GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azad Rəhimov bu adamı 7 ildir süründürür... - GİLEY

Azad Rəhimov bu adamı 7 ildir süründürür... - GİLEY

Tarix: 4-09-2019, 15:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 453
Azad Rəhimov bu adamı 7 ildir süründürür... - GİLEY


Bakı sakini Heydər Cəfərov metronun «20 Yanvar» stansiyasının yaxınlığında yerləşən əmlakına görə 7 ildir ki, Gənclər və İdman Nazirliyi ilə çəkişir. Bu çəkişmənin son iki ili məhkəmələrdə olub və prosesə Maliyyə Nazirliyi də qoşulub.

Nəsimi rayonu, Moskva (keçmiş Tbilisi-red.) prospekti, 3007-ci məhəllədə H.Cəfərova məxsus 33.75 kvadratmetr qeyri-yaşayış sahəsi olub. O, sadəcə tikinti sahəsinin 33.75 kvadratmetr, ikimərtəbəli obyektin ümumi sahəsinin isə 322.5 kvadratmetr olduğunu iddia edir. Əlində olan mülkiyyət hüququ haqqında şəhadətnamə isə 33.75 kvadratmetrə aiddir.

Əmlakının 2012-ci ilin noyabrında dağıdıldığını, yerində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikildiyini deyən H.Cəfərovun sözlərinə görə, dağıntı vaxtı obyektin içindəki bütün avadanlıqlar da məhv olub. Amma ona 1 manat da kompensasiya ödənilməyib.

Bu dağıntılar nəticəsində ona 2 milyona yaxın ziyan dəydiyini iddia edən H.Cəfərov bildirir ki, o, dəfələrlə həm Gənclər və İdman Nazirliyinə, həm də başqa dövlət orqanlarına məktublar göndərib: «2016-cı ilin dekabrında nazirliyin aparat rəhbəri Rüfət Həsənov cavab məktubu göndərib obyektin cizgisini tələb elədi. Onu əlavə edib, təkrar müraciət elədim. Bu məktubuma cavab gəlmədi. Sonra 2017-ci ilin aprelində bir də müraciət etdim. Yenə cavab gəlmədi...».

H.Cəfərov bundan sonra məhkəməyə üz tutub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldıran H.Cəfərov nazirlikdən 1 milyon 956 min manat kompensasiya tələb edib. Məhkəmənin gedişində Maliyyə Nazirliyi də üçüncü tərəf kimi prosesə cəlb olunub. Bu məhkəmə iddianı rədd edib. Belə nəticəyə gəlib ki, sözügedən əmlakı məhz Gənclər və İdman Nazirliyinin sökməsi müəyyən edilməyib.

H.Cəfərov bu qərardan şikayət verib və nəticədə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişib. Apellyasiya Məhkəməsi belə qərara gəlib ki, şəxs əmlakından məhrum olduğuna görə ona vurulmuş zərər ödənilməlidir. Ancaq kompensasiyanın məbləğini 84 min 375 manat müəyyənləşdirib.

Bu qərar isə nə H.Cəfərovu qane edib, nə Gənclər və İdman Nazirliyini, nə də Maliyyə Nazirliyini. Onların üçü də Ali Məhkəməyə şikayət verib.

H.Cəfərov deyir ki, «Qiymətləndirmə Xidməti Mərkəzi» MMC-dən rəy alıb, orada Moskva (Tbilisi) prospektində qeyri-yaşayış sahəsinin 1 kvadratmetrinin real bazar qiymətinin 2500 manat olduğu göstərilib. Bu qurum onun əmlakını da 2 milyon 100 min manat dəyərləndirib. Onun sözlərinə görə, apellyasiya məhkəməsi 84 min 375 manatlıq kompensasiyanı təyin edəndə obyektin içində məhv edilmiş avadanlıqları da nəzərə almayıb.

«Mövcud olmayan, yeri bilinməyən obyektin yalnız mülahizələr əsasında olmasının qeyd edilməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçıya məxsus obyektin və ya torpağın dövlət ehtiyacları üçün alınması barədə hər hansı sübut yoxdur», – bunu isə Gənclər və İdman Nazirliyinin nümayəndəsi bildirib.

Maliyyə Nazirliyi də yazıb ki, sözügedən obyektin hansı sahədə yerləşməsi, sökülmə tarixi, sökülmənin hansı təşkilat tərəfindən həyata keçirildiyini müəyyən etmək mümkün olmayıb. Ona görə də kompensasiya ödənilməsi barədə qərar əsassızdır.

Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edib və işi yenidən araşdırılması üçün həmin instansiyaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası yenidən həmin işə baxıb. Bu dəfə nazirliklərin xeyrinə qərar çıxarılıb – 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Yəni əmlak sahibinə kompensasiya ödənilməməlidir.

H.Cəfərov yenidən Ali Məhkəməyə şikayət vermək niyyətindədir. /DİA.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Valideynləri ilə dalaşan oğul evlərini yandırdı

    Valideynləri ilə dalaşan oğul evlərini yandırdı ...

    11-11-2014, 23:47

  • 
  • Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq Mülklər – ŞOK MƏBLƏĞ

    Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq ...

    22-04-2019, 16:13

  • 
  • Azad Rəhimov nazirlikdə tikinti mafiyasını sökür

    Azad Rəhimov nazirlikdə tikinti mafiyasını sökür ...

    29-04-2014, 09:49

  • 
  • NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?

    NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov ...

    8-02-2019, 16:38

  • 
  • Bakıda yanan bina ilə bağlı SON XƏBƏR

    Bakıda yanan bina ilə bağlı SON XƏBƏR ...

    24-07-2017, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu