GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Milyonların hesabatını niyə vermir? - İTTİHAM

Milyonların hesabatını niyə vermir? - İTTİHAM

Tarix: 6-09-2019, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 505
Milyonların hesabatını niyə vermir? - İTTİHAM


BBakı Nəqliyyat Agentliyi tərəfindən (BNA) ölkəyə 300 ədəd sərnişin avtomobilinin gətirilməsi məsələsi qalmaqala səbəb olub.

Qeyd edək ki, bu məsələ hələ ötən ilin avqust ayından gündəmdədir və hələ o vaxt sözügedən avtobusların qısa zamanda ölkəyə gətiriləcəyi deyilirdi. Amma artıq sərəncamın imzalanmasından 1 ildən artıq vaxt keçib. Xatırladaq ki, ölkə başçısı İlham Əliyev ötən il avqustun 8-də sərəncam imzalayaraq Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayırıb.

Gundemxeber.Az cebhe.info-ya istinadla bildirir ki, yuxarıda qeyd olunanlar məsələnin rəsmi hissəsidir. Artıq BNA 300 avtobusun sifarişini verib, amma onların ölkəyə gətirilib-gətirilmədiyi, yaxud nə zaman gətiriləcəyi bəlli deyil, rəsmi olaraq da zaman açıqlanmır. Qeyd edək ki, yeni avtobuslar ölkəyə Türkiyədən gətiriləcək. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobusların 280-i 12, 20-si isə 18 metrlikdir.

BNA ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” arasında 2018-ci il oktyabr ayının 23-də, yəni Prezidentin sərəncamından 76 gün sonra müqavilə bağlanıb.

Müqaviləyə, əsasən, Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Bu avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malikdir.

Müqavilə şərtləri ilə real qiymətlər arasında diqqətçəkən məqamlar var. Məsələn, BNA və "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 300 ədəd avtobusun satın alınması haqqında bağladığı müqavilənin dəyəri 141 milyon 801,18 min manatdır. Amma sözügedən 12 metrlik280 ədəd avtobus BNA-ya 145 milyon 422 min 200 manata başa gələcək. Yerdə qalan 18 metrlik 20 ədəd avtobusun dəyərini də nəzərə alsaq, bu müqavilədə göstərilən rəqəmdən artıq olur. Qeyd edək ki, "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkətinin