Araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində bildirir ki, onun şəkillərini paylaşaraq yerini müəyyən etmək üçün cəhd edirlər.
Belə məlum olur ki, jurnalisti təqib etməkdə məqsəd ona qarşı xoşagəlməz hərəkətlər etməkdir. Həsənli paylaşdığı statusta təhlükə yarada biləcək adamların adlarını da açıqlayıb. Həmin məlumatı GundemXeber.Az-ın çoxsaylı oxucularına təqdim edirik: ''Aldığım məlumata görə Almaniyadakı azərbaycanlılar arasında mənim fotolarım paylaşılır, yerimi müəyyənləşdirməyə çalışırlar. Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm. Bununla əlaqədar yerli polisə müraciət etdiyimi və təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar. Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm.
Sorğu
Yeni dizaynımız necədir?