Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri:
Dövlət Gömrük Komitəsinin sədri;
Kollegiyanın üzvləri:
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini; Dövlət Gömrük Komitəsi sədrinin müavinləri; Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri; Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi; Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi; Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri; Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi; Bakı Baş Gömrük İdarəsinin rəisi; Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?