Bəzi hakimiyyət yönümlü media qurumlarının vasitəsi ilə DİN rəhbəri Vilayət Eyvazovun polis əməkdaşlarına xüsusi tapşırıq verməsi haqda məlumatlar yayılır.
Məlumatda bildirilir ki, nazir polis əməkdaşlarına vətəndaşlarla normal rəftar etməyi tövsiyyə edib və insanları incitməməyə çağrıb. Qeyd edim ki, hər şey göründüyü kimi deyil. Tam əksinə, insanlar kobud şəkildə incidilir və polisin şər böhtanına məruz qalaraq cərimə olunurlar. Dünən mənə qarşı olan haqsızlıq onu deməyə əsas verir ki, Vilayət Eyvazovun adı ilə vətandaşlara ötürülən informasiyalar yalandan başqa bir şey deyil. Belə ki, dünən saat 11:34 radələrində 99 YP 424 saylı dövlət nişanlı avtomobillə maşınımı saxlayaraq, yol hərəkəti qaydasını pozduğumu gözümün içinə yalandan söylədi. YPX inspektoru protokolu əlinə alıb yazmağa cəhd edir. Mən isə buna etiraz edirəm ki, siz düzgün etmirsiniz. Hansı ki, yolayrıcını keçərkən soldan gələn avtomobilin mənə olan məsafəsi imkan verirdi yolu sərbəst halda keçim. Qeydiyyat kamerasını göstərməsini tələb etdim. YPX əməkdaşı kameranı mənə təqdim etdi və birlikdə izlədik. Mən həmin anda ''cip'' markalı avtomobilin mənimlə eyni vaxtda sərbəst şəkildə keçdiyini göstərdim və bildirdim ki, əgər burada qayda pozuntusu varsa, nədən həmin ''cip'' avtomobili də saxlanmır? Polis əməkdaşı Pənahov Natiq Afər oğlu mənim dediklərimə əhəmiyyət vermədən 54 manat cərimə ödəməyimə dair protokol tərtib etdi. Mən isə öz növbəmdə barəmdə tərtib olunan protokola yazılı şəkildə etiraz etdim.
Belə zorakılıqla oğurluğu qanuniləşdirən və guya dövlət büdcəsinə qəbul olunan pullarımız, bu hakimiyyətin burnundan gəlsin. Əgər dövlət büdcəsi kasıb insanların zorla əlindən alınan pullar hesabına doldurulursa, kül olub bu ölkənin başına. Mənə qarşı tətbiq olunan saxta protokol ləğv olunmasa, bu işi məhkəmə müstəvisində həll etməyə çalışacağam və bütün dünyaya azərbaycanda baş verən biyabırçılığı çatdıracağam. Hər kəs bilməlidir ki, Azərbaycanda Polis zorakılığı davam edir...
P.S. Əlimdə olan protokolun surətində yazdığım etiraz qeydlərinin izinin düşməməsi həmin sənədin saxtalığından xəbər verir.
Sorğu
Yeni dizaynımız necədir?