Bu savadın sahibi olan deputat Iqbal Məmmədov indiyədək başqalarının əmlakını ələ keçirmək, qabağına keçəni döyməklə, indi də vergi işçilərini döydürməklə "şan-şöhrət" sahibi olub. Çox təvazökar adamdır.
Mətbuatın yazdığına görə deputatın maraqlı sahələri əhatə edən "halal" biznesi var:
1. "Kaspi Yıldız" şirkətlər qrupu (otellər, restoranlar), 2. "Relax" şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir), 3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma, 4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi, 5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq, 6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır), 7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil, 8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti), 9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti), 10. Lerik rayonunda donuz ferması, 11. Lerik rayonunda dəvəquşu ferması, 12. "Piran broyler" şirkəti (qardaşı Çingiz idarə edir), 13. Piran kənində şeben və kərpic fabrikləri, 14. Şüvəlan və Novxanıda villa, 15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər, 16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər, 17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər, 18. Lerik rayonunda villalar və sairə.
Nəsə mənə elə gəldi ki, Mikayıl Cabbarovu döyüblər...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?