GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar ortaya çıxdı

Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar ortaya çıxdı

Tarix: 20-08-2019, 11:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 909
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar ortaya çıxdı


Lerik rayonunda yerləşən “Relaks” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb. İstirahət mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmayıb. Köməyə çağırılan polisləri də “Relax” istirahət mərkəzinə buraxmayıblar, vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq olunub.

Bu hadisə barədə iqtisadçı-ekspert Qulu İbrahimli özünün facebook hesabında “Relax” istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğunu, yoxlamaya gələn Vergilər Nazirliyinin əməkdaşlarını da onun döydürdüyünü yazıb.

Deputat İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a açıqlama verib. O, “Relax” istirahət mərkəzində baş verən hadisəni təxribat adlandırıb: “Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən ”Relax"da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib".

Avqustun 19-da səhər saatlarında məlumat yayıldı ki, hadisə ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər həbs edilib.

APA-nın məlumatına görə, “Relax”da dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb. Vergilər, Daxili İşlər nazirlikləri və prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla, 6 nəfər tutulub.

İqbal Məmmədov isə oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 qohumunun saxlanılmasını da təkzib etmişdi: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Günün sonunda isə Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yaydı. Həmin məlumatda deyilir:

“Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir. Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən ”Relaks" istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər. İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Bu səbəbdən, real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşmiş, onlara qanuni fəaliyyətinin həyata keçirilməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli nümayəndələri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib, bundan başqa, Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülmüş, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunmuş, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilmiş, hadisələrin başvermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Mirhəmid İqbal oğlu Nərimanlı, Orxan Çingiz oğlu Nərimanlı, Pərviz Əvəzoviç Əsgərov, Famil Kamran oğlu İmanov, Rahim Bəhlul oğlu Şahverdiyev və Amir Nağızadə oğlu Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır".

Göründüyü kimi, deputat İ.Məmmədovun yalan danışmaqla oğlunu hadisədən kənar qoymaq istəyi rəsmi məlumat yayılana qədər oldu. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayındırılması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılması İ.Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalını da yaradır.

“Yeni Müsavat”a çatan xəbərə görə, iqtidar deputatı İ.Məmmədovun ailəsinin “dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək.

Hakimiyyət mənsublarından biri “Yeni Müsavat”ın əməkdaşı ilə qeyri-rəsmi söhbəti zamanı deyib ki, İ.Məmmədov iqtidar deputatı olmasına rəğmən, iqtidarın mənafeyinə, cəmiyyətdəki nüfuzuna xələl gətirməklə məşğul olub. Sitat: “Onun gözünü sanki pul örtmüşdü. Axır illərdə bir deputata yaraşmayacaq tərz nümayiş etdirirdi. İndiyədək adı bir sıra qalmaqallı olaylarda, borc davalarında, müxtəlif dövlət qurumlarının səlahiyyətli şəxslərinə hədə-qorxu gəlməkdə hallanıb və buna dair bir neçə faktlar da fiksə edilib. Özünü iqtidar deputatı kimi təqdim edən bu şəxsin davranışları cəmiyyətdə qıcıq yaradırdı. Prezident İlham Əliyev son illərdə iqtisadi-sosial problemlərin həlli ilə bağlı köklü islahatlar aparır, sahibkarlığa dəstək verir, hər çıxışında məmurlara, iqtidar adamlarına səslənir ki, qanunsuz davranışlara yol verməsinlər, bunu edənlər sərt cəzalanacaq. İqbal Məmmədov faktiki olaraq dövlətin bu siyasətinin əleyhinə davranış sərgiləyib, əhalidə qıcıq yaradıb və nəhayət, onun adamları dövlətin məmurlarına əl qaldırıb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI

    İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI ...

    19-08-2019, 12:26

  • 
  • "Lerik Relax”da baş verən insidentlə bağlı deputatın oğlu və daha 5 qohumu saxlanılıb - ŞOK GƏLİŞMƏ

    "Lerik Relax”da baş verən insidentlə bağlı ...

    19-08-2019, 11:30

  • 
  • “Relax” qalmaqalından sonra deputatın iki zavodu bağlandı - İDDİA

    “Relax” qalmaqalından sonra deputatın iki zavodu ...

    20-08-2019, 11:44

  • 
  • Deputatın otelində dəhşətli anlar – Müştərini canlı ilan və ölü siçan qarşıladı (FOTOLAR)

    Deputatın otelində dəhşətli anlar – Müştərini ...

    17-08-2019, 20:21

  • 
  • "Uğurlarım iqtisadi savadıma görədir"

    "Uğurlarım iqtisadi savadıma görədir" ...

    19-08-2019, 20:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu