GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı

Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı

Tarix: 7-08-2019, 16:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 636
Generalın ailəsi eyni binadan 12 mənzil aldı, digərləri aldadıldı


Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qaldıqlarını deyirlər. Onlar aldıqları evin pulunu əvvəlcədən ödəsələr də indiyə qədər mənzillərinə köçə bilmirlər.

Gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, söhbət "İdeal V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadangedir. O binadan ki, şirkətin təsisçisi və direktoru əlbir olaraq eyni mənzilləri bir neçə nəfərə satıblar. Törətdikləri dələduzluq əməllərinə görə cəzasız qalmayıblar, sakinləri aldatmaq özlərinə də baha başa gəlib.

Belə ki, mənzil sahiblərinin müxtəlif qurumlara haqlı şikayətlərindən sonra nəhayət şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov barəsində cinayət işi başlanılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılıb. İstintaq zamanı "İdeal V” tikinti şirkətinin direktoru Çingiz Məmmədovun adıçəkilən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindın istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə yaşayış binasındakı mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib.

Hər ikisi dələduzluq və vəzifə saxtakarlığında ittiham olunaraq həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qərarı ilə İsa Məmmədov 11 il, Çingiz Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hazırda iş Ali Məhkəmədədir.

Sakinlərin dediklərinə görə, 2017-ci ilin fevralında "İdeal V” MMC tərəfindən mənzillərin təhvil-təslim aktı olub və açarlar onlara verilib. Amma təhvil-təslim aktı elə kağızda da qalıb. Binanın giriş qapısı onların üzünə bağlanıb, sakinlər şəxsi mənzillərinə buraxılmayıb. Yeni tikilidə elektrik xəttləri çəkilməyib, istismara verilməyib. Bu səbəbdən də sakinlər təmir işlərinə başlaya bilməyiblər. Şirkət rəhbərliyi onlara öz mənzillərində təmir aparmağa imkan verməyib.

Bütün bunlar azmış kimi üstəlik mənzillərin çoxunun ayrı-ayrı şəxslərə satılması da məlum olub, bir mənzilin iki-üç sahibi ortaya çıxıb.

Şirkətin təsisçisi və direktorunun həbsindən sonra isə bina sakinləri tərəfindən "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər öz şəxsi vəsaitləri hesabına elektrik və su xətti çəkiblər, sayğaclar quraşdırıblar, yarımçıq binanın təmirini başa çatdırıblar.

"Mən 210 kvadratmetrlik mənzil almışdım. 231 min manat pul ödəmişdim. Pulu şirkətin təsisiçisinə - İsaya vermişdim. Müqavilə də bağlamışdıq. Ev hazır olsa da, heç kimi binaya buraxmırdılar. Şirkət tərəfindən bir mənzili bir neçə nəfərə satılmışdı deyə iyirmiyə yaxın sakin Korrupsiya İdarəsinə şikayət etdi. Sakinlərin şikayətindən sonra Çingizi də, İsanı da tutdular. Həmin vaxt, yəni şirkətdə problem yarananda mənə məxsus mənzil heç kimə satılmamışdı”- sakinlərdən biri deyir.

Şikayətçilərin bir qismi deyir ki, həmin ərəfədə bəzi şəxslərə məxsus mənzil şirkət tərəfindən başqasına satılmasa da, hazırda sözügedən binadan 12 mənzilə sahib olduğunu iddia edən iki qadın "peyda” olub. Həmin qadınlar binadakı 12 mənzillə bağlı mülkiyyət hüquqlarının tanınması iddiası ilə məhkəməyə müraciət ediblər.

Sakinlər deyir ki, onların mənzillərinə iddialı olan bu qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva saxta müqavilələrlə bu binada üç mərtəbəyə məxsus 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, bu mənzillərdə artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır.

Maraqlıdır, Korrupsiya İdarəsində aparılan istintaq araşdırması zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilərkən bu qadınların heç biri onlara məxsus müqavilə ilə üzə çıxmayıb və sakinlərdən heç kim onları tanımır, binanın heç bir yığıncağında, "Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasında iştirak etməyiblər:” Guya 2007-ci ildən bu binadan mənzil alıblar. Bəs 2019-cu ilə qədər, bu 12 il ərzində harada idilər? Korrupsiyada istintaq aparılan zaman, məhkəmə araşdırmaları vaxtı da onları "gördüm deyən” olmayıb. Əgər doğurdan belə idisə bu neçə ildə bu qadınlar niyə ortaya çıxmırdılar? Ən maraqlısı isə odur ki, Azərbaycan qanunvericiliyinin maaşlarına müvafiq bu iki qadın 3 mərtəbədən ibarət 12 mənzili hansı pulla əldə edib?”

Mənzil sahibləri deyir ki, adları çəkilən şəxslərin belə bir sənədi necə, hansı yolla ələ keçirmələri də müəmmalıdır: "Əslində onlar həmin binadan ev almayıblar. İstintaq zamanı da müəyyən edilib ki, adları çəkilən şəxslər bir manat pul ödəməyiblər. Belə bir sənədi necə, hansı yolla ələ keçirdikləri müəmmalıdır. İsanın şəriki Rauf Kərimovla (iş adamı R.Kərimov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) Ə.Hüseynovun kürəkəni Elçin qohum idilər. İki dələduzun düzüb-qoşduğu düsturdu, gəlib bizim başımızda çatlayır. Bunların da arxasında Əliağa Hüseynov dayanır. Korrupsiyada Rauf Kərimovla Elçin üzləşdirilib. Rauf deyib ki, Elçin mənə bir manat pul verməyib. Elçin də təsdiq edib”.

Sakinlər öz növbələrində qeyd ediblər ki, Nəsimi rayon məhkəməsinin qərar qəbul etməmişdən öncə "İdeal V” MMC ilə bağlı aparılan cinayət işləri ilə tanış olmalı və iddianı rədd etməli idi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri həbs edilib

    Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan ...

    18-08-2017, 20:53

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı - yenə tikinti fırıldağı

    Vəzifəli şəxslərin məhkəməsi başladı - yenə ...

    26-10-2017, 12:37

  • 
  • Tikinti firmasının sahibi həbslə üz-üzə

    Tikinti firmasının sahibi həbslə üz-üzə ...

    7-05-2015, 13:48

  • 
  • BAKININ "TİKİNTİ KABUSU"- Bir evdən 4 qat pul qazanan vəzifəli şəxslər

    BAKININ "TİKİNTİ KABUSU"- Bir evdən 4 ...

    18-11-2017, 00:38

  • 
  • Jurnalistlərin yeni mənzillərinə köçəcəyi tarix açıqlandı- Rəsmi

    Jurnalistlərin yeni mənzillərinə köçəcəyi tarix ...

    10-12-2013, 16:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu