GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY

Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK OLAY

Tarix: 14-08-2019, 16:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 224
Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra, hər kəsin Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının təmin olunması əsas prioritet məsələlərdən biri oldu. Düzdür, illər keçdikcə vətəndaş hüquq və azadlıqlarının qorunması yöndə müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar da qəbul olundu.

Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

Amma onu da unutmaq olmaz ki, qəbul olunmuş qanun və qərarların bir çoxu kağız üzərində qaldı və buna da əsas səbəb, ayrı-ayrı vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələri, məmur özbaşınalığının tüğyan etməsi, qəbul olunmuş qanunların tapdaqlar altına atılması və s. kimi halların varlığı oldu. Belə bir səbəblər üzündən də, indiyə kimi neçə-neçə vətəndaşın Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının pozulması halları baş verməkdədir və həmin şəxslərdən biri də, məhz Məmmədova Fairə Hüseyn qızıdır. Adı çəkilən bu xanımın üz-üzə qaldığı problemin həlli məqsədilə 28 yanvar 2016-cı il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən ədalətli məhkəmə qətnaməsinin çıxarılmasına baxmayaraq, bu gün də Suraxanı Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları hansısa maraqlar çərçivəsində çıxarılmış məhkəmə qətnaməsini icra etməyiblər. Belə bir halın varlığı hal-hazırda ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Çünki, məhkəmə qətnaməsinin icra olunması üçün ortada kifayət qədər əsaslar var və sadəcə olaraq onu qanunun tələbləri əsasında icra etmək lazımdır. İndiyə kimi adı çəkilən qurum əməkdaşları tərəfindən belə bir addım atılmadığından, bu gün də Fairə Məmmədova olmazın olaylarlarla üz-üzə qalmaqdadır. Ona görə də o, məcburiyyət qarşısında qaldığından, üz-üzə qaldığı belə bir problemin KİV-də ictimailəşdirilməsinə qərar verib.

Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

Belə ki, bu günlərdə redaksiyamza Bakı şəhəri, Xətai rayonu, general Şıxlıniski küçəsi-2942v, mən-138 ünvanda yaşayan Məmmədova Fairə Hüseyn qızı tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən xanım yazmış olduğu şikayət ərizəsində qeyd edir ki, “Mən illər öncədən tanıdığım, hansı ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi-“D” Y/S, ev-27, mən-212 ünvanda yaşayan Ocaqverdiyev Məzahir Sarıxan oğlu ilə ailəvi dost münasibətdə olmuşam. Elə hallar olub ki, aramızda olan səmimi münasibət əsasında dəfələrlə Məzahir Ocaqverdiyevə borca pul vermişəm. Bu şəxs sonuncu dəfə ona olan etibarımdan sui-istifadə etdi və borc şəklində verdiyim 8 (səkkiz) min ABŞ dollar pulumu özümə qaytarmadı. Düzdür, ilk əvvəl pulumun qaytarılması ilə bağlı onunla danışıqlar apardım və dəfələrlə bu yöndə müəyyən cəhdlər etdim, son anda nəyəsə nail ola bilmədim. Belə olan halda Məzahir Ocaqverdiyevin mənə qarşı atdığı addımlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəldim və çox keçmədi ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə yazılı şikayətimi də təqdim etdim. Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı o, yazmış olduğu izahatında mənə 8 min ABŞ dollar borcu olduğunu etiraf edir. Hətta, bunu Məzahir Ocaqverdiyevin bacısı Ocaqverdiyeva Həlimə Sarıxan qızı da, yazmış olduğu izahatında təsdiqlədi. Onu da bildirim ki, 35-ci polis bölməsinin əməkdaşları təqdim etdiyim şikayət ərizəsi əsasında toplanmış materialları əsas tutub mənə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Bəli, mən bu yöndə lazımi addımımı atdım və 28 yanvar 2016-cı il tarixdə Suraxanı Rayon Məhkəməsində (İş №2 (010)-465\2016) hakim Elçin Ağayevin sədrliyi ilə “mənimsənilmiş pulların məhkəmə qaydasında qaytarılması” tələbimə dair keçirilən məhkəmə prosesində, borclu Ocaqverdiyev Məzahir Sarıxan oğlundan 8 min ABŞ dolları məbləğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun ondan alınıb mənə ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarıldı. Məsələnin diqqəti cəlb edən tərəfi o oldu ki, Suraxanı Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədən razı qalmayan Məzahir Ocaqverdiyev, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti etsə də, 07 iyul 2016-cı il tarixdə (iş № 2 (103)-4455\2016) hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372; 382; 384.0.1; 392; 393 və 402-406-cı maddələrinin tələbləri əsas tutularaq, Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanıldı. Hətta bu azmış kimi, adı çəkilən şəxsin Ali Məhkəmənin mülki kollegiyasına etdiyi kassasiya şikayətindən sonra, bu instansiya məhkəməsi də çıxarılmış qətnaməni qüvvədə saxladı. Qətnamənin bütün instansiya məhkəmələrində qüvvədə saxlanılmasına baxmayaraq, bu gün də pozulmuş hüquqlarımın bərpası yöndə heç bir addım atılmır. Belə olan halda məcbur olub Suraxanı Rayon İcra və Probasiya şöbəsi əməkdaşlarının hərəkətsizlikləri barədə, yəni məhkəmə qərarının icra olunmaması ilə bağlı bir neçə dəfə ƏN-nin rəhbər şəxslərinin qəbullarında oldum. Məsələn, Nazir müavini cənab Vilayət Zahirovun və İcra Baş idarəsinin rəisi Nurəddin Mustafayevin qəbullarında olarkən, hər iki şəxs “gedin bu məsələni təcili qaydaya salın” deyə tabeçiliklərində olan şəxslərə lazımi tapşırıqlarını versələr də, təəssüflər olsun ki, bu gün də düçar olduğum problemim öz həllini tapmayıb. Bundan əlavə, bir neçə dəfə də Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi qaydada müraciət etdim. Belə ki, 27 iyun 2019-cu il tarixdə, yəni sonuncu dəfə ƏN-i, İcra Baş idarəsinin məsləhətçisi Ruhin Xəlilovun imzası ilə təsdiq olunmuş №04\11-8260 saylı məktubla verilmiş cavabda qeyd olunub ki, “icra sənədi üzrə Suraxanı Rayon İcra və Probasiya şöbəsində başlanmış icraat zamanı borclu tərəfindən tələb təmin olunmamış, icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış, o cümlədən Suraxanı Rayon Məhkəməsinin 02.09.2016-cı il tarixli qərardadı ilə M.Ocaqverdiyevin ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

İcraat dövründə görülmüş tədbirlər nəticəsində borcluya məxsus əmlak üzərinə Suraxanı Rayon Məhkəməsinin müvafiq qərardadı ilə həbs qoyulmuş, habelə M.Ocaqverdiyevin olduğu yeri müəyyən etmək mümkün olmadığına görə, icra məmurunun borclunun axtarılması haqqında 01.12. 2017-ci il tarixli qərarına əsasən, Suraxanı RPİ-də 25.01.2018-ci il tarixdə axtarış işi açılmışdır. Hazırkı müraciətin araşdırılması dövründə axtarış tədbirlərinin sürətləndirilməsi məqsədilə yeni qurum tərəfindən bir neçə dəfə, İcra Baş idarəsi tərəfindən 06.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Axtarışın nəticəsindən asılı olaraq icra tədbirləri davam etdiriləcəkdir”.

Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, aidiyyəti dövlət qurumlarının rəsmi şəxslərindən belə bir cavablar əldə etsəm də, bu gün də mənim Konstitusiya ilə qorunan hüquqlarım Suraxanı Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən təmin olunmayıb. Hələ bu azmış kimi 26 dekabr 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində (iş №8 (010)-3610\2016) borclu Ocaqverdiyev Məzahir Sarıxan oğluna məxsus 20-BD-819 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı, 10-ZU-158 dövlət qeydiyyat nişanlı “MERSEDES-200” markalı, 10-UB-250 dövlət qeydiyyat nişanlı “MERSEDES-250” markalı və 20-BE-886 dövlət qeydiyyat nişanlı “VAZ-21083” markalı minik avtomobillərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231; 263; 264 və 267-ci maddələrinin tələbləri əsasında həbs qoyulsa da, az sonra hansısa səbəblər üzündən avtomobillərdən ikisinin üzərindən həbs qərarı götürülür. Bu da o deməkdir ki, Suraxanı Rayon İcra və Probasiya şöbəsində qanun şah deyil, şah qanundur prinsipi ilə idarəçilik həyata keçirilir. Əslində bu cür yanaşmanın varlığı onu söyləməyə əsas verir ki, adı çəkilən şöbədə çalışan icra məmurları öz maddi və digər maraqlarının təmin olunması üçün, istənilən addımlarını atmağa hazırdırlar. Məsələn, Suraxanı Rayon İcra və Probasiya şöbəsinin rəisi Nazim Nərimanov məqsədli şəkildə vaxtı uzadır və “bu iş bizlik deyil” deyir. İcraçı Əzizxan Eminov isə, Məzahir Ocaqverdiyevlə dost olduğundan, o, üzərinə düşən vəzifə borcunu yerinə yetirmək istəmir. Suraxanı polisinin yanaşması da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni, polis əməkdaşları işin icra olunması üçün borclunun axtarışını həyata keçirmirlər. Əslində Suraxanı Rayon İcra və Probasiya şöbəsinin rəisi Nazim Nərimanovun bir neçə dəfə Məzahir Ocaqverdiyevlə mobil telefonla danışmasının şahidi olmuşam. Yəni, bu da onu söyləməyə əsas verir ki, borclu Məzahir Ocaqverdiyevin yerini müəyyən etmək o qədər də çətin məsələ deyil”.

Fikrət Məmmədovun Suraxanıdakı əməkdaşları məhkəmə qətnaməsini icra etmirlər - ŞOK  OLAY

Bəli, vətəndaşa qarşı belə bir yanaşmanın varlığı heç cür yolverilməz haldır. Çünki, bizim əsas amalımız sivil, demokratik dəyərlərə söykənən bir cəmiyyət qurmaqdırsa, o halda sual oluna bilər ki, 2016-cı ildə çıxarılmış məhkəmə qətnaməsinin bugünə kimi icra olunmamasının, yəni kağız üzərində qalmasının kökündə nələr durur? Yaxud da, belə bir yanaşmanın varlığına nə ad vermək olar? O halın da varlığını unutmayaq ki, hələ bir müddət bundan öncə ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycanın məhkəmə sistemində baş verən özbaşınalıqların, çoxsaylı qanunsuzluqların aradan qaldırılması yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını vermişdi. İndi sual oluna bilər ki, görəsən cənab Prezidentin bu yöndə vermiş olduğu tapşırığın Suraxanı Rayon İcra və Probasiya şöbəsi əməkdaşlarına aidiyyəti yoxdurmu? Yaxud da, adı çəkilən şöbədə çalışan vəzifə sahibləri ölkə rəhbərinin verdiyi tapşırığı icra etməməklə nəyə nail olmaq istəyirlər? Odur ki, bu yöndə həm düşünməyin, həm də götür-qoy etməyin zamanı çoxdan çatıb. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Problemin varlığını diqqətdə saxlayacağıq.
Bu yöndə araşdırmamız davam edəcək.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq qaydalarımız haqda qərarların icra forması dəyişir

    Hüquq qaydalarımız haqda qərarların icra forması ...

    4-02-2016, 14:37

  • 
  • Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir

    Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların ...

    23-09-2016, 14:34

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Xanlar Vəliyev: Hərbi cinayətlərin sayı kəskin surətdə azalıb

    Xanlar Vəliyev: Hərbi cinayətlərin sayı kəskin ...

    30-09-2017, 13:26

  • 
  • ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq  - ŞOK İTTİHAM

    ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq ...

    12-07-2019, 17:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu