GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT

Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT

Tarix: 18-01-2018, 09:50 Bölmə :Cəmiyyət Baxış: 333
Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT


78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov rayonda yaratdığı narazılıqlara görə "yuxarıların" qəzəbinə tuş gəlib.

gundemxeber.az-un ölkə.az-a istinadən mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, təmsil etdiyi rayon sakinləri arasında deputatın nüfuzunun düşməsinə səbəb onun biznesidir.

Bir müddət əvvəl millət vəkilinin rayonda yeri sakinlərin torpaq sahələrini zorla ələ keçirməsi ilə bağlı xəbərlər yayıldı.

Bununla bağlı müxtəlif vaxtlarda edilən şikayətlər deputatı yolundan döndərmədi.

Üstəlik İqbal Məmmədovun Lerik rayonunun İranla həmsərhəd kəndlərindən biri olan Orand kəndini susuz qoyması xəbəri də yayıldı.

Şikayətçilər millət vəkilinin bu kəndin yaxınlığında yerləşən torpaq sahələrində əkdirdiyi kartof sahələrinin suvarılması xeyli təsərrüffat sahibini susuz qoymuşdu.

Şikayətçilərin narazılığını nəzərə almaq əvəzinə, deputat biznesini genişləndirməyə başladı.

Deputata məxsus olduğu iddia edilən "Lebro” Broyler şirkətinin yerləşdiyi Piran kənd sakinlərinin mətbuata müraciəti isə daha bir narazılığın əsasını qoydu.

Kənd sakinlərinin narazılığı isə brolyer fabrikində kəsilən toyuqların qanınınonların gündəlik istifadə etdikləri çaya axıdılması idi.

Mətbuatda yayılmış bu kadrlar isə geniş rezonansa səbəb oldu.

Dəfələrlə şikayət edilməsinə baxmayaraq, indiyə qədər bununla bağlı heç bir ölçü götürülmədiyi qeyd olunur.

İqbal Məmmədovun qalmaqalları Leriklə yekunlaşmır.

Bakıda sahibkara qarşı etdiyi hərəkətlə diqqətləri cəlb edən deputatdan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərova belə şikayət edildi.
Belə ki, “Sahil-D Kompani” MMC-nin İcraçı direktoru Adilağa Hüseynovun vitse-spikerə yazdığı məktubda millət vəkili İqbal Məmmədovun üç ailənin mənzilini saxta məhkəmə qərarı ilə ələ keçirməsindən və özgənin qapısını sındırmasından şikayət olunurdu.

Məktubda deyilir:

"Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də “STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq müvafiq olaraq guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. İlk öncə onu qeyd edim ki, qeyd olunan müqavılələr tərtib olunarkən ciddi Qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin hüquqi ünvanı «Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə» ünvanı göstərilmişdir ki, həmin ünvanda “STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları “Sahil-D Kompani” MMC tikmişdir ki, onun da “STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə imzalar müxtəlifdir və milli valyutamız manat olsada mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstə-rilmişdir ki, bu da Qanunlarımıza ziddir. Həmin ünvanda “Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaayış binası tikilmiş və mənzillər də satılmışdır.

Təxninən 2016-cı ilin iyun-iyul aylarında Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burda ona məxsus mənzil yoxdur, onda o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki təsir göstərmişdir. O da öz növbəsində 102 xidmətinə zəng edərək deputatın bu qanunsuz hərəkətinə görə hadisə yerinə polis əməkdalarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinə baxdım, sənədlərinin “Sahil-D Kompani” MMC-yə heç bir aidiyyatının olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.

2017-ci ilin əvvəllərində deputat İqbal Məmmədov yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclaslarında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq Qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli Qətnamə ilə Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir.

Sonra Məmmədov İ.M. həmin Qətnamədən apellyasiya şikayəti vermiş və nədənsə müəmmalı səbəbdən həmin şikayətini geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Çox təccüblüdür, eyni iddia üzrə iki birinci instansiya məhkəmə orqanına ayrı-ayrılıqda necə müraciət etmək olardı? Ən vacibi, Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq məhkəmə aidiyyətinə məhəl qoyulmamışdır. Hansı ki, “Sahil-D Kompani” MMC-nin hüquqi ünvanı Xətai rayonunda yerləşir, Nərimanov rayonunda yox. Doğrudanmı Ali qanunverici orqanın binasında oturub qanunlarımızın qəbuluna səs verən deputat bunları bilmir???

Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli Qətnamə çıxarmışdır.

Onu da qeyd etmək istəyirəm ki, millət vəkili İqbal Məmmədov öz deputat mövqeyindən istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakim Əliyev Abbas Baba oğlunun köməkliyi ilə tapdalayaraq onların mənzillərinə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan Səlimova Səadət Rəşid qızı, digər tərəfdə öz vəzifə borcunu yerinə yetirməyən, Qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək Qətnamə çıxaran Əliyev Abbas Baba oğlu. Hər iki hakimin çıxardığı Qətnamələrin surətlərini və bu məsələ ilə bağlı bütün sənədlərin surətlərini Sizə göndərirəm və Sizdən xahiş edirəm, millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz, onun barəsində tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına göstəriş verəsiniz".

Xatırladaq ki, "Kaspi Yıldız” şirkəti və "Relax” istirahət mərkəzinin də deputata məxsus olduğu deyilir.

Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi "Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə ərazisində sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərə satılır.

Bu deputat barədə iddiaların kiçik bir qismidir. Lerikə səfər etməklə bütün bu deyilənlərin əyani şahidi olmaq mümkündür. Araşdırmalarımız davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Millət vəkili rüşvət alarkən saxlanıldı

    Millət vəkili rüşvət alarkən saxlanıldı ...

    9-01-2014, 02:29

  • 
  • Oktay Əsədov millət vəkilinə" get, şikayət et məndən".

    Oktay Əsədov millət vəkilinə" get, şikayət ...

    21-06-2013, 13:52

  • 
  • Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananların adları bilindi - YENİLƏNİB 2

    Deputatın broyler fabrikində dəhşətli partlayış: ...

    27-07-2017, 14:05

  • 
  • Millət vəkili bələdiyyə binasına əl qoyub

    Millət vəkili bələdiyyə binasına əl qoyub ...

    25-12-2012, 12:11

  • 
  • Keçmiş deputatlar hardadır?

    Keçmiş deputatlar hardadır? ...

    16-04-2014, 10:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu