Yarmarka müvəqqəti olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərəcək Sumqayıt Şəhər İcra Hakimiyyətinin baçısı Zakir Fərəcovun şəhərin 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən kənd tsərrüfatı məhsulları yarmarkasını bağladığından bəhs etmişdik. Qeyd etmişdik ki, yarmarkanın bağlanmasına səbəb təmir səviyyəsi və sanitariya baxımından ərazinin lazımi tələblərə cavab verməməsi olub. Sumqayıtdakı mənbənin məlumatına görə, 8-ci mikrorayondakı yarmarka ərazisində təmir prosesi başa çatana qədər sözügedən yarmarkanın H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərməsi qərara alınıb. Lakin yarmarkanın müvəqqəti olaraq H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərəcəyi ilə bağlı qərar əksər şəhər sakininin ürəyincə olmayıb. Belə ki, şəhərin mərkəzində fəaliyyət göstərən yarmarkanın şəhər kənarına köçürülməsi praktiki olaraq əksər vətəndaşları bu yarmarkadan faydalanmaq imkanından məhrum edib. Vətəndaşlar hesab edir ki, təmir prosesinin tezliklə başa çatdırılması və yarmarkanın əvvəki yerində açılışı daha arzuediləndir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?