Əvəz Zeynallının təqdimatında “Əyri oturaq, düz danışaq!”ın#003-cü qonağı Kanal 13-ün təsisçisi Əziz Orucovdur. Müsahibimiz Əziz Orucov Kanal 13-ə olan xaker hücumundan, bu hücumun kanala vurduğu ziyanlardan danışır. 360 min abunəçisi olan Kanal 13-ün rəhbəri tamaşaçı auditoriyasının bu qədər geniş olmasını heç bir texniki üsullara bağlı olmayaraq, tamaşaçıların öz istəklərinə müvafiq surətdə yaranması ilə əlaqələndirir.
Ə.Orucov hücumların son vaxtlar SOCAR prezidenti Rövnəq Abdullayevin oğlunun 2 milyon dollarlıq qol saatı ilə bağlı olduğunu xatırladır: “Mənə dedilər ki, əgər Rövnəq Abdullayevlə bağlı tənqidi materiallar yayımlasanız, sizin problemləriniz yaranacaq. Kanal 13-də ictimaiyyətin diqqətində olan Rövnəq Abdullayevin oğlunun bu saatı hansı pullarla əldə etməsi ilə bağlı xəbər və məlumatları yaymışıq. Çünki söhbət Azərbaycan büdcəsindən oğurlanmış pullardan gedirdi. Bundan sonra üzərimizə hücumlar başladı… Bəzi xakerlərin təşkilatçılığı ilə Kanal 13-ün facebook və instaqram hesablarının ələ keçirildiyini açıqlayan kanal rəhbəri hesab edir ki, artıq müstəqil media qurumlarına təzyiq vasitələri dəyişdirilib – həbslər xaker hücumları ilə əvəz olunub. Əziz Orucov onu da bildirdi ki, məsələ ilə bağlı artıq müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunub. Məsələ araşdırılır. Əziz Orucov daha həssas məqamlara da toxundu: “Mən bu məsələni Avropa Məhkəməsinə qədər aparmaq niyyətindəyəm, çünki Azərbaycanın hüquq-mühafizə orqanları çərçivəsində bunun həllini görmürəm…” Əvəz Zeynallı, “bu ölkədə Respublika prokurorluğunu məhkəməyə vermək mümkün deyil. Bütün ədliyyə sistemi prokurorluğun yeni oyunlarının oyunçusuna çevrilib. Bütün instansiyalar ərizəni bir-birinə ötürür, vaxt keçir ki, iddiaçılar Avropa Məhkəməsinə qədər gedib, çıxa bilməsinlər…” – dedi. Bu müsahibə çox maraqlı müsahibədir və Əziz Orucovun açıqladığı faktlar mətbuatın uzun müddətində qalacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?