Hörmətli redaksiya mən- Türkiyənin Hatay vilayəti sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçiyəm. Bu şirkət mənim əmək haqqımı mənimsəyib və bu yerli mətbuatda may ayında işıqlanıb.Amma buna baxmayaraq təəsüflər olsun ki, “Üstay” şirkəti indiyəcən mənim haqqımı ödəməyib.
Çalışdığım şirkət əmək hüquqlarımı tapdayıb. Mənə çatacaq pulu mənimsəyiblər.
Mən Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçiyəm. Türk şirkəti olan “Üstay”da bir ildən artıq işləmişəm.
11 ildir Azərbaycanda yaşayıram, azərbaycanlı xanım ilə evliyəm,3 qız övladım var. Hazırda Kotec qəsəbəsində kirayədə yaşayıram, işsizəm.
Məni “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Azərbaycanda, yəni Sumqayıtda fəaliyyət göstərən şirkətinə Şevqet Yıldız adlı soydaşım dəvət etmişdi. Bu zaman mənə vəd vermişdi ki, sən minimum 1500-2000 manatarası maaş alacaqsan. Sonradan mənə aydın oldu ki, aldadılmışam. Çünki ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verdilər. Onun da 500 manatı “Paşa Bank”-ın kartına köçürülüb. Qalan 300 manatını mənə şəxsən veriblər. Görəndə ki, aldadılıram, işdən ayrıldım. O gün-bu gündür onlardan qalan pullarımı ala bilmirəm.
Həyat yoldaşı mağır şəkər xəstəsi olduğundan hər gün insulin iynəsi vurur. Üstəlik, bir böyrəyi işləmir. Aldığım maaş onun müalicəsinə və ailəsinin xərclərinə belə yetmirdi.
Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumda 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda, mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar, mənə qarşı qeyri-insani və qanunsuz davranıblar. Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar.Mənim videomüraciəmi dərc etməyinizi xahiş edirəm.
Sorğu
Yeni dizaynımız necədir?