GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısının qardaşı oğlu ortağını dəmir boru ilə döydü -1 milyona görə (İDDİA)

İcra başçısının qardaşı oğlu ortağını dəmir boru ilə döydü -1 milyona görə (İDDİA)

Tarix: 28-08-2019, 13:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 575
İcra başçısının qardaşı oğlu ortağını dəmir boru ilə döydü -1 milyona görə (İDDİA)


Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi dəmir boru ilə döyüb.

Gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin özü məhkəmədə deyib.

Dələduzluqda ittiham edilən Xəyyam Balayev ötən həftə məhkəmədə həbs olunub. İndiyə qədər onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

33 yaşlı Xəyyam Balayev məhkəmədə belə deyib: “Yalçın Abdullayev bir neçə nəfərlə birlikdə məni dəmir boru ilə döydü. Sonra da məni məcbur elədilər ki, Yalçına borclu olduğumu deyim, onlar da bunu diktofona yazsınlar. Məni elə vəziyyətə qoydular ki, onu deməyə məcbur oldum. İndi də həmin səs yazısı iş materiallarına sübut kimi əlavə olunub».

Yalçın Abdullayevin əmisi Vaqif Abdullayev 2012-2018-ci illərdə Beyləqan rayonunun icra başçısı olub. Əhvəlat, yəni 1 milyon dollara yaxın pulun biznes üçün X.Balayevə verilməsi də bu dövrə təsadüf edir.

İndi Vaqif Abdullayevin qardaşı oğlu iddia edir ki, Xəyyam Balayev birgə biznes qurmaq adı altında onun 965 min dollarını alıb və mənimsəyib.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanan X.Balayev özünü təqsirli bilmir, deyir ki, çoxdan bizneslə məşğul olur. Onun sözlərinə görə, Y.Abdullayevlə birgə iş təklifi onun özündən gəlib:

"Mən Elçin Əliyevlə steklovat (şüşə-pambıq üzlük, izolyasiya materialı-red.) alışı-satışıyla məşğul olurdum. Mal bizə, əsasən, Türkiyədən göndərilirdi. Yalçın Abdullayevi də Elçinin vasitəsilə tanımışam. Bir gün Dubaydan gələndə Yalçın Abdullayev özü mənə birlikdə iş görməyi təklif elədi. Mən ona Elçinlə işim haqda danışmamışdım. Özü məlumatlı idi, buna görə təklif də ondan gəldi. Dedi ki, steklovat işinə başlamaq istəyir. Düzdür, ondan pul alınıb, iş görülüb, sonra da geri qaytarılıb. Mən bu gün niyə həbsdəyəm, bilmirəm".

X.Balayev deyir ki, zərərçəkən tərəf ona və yaxınlarına təzyiq edir, hədələyir. Ölümlə hədələndiklərini iddia edən təqsirləndirilən şəxsin sözlərinə görə, bu işdə onun əleyhinə heç bir mötəbər sübut yoxdur: "İşdəki səs yazısı da sübut kimi qəbul oluna bilməz. Çünki məni döyüb, zorla o sözləri dedirdiblər".

X.Balayevin vəkili sözügedən səs yazısının qanunsuz yolla əldə edildiyini əsas gətirib sübutlar siyahısından çıxarılması, bir də müvəkkilinin məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.

Zərərçəkən Y.Abdullayev özü məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. Vəkil döyülmə, zorla səsyazma kimi ittihamlara cavab verməsə də, pulun qaytarılmadığını söyləyib.

42-yaşlı Y.Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə şikayət edib. Ərizəsində göstərib ki, X.Balayevə 2015-ci ilin yanvar ayında birgə biznesdən ötrü pul verib və aldadılıb.

X.Balayevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmə işi bu gün - avqustun 28-də davam edəcək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vaqif Abdullayev ilə bağlı ŞOK İDDİA - Yazıçı Anarla yeyib-içəndən sonra...

    Vaqif Abdullayev ilə bağlı ŞOK İDDİA - Yazıçı ...

    9-06-2018, 18:26

  • 
  • Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: Beyləqan RİH başçısı hesabat yığıncağına belə “hazırlaşır”

    Bakıdan gələn qonağa Ağcabədidə qonaqlıq: ...

    19-02-2016, 15:49

  • 
  • Prezident Beyləqanın icra başçısını vəzifəsindən azad etdi

    Prezident Beyləqanın icra başçısını vəzifəsindən ...

    5-10-2018, 15:38

  • 
  • Vaqif Abdullayevin səhhətində PROBLEM YARANDI - AÇIQLAMA

    Vaqif Abdullayevin səhhətində PROBLEM YARANDI - ...

    29-10-2018, 14:50

  • 
  • Beyləqan icra başçısına rüşvət ittihamı

    Beyləqan icra başçısına rüşvət ittihamı ...

    28-12-2012, 11:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu