minimum 14 min ABŞ dolları edir. Biz isə həmin vəsaiti ödəmək imkanımızın olmadığını bildirərək, telefonların Gömrük Məcəlləsinə uyğun olaraq, gətirdiyimiz ölkəyə geri göndərilməsini Vüsal Nuriyevdən xahiş etdik.

Biz bu xahişimizin qanuni əsasının olduğunu bildirsək də, o, cavabında “bir daha bu məsələ ilə bağlı məni narahat etməyin”, deyərək, çevrilib getdi. Vüsal Nuriyev həmçinin bizim qanuni haqqımız olan müraciət etmək hüququmuzu da məhdudlaşdırdı. Bütün bunlar müşahidə kameralarında əks olunub”.

Şikayətçilərin sözlərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin “qaynar xətt”inə də məlumat veriblər. Onların Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdləri isə nəticəsiz qalıb.

Vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyinə müraciət etməkdə görən şikayətçilər Azərbaycana gətirdikləri və 11905110501407 nömrəli saxlanca götürülməsinə dair Aktda qeyd olunmuş məhsulların alındığı ölkəyə geri göndərilməsinə yardım göstərilməsini xahiş edirlər.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan gömrükçüləri 74 ədəd mobil telefon və aksesuarlarını aşkar edib

    Azərbaycan gömrükçüləri 74 ədəd mobil telefon və ...

    1-10-2018, 12:05

  • 
  • Mobil telefonların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

    Mobil telefonların qanunsuz yolla ölkəyə ...

    29-11-2017, 17:06

  • 
  • Gömrük sistemində kapital savaşı

    Gömrük sistemində kapital savaşı ...

    10-05-2013, 12:54

  • 
  • Yük avtomobili gömrük-sərhəd keçid məntəqəsində qəza törədib

    Yük avtomobili gömrük-sərhəd keçid məntəqəsində ...

    4-09-2018, 11:51

  • 
  • "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində görünməmiş qanunsuzluq

    "Qırmızı Körpü" gömrük-keçid ...

    11-04-2017, 16:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu