YPX-əməkdaşları rüşvətxorluğa rəvac verməkdə hələdə davam edir.Baxmayaraq ki,ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını və ələlxususda qanun işçilərini korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb.Çünki, bu gündə bu çağırışa məhəl qoymayan elə qanun işçilərinin özləridir.Yəni qanunun keşiyində duran öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik.Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir.Bərdə-Yevlax postunda xidməti vəzifə daşıyan YPX-əməkdaşının əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı,və bizdə sual doğurdu.Qanunun keşiyində,dayanıb nizam-intizam yaratmaq əvəzinə qanunu pozaraq beton hasarların və sıx ağacların arxasında gizlənərək YPX avtomobilində qanunsuz üçayaqlı radar yerləşdirirlər.Görəsən bu gizli radar kimə qulluq edir? Elə əməkdaşımızın, lentə aldığı kadrlar burda öz əksini tapır.YPX əməkdaşlarına dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz məmurlar aldıqları əmək haqqı ilə kifayətlənməyib,öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər.Bu özbaşınalığa dur deyən tapılacaqmı? Güman edirik ki, çəkib təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və cənab general Ramiz Zeynalov yollarda mədəni 'DİLƏNÇİ' liklə məşğul olan YPX əməkdaşlarının özbaşınalığına son qoyacaqdır.
Sorğu
Yeni dizaynımız necədir?