“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəməsinin vaxtı məlum olub.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, “Kanal 13”ün rəhbəri Əziz Orucovun barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin icratına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib. Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?