GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

Tarix: 23-07-2019, 11:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 860
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...


Ötən həftə PİA.az saytı konkret sahibkarın şikayəti əsasında “Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı – Bazar qiymətlərini müəyyən edir...” adlı yazı dərc etmiş və yazı ictimaiyyətdə geniş rezonans doğurmuşdu.

Yazı dərc edildikdən bir gün sonra isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, komitənin sədri Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlara qurum rəsmi cavab verib. Və açığı deyək ki, çox tərbiyəsiz üslubda və səriştəsiz hazırlanan cavab biz də təəssüf hissi doğurmaqla yanaşı haqqlı qəzəb də yaratdı. Çünki bu günə qədər ancaq qanunsuzluqları və ölkə büdcəsinə vurduqları ziyan vurub ciblərini doldurmaqla bütün ölkədə və ölkə xaricində ad çıxaran, ö cümlədən Azərbaycanın ticarət tərəfdaşlarını ölkəmizdən incik salmaqla məşğul olan, ən kiçik inspektoru belə qeyri rəsmi milyonerə çevrilən bir qurumun mətbuata və öz qanuni haqqını tələb edən sahibkara qarşı yekəxana davranması və bu zaman təhqiramiz ifadə işlətməkdən belə çəkinməməsi təəccüblü olmasa da hər kəsi qəzəbləndirən bir məsələdir. Yəni öz gözlərində tiri görə bilməyənlərin “kor atın kor nalbəndindən” danışması gülüncdür və biz hesab edirik ki, kimlərsə “kor atın kor nalbəndindən” danışa bilər, amma Gömrük Komitəsi danışa bilməz. Onlar bu haqqa sahib belə deyillər. Hər halda ortaya qoyduqları fəaliyyətlə bunu göstərirlər və onu da qeyd edək ki, bu ölkənin iqtisadi çiçəklənməsinin təməlində duran sahibkarlardan və iş adamlarından fərqli olaraq Gömrük Komitəsində çalışanların qeyri rəsmi milyonluq sərvətləri məhz dövlət büdcəsindən yayındırılan, yəni bu xalqın sosial rifahından oğurlanan milyonların hesabına başa gəlib.

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

PİA.az olaraq Gömrük Komitəsinin qeyri etik açıqlamasını aşağıda cavablayacağıq. Hələlik isə “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənovun “əlahərət faktlara” dayanan cavabını Komtənin və şəxsən cənab Səfər Mehdiyevin diqqətinə cəlb edirik:

Rafayıl Niftəliyevin qanunlardan xəbəri var?

“Rovel Trading şirkətinin rəhbəri olaraq mənim mətbuata verdiyim şikayətə cavab verən Dövlət Gömrük komitəsinin rəsmi cavabına qanunlardan çıxış edərək rəsmi cavab verirəm. Bildiririm ki, həqiqətən “Rovel Trading” şirkəti “Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutordur. Mənim əlimdə Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması ilə rəsmi müqaviləm var. Ancaq müqavilədə göstərilən qiymətlərlə sövdələşmə qiyməti ilə mal alıram.
Gömrük məcəlləsi Maddə 220.1 Malların gömrük dəyəri bəyannaməni həyata keçirən şəxs tərəfindən bu məcəllə və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzrdə tutulmuş qaydada müəyyən olunur.

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

Gömrük Tarifi haqqında Qanunda göstərilir:

Maddə 12: Gömrük dəyərini müəyyən etmə üsulları

1.2.1 Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
12.1.1 Malların sövdələşmə qiymət üsulu
12.1.2 Eyni malların sövdələşmə qiymət üsulu
12.1.3 Eynicinsli malların sövdələşmə qiymət üsulu
12.1.4 Dəyərin çıxılma üsulu
12.1.5 Dəyərin toplanma üsulu
12.1.6 Ehtiyat üsulu
12.2 Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Bu üsuldan istifadə etmək mümkün olmadıqda üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərinin əvvəlki üsulunu tətbiq etmək mümkün olmadıqda tətbiq edilir.

