GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü məmurrlara od püskürdü...

Ziya Məmmədovun ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü məmurrlara od püskürdü...

Tarix: 30-08-2019, 17:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 767
Ziya Məmmədovun ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü məmurrlara od püskürdü...


Gundemxeber.Az olaraq bir zamanlar keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Həsənov məmurlara müraciət edib. Namiq Həsənov məmurların etdiyi haqsızlıqları görərək müracitəində yazır:

Salam, Azərbaycanın bütün rayon və şəhər icra hakimiyyətlərinin başçıları!

Hamınızın ad və soyadlarını, habelə rəhbərlik etdiyiniz ərazilərin isimlərini bir-bir bura yazsam, uzun alınar.Ona görə də qərara gəldim ki, cümlənizi bir yerə yığıb, Zülümov demişkən, “məsələni elə bir dəfəlik həll edim”.Vaxtınızı çox almayacam. Cəmi 3 bəndlik müraciətim var. Katibələrinizə deyin, çay gətirsinlər və Siz də kresloya söykənib rahat-rahat oxuyun.

1.Əvvəla, əksəriyyətinizin axıradək oxumadığı Konstitusiyaya bir də baxın və unutmayın ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.Siz də Prezidentdən nümunə götürün və hər bir vətəndaşın xidmətçisi olun.Camaata yuxarıdan aşağı baxmayın, çünki aşağıdan yuxarıya baxanın qəzəbi çox pis olur.Bəzi para işlərinizi(para-pul mənasında deyil-red) bir kənara qoyun, çünki şair demişkən, “qəfil dünya işıqlanar, kim kmin evindən, kimin əli kimin cibindən çıxdığı görünər”. Sonrasını özünüz təsəvvür edin.Nə isə… 1-ci bənd əslində mövzuya kiçik bir giriş idi.Keçək 2-ci bəndə…

2.Bu bənddə fikrimi Azərbaycan filmlərinin adları ilə izah edəcəm ki, mətləb Sizlərə də, hörmətli oxucuya da asan aydın olsun…

Çalışın, xalqa “Böyük dayaq” olun, ətrafınızdakı kadrları “O olmasın, bu olsun” prinsipi ilə seçməyin, vətəndaşlarla keçirdiyiniz “Görüş” yola vermək və ya yenə də Zülümov demişkən, “quş qoymaq” xatirinə olmasın.Həyata dövlət maşınlarının rəngli şüşəsindən yox, kasıbın “Qəm pəncərəsi”ndən baxın.Şəhid anası “Fəryad” çəkməsin.Azərbaycan qadını özünü “Ögey ana” kimi hiss eləməsin.Azərbaycan kişisi “Xoşbəxtlik qayğıları” üçün xaricə üz tutmasın.Elə işləyin ki, əməlləriniz Sizin üçün “Axırıncı aşırım” olmasın və indi çoxlarınızın tanıdığı bəziləri kimi “Uzaq sahillərdə” qalmayasınız.”Həm ziyarət, həm ticarət” üçün getdiyiniz ölkələrdə özünüzü elə aparın ki, Sizə tutulan irad “Arxadan vurulan zərbə”yə oxşamasın, qayıdanda işiniz “İstintaq”la bitməsin və ölkə rəhbərliyi də fikrləşməsin ki, “Onu bağışlamaq olarmı?”. Villalarınızı, iqamətgahlarınızı bir az balaca tikin ki, ora yaxınlaşan jurnalist “Bir qalanın sirri”ndən yazmasın. Bunu işdə də, evdə də, hətta “Otel otağı”nda dincələndə də unutmayın.Dəbdəbəli “Ad günü” keçirməyin, çünki, “Şərikli çörək” yeyənlər var. Belə etsəniz, xalqın yanında “Ulduz”unuz parlayar və Sizin qədər maaş almayan “Bizim Cəbiş müəllim” də Sizə dəstək verər. “Qızmar günəş altında” pambıq yığanlarla insaflı davranın.Qaçqın və köçkünə sayğı ilə yanaşın.Unutmayın ki , bu qəhrəman camaatın qarşıda hələ ermənilərlə “Dağlarda döyüş”ü var. “Babək”dən “Koroğlu”dan, Moşu Göyəzənli kimi “6 dənə də öz oğlum” dan danışıb vaxt aparmayım.Amma onu deyim ki, “7 oğul istərəm” əvəzinə 7 icra başçısı istəyirəm ki, bu yazılanlara istehza ilə yanaşıb yazının müəllifini sadəlövh adlandırmasın. Nə isə. Filmlərimiz çoxdur. Hərəsinin də sərlövhəsi Sizin üçün də, elə bizim üçün də bir ibrətdir. Düşünürəm ki, bu bəndi də burda bitirək.Füzulluq eləməyək.

3.Bir az kitab oxuyun.Gülməyin, çünki Allah da insanla əlaqəni kitabla-QURANla qurub.Nizamini, Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, Axundovu, Zakiri və s. oxuyun və camaat-məmur münasibətlərinin incəliklərini bilin. Adını çəkdiyim yazarların kitabları söykəndiyiniz kreslonun arxasındakı şkafları doldurmaq üçün deyil. Xülasə, 19-cu əsr Rusiyasındakı ifadə ilə desək, “xalqın içərisinə getmək” lazımdır.Bunu Sizdən mən tələb eləmirəm.Prezidentin göstərişidir. Və nəhayət, icra başçısı təyin olunan günə qədər olan vəziyyətinizi və azad olunandan sonra düşəcəyiniz halı bir an da olsa yadınzdan çıxarmayın. Hətta imkanınız olsa, ikinci bənddə siyahıya salmadığım “Qızıl uçurum” filmini xatırlayın…Daha nə deyim?

…Bu yazını oxuduğunuza görə təşəkkür edirəm. Daha sonra Namiq Həsənov 1az.az saytında müraciətini da deyib, oxumayan icra başçılarına da çatdırın.Molla Nəsrəddinin sözü olmasın, “bilən bilməyənə desin”.Hələlik.Bu ümumu müraciət idi.Allah xüsusi müraciətdən saxlasın…

İcra başçısı OLMAMAQ arzusu ilə yaşayan

Namiq Həsənov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “DÖYÜRÜK DƏ, SÖYÜRÜK DƏ…” – Ziya Məmmədovun adamından biabırçı açıqlama – VİDEO

    “DÖYÜRÜK DƏ, SÖYÜRÜK DƏ…” – Ziya Məmmədovun ...

    5-08-2015, 00:46

  • 
  • Ziya Məmmədovun nazirliyi də bahalaşma anonsu yaydı

    Ziya Məmmədovun nazirliyi də bahalaşma anonsu ...

    4-12-2013, 18:12

  • 
  • İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir

    İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” ...

    10-04-2014, 10:24

  • 
  • Azərbaycanın nəqliyyat sistemində yeni direktor

    Azərbaycanın nəqliyyat sistemində yeni direktor ...

    20-08-2015, 11:58

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu