Qusar rayon Balaqusar kəndindən yola çıxan avtomobilləri YPX əməkdaşları saxlayaraq qanunsuz cərimə protokolu yazırlar.
Belə ki, 29.07.2019-cu il tarixində VAZ 2107 avtomobil vasitəsini saxlayaraq 360 manat məbləğində cərimələyiblər. Guya həmin avtomobili idarə edən sürücü spirtli içki qəbul edibmiş kimi cərimələnib. Amma redaksiyamızı məlumatlandıran əməkdaşımız Əhmədov Elman bildirir ki, ''halhazırda təsərüfatla məşqul olan kənd sakinləri öz məhsullarını bazara aparmaqla məşqul olurlar. Kəndlilərin min bir əziyyətlə becərib satışını təşkil etmək üçün bazara çıxarmaqlarını görən YPX əməkdaşları pul qoparmaq məqsədi ilə saxta cərimə protokolu yazırlar. Eyni zamanda Polis şöbəsinin həyətinə aparmaqla hədələyir və avtomobilin sərbəst buraxılması üçün əlavə 200 manat rüşvət də tələb edirlər. Qanunsuzluq və rüşvətxorluq o qədər tüğyan edir ki, məhsullarını satmaq üçün bazara çıxan avtomobillər, elə həmin bazarın içində hədələnirlər. Rüşvət vermədiyi halda cərimə meydançasına aparırlar ki, avtomobildə olan məhsul yararsız hala düşsün. Vəziyyətin bu həddə çatmasını qəbul edə bilməyən məhsul sahibləri məcbur olub tələb olunan rüşvəti ödəməli olurlar.'' Hadisə yerində olan əməkdaşımızın hüquqi yardımı əsasında 902 saylı qaynar xəttə məlumat verilir ki, baş verən qanunsuzluğun qarşısı alınsın. Amma rəis Tərlan müəllimin saymamazlığı əsasında heç bir tədbir görülmür. Polislərin qanunsuz hərəkətləri ilə əlaqədar məhsullarının satışını həyata keçirə bilməyən vətəndaşlar Daxili Işlər Naziri Vilayət Eyvazova müraciət etmək məcburiyyətində olduqlarını əməkdaşımıza bildiriblər. Mövzu diqqətimizdədir...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?