Gömrük Tarifi haqqında Qanunda hər şey çox açıq yazıldığı halda mən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev bir neçə sualım var.

Sual 1: Mənim əlimdə müqavilə var və e-qaimə var. Uzun illərdir mən müqavilə ilə sövdələşmə üsulu ilə ölkəyə mal idxal edirəm. Hansı səbəbə qanunu pozaraq siz mənə birinci üsulu tətbiq etmirsiniz? Qanun yazır ki, əsas üsul müqavilə sövdələşmə üsuludur. Ancaq ardıcıllıqla tətbiq edilməlidir. Amma siz birbaşa ikinci üsula keçirsiniz? Bunun səbəini qanuna dayanaraq mənə izah edə bilərsinizmi?

Burdan açıq görünür ki, siz qanunlara tabe olmaq istəmirsiniz və öz qərəzinizə uyğun olaraq mənim biznesimə ziyan vurmaağı qarşınıza məqsəd qoymusunuz.

Sual 2: Dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşdüyünə görə neft məhsullarının qiyməti də ucuzlaşdı. Sizin ölkəyə neft mallrı idxal edən iş adamlarına hansı qiyməti tətbiq edirsiniz? Özünüzün tətbiq etdiyiniz qiymətləri, yoxsa dünya bazarında formalaşan qiymətləri? Mən idxal etdiyim akkumulyatorun tərkibindəki qurğuşunun qiyməti dünya birjalarında 2200 dollardan 1750 dollara düşüb. Sabah qiymət hansı qiymət olsa, həmin qiymətə müqavilə bağlayacam. Demək ki, siz gömrükdə vəzifəli şəxs olaraq qiymətlərin ucuzlaşmasına qarşı çıxırsınız və faktiki olaraq monopoliyanın tərəfdarı kimi çıxış edirsiniz.

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

Gömrük bəyannaməsinin doldurulması haqqında 100/143 saylı 31.10.2014 il tarixli əmrə əsasən bəyannaməsinin 43 qrafasında 01 yazılması müqavilə üsulu elə həmin mənim dediyim üsuldur. Bəyannamənin 20-ci qrafasında 100 yazılması malın dəyərini 100 % ödənilməsi deməkdir. Mən həqiqətən də malın dəyərini həmin müqaviləyə əsasən Türkiyə Respublikasına əvvəlcədən ödəmişəm. Bank çıxarışını təqdim edə bilərəm.

Tarif haqqında Qanuna 12 maddəsinə əsasən Müqavilə ilə rəsmi köçürmə ilə idxal edilən malın gömrük əməkdaşı tərəfindən qiyməti qaldırmağı istəməsi tamamilə absurddur.

Gömrük Məcəlləsinin 220.2.2 Gömrük orqanları tərəfindən tələb olunduqda müəyyən edilmiş gömrük dəyərini dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Rafayıl Niftəliyev ölkəyə BARS akkumulyatorları gətirir və qiymətləri yarı-yarıya aşağı salır

Təkrarəm sizlərə bildirirəm ki, Dövlət Gömrükl komitəsinin Maliyyə Audit nəzarəti Baş idarəsinin gömrük dəyərinin müəyyən edilməsi şöbəsinin əməkdaşı Vüqar Əhmədovun qəbulunda oldum, bütün sənədləri: 1. E-fakturanı, 2. Türkiyədən çıxan ixrac bəyannaməsini, 3. Türkiyəyə ödədiyim ödəniş tapşırıqlarını, 4. Rəsmi invoysu, 5. Qurğuşunun bazar qiyməti ilə bağlı məlumatı, 6. Rəsmi müqaviləni təqdim etdim. Nazirlər Kabinetinin 263 saylı 22 iyul 2014 saylı qərarının 2.5 və 2.6 bəndlərində tələb olunan sənədlərin siyahısı göstərilmişdir.

Mən bütün sənədləri, hətta göstərilməyən sənədləri də təqdim etdim. Dedilər ki, üç gündən sonra gəl. Üç gündən sonra isə dedilər sənədlərin düzgündür, amma biz Rafayıla söz deyə bilmirik. Nİyə? Bəlkə ona görə ki, Rafayıl Niftəliyev Komitənin sədri Səfər Mehdiyevin baldızı oğludur? Səfər Mehdiyevin baldızı oğlu olmaq Rafayıl Niftəliyevə digərlərindən fərqli imtiyaz verir və bu imtiyaz gömrükdə açıq aşkar hiss olunur.

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...

Rafayıl Niftəliyev Səfər Mehdiyevin baldızı oğlu olaraq neçə illərdir bizə bilərəkdən problemlər yaradır. Çünki onun özü ölkəyə Qazaxıstandan BARS markalı akkumulyatorları gətirir və araşdırsaq qiyməti yarı-yarıya azaldır. (Bir vaqonda 70 ton akkumulyator olur). Rafayıl Niftəliyevin ölkəyə gətirdiyi akumlyatorlar gömrükdə 17 dollara sənədləşdirilir. Hakbuki ən keyfiyyətsiz akumlyatorun maya dəyəri 25-26 dollar arasında dəyişir. O zaman sual olunur, Rafayıl Niftəliyev 17 dollara gətirdiyi akumlyatoru hardan necə alır? Bu dövlətin büdcəsinə açıq şəkildə ziyan vurmaq deyilmi? Bütün bunları gömrük rəhbərliyi görmürmü?

Gömrük Məcəlləsi Maddə 178.2 Mallaın xüsusi Gömrük prosedurunda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi Qısa idxal bəyannaməsi və ya onu əvəz edən Tranzit bəyannaməsi Qəbul edilir.

Sual 3: Necə olur ki, mənim təqdim etdiyim 1119500105074 saylı Qısa idxal bəyannaməsini qəbul etmirsiniz. Qanuna görə Qısa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi əvəz edilir. Amma Səfər Mehdiyevin baldızı oğlu deyir ki, olmaz. Gömrük Məcəlləsi Milli Məclisdən keçib Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır, amma Səfər Mehdiyevin baldızı oğlu isə Milli Məclisdə qəbul edilən və prezident tərəfindən imzalanan qanunu qəbul etmir. Özündən yazılmamış qanunlar icad edir. Gömrük Komitəsi bunu necə izah edə bilər?

Gömrük Məcəlləsi Maddə 178.3 Gömrük orqanı ödənişə təminat tələb etmək hüququna malikdir. Maddə 258 Gömrük borcunun ödənilməsinin təmin edilmə üsulları yazılıb. Məcəlləyə niyə və hansı əsasla əməl etmirsiniz?

Sual 4: Məndən Gömrük borcuna görə nə zaman təminat istənildi ki, mən təminat vermədim?

1. Mənim Gömrükdə əvvəlcədən ödəniş kimi avansda pulum var.
2. “Təminatdan istifadə etməklə Gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 286 saylı 30 Oktyabr 2013 tarixli qərarına əsasən istənilən vaxt təminat verməyə hazıram. Baxmayaraq ki, mənim Gömrükdə avans kimi pulum var. Qeyd edim ki, Avans da təminatın 7-ci növüdür.

Bütün bu qanun və qaydalara Səfər Mehdiyevin baldızı oğlu niyə əməl etmir? Bunun izahı varmı?

Türkiyə şirkəti Gömrük Komitəsini iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edir

Qeyd edək ki, Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktub yollayaraq Komitəni iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edib. PİA.az-ın təqdim edilən məktubda bildirilir ki, son zamanlar Azərbaycana ixrac olunan malların gömrükdə qanunsuz olaraq saxlanılması onları və tərfdaşlarını maddi ziyana salmaqla yanaşı, iki ölkənin ticari əlaqələrinə də ziyan vurmaqdadır.

DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi Yakup Yaşa həmçinin Səfər Mehdiyevə məktubunda bildirir ki, “Rovel Trading”in Azərbaycan Gömrük Komitəsinə təqdim etdiyi e-qaimə tamamilə həqiqəti əks etdirir və bu üzdən malların gömrükdə saxlanılması qanunsuzdur. Yakup Yaşa vurğulayır ki, fakturaları və digər sənədləri bir daha Gömrük Komitəsinə yollaya bilərlər.

Maraqlıdır ki, Gömrük Komitəsi Yakup Yaşanın məktubuna cavab olaraq “Məktubunz araşdırılacaq” cavabını yollayıb. Lakin heç bir şey araşdırılmır. Mallar isə sənədləşdirilmir və satışa buraxılmır.

Səfər Mehdiyevin baldızı oğlu bazarda monopoliya yaratmağa çalışır

“Rovel Trading” şitkətindən bildiriblər ki, Rafayın Niftəliyevin əsas məqsədi onların şirkətini müflis etdirmək və bazarda “Rovel Trading” şitkətinin yerini tutmaqdır. Özünün ölkəyə gətirdiyi akumlyatorları gömrükdə 17 dollara sənədləşdirən Rafayıl Niftəliyev əlində olan adminstrativ imkanlardan yaralanaraq “Rovel Trading” şitkətini bazardan çıxarmaq istəyir. Məhz buna görə də onlara qarşı qanunsuz tələblər irəli sürülür və onların malı ölkəyə buraxılmır.

Qeyd edək ki, aldığımız son məlumata görə məsələ ilə bağlı “Rovel Trading” şitkətinin rəhbərliyi preziden İlham Əliyevə müraciət edib. Həmin müraciətin mətnini yaxın saatlarda yayacağıq.

Gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın

Iyulun 18-də Dövlət Gömrük Komitəsinin yayımladığı rəsmi məlumat yalan və böhtandan ibarət olduğu kimi həm də bir dövlət qurumunun ortaya qoyduğu tərbiyəsizlik nümunəsi olaraq dəyərləndirilməlidir. Həmin mətnin kimin tərəfindən yazılmasından asılı olmayaraq bir dövlət qurumunun sahibkar və media qurumu haqqlnda seçdiyi ifadələr qurum adına utancvericidir.

Onu da qeyd edək ki, açıqlamada “Rovel Trading” şirkətinə qanuni ticarətlə məşğul olmaq barədə verilən məsləhətlər isə gülüncdür. Öncə gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın. Çünki bu ölkədə sahibkarı qanunla qanuni ticarətlə məşğul olmaq iomkanı verməyən qurum sizsiniz və sizin yaratdığınız qanunsuzluqlar və “bespredel” hüquqi məsuliyyət daşıyır. Bu barədə hər Azərbaycan mətbuatında onlarla yazılar yazılır. Amma siz yenə də öz işinizdəsiniz. Monopoliya yaradır, sahibkarlara ziyan vurur və dşvləti talayırsınız. O üzdən də hər bir gömrük işçisi qeyri rəsmi milyonerə çevrilib. Bunun əksini deyirsinizsə, ictimaiyyətə qarşı səmimisinizsə, o zaman jurnalistləri yaşadığınız evlərə dəvət edin, mindiyiniz maşınları nümayiş etdirin...

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Millət vəkilinin general oğlu vəzifəsindən azad edildi - Səfər Mehdiyevin əmri ilə...

    Millət vəkilinin general oğlu vəzifəsindən azad ...

    6-11-2018, 14:20

  • 
  • Yeni sədr rəislərin yerini dəyişdi

    Yeni sədr rəislərin yerini dəyişdi ...

    4-05-2018, 16:21

  • 
  • Səfər Mehdiyevin növbəti hədəfi Əsgər Abdullayevdir... - İDDİA

    Səfər Mehdiyevin növbəti hədəfi Əsgər ...

    31-10-2018, 14:01

  • 
  • Səfər Mehdiyev qara işləri onun əli ilə görür... - İDDİA

    Səfər Mehdiyev qara işləri onun əli ilə görür... ...

    16-11-2018, 16:09

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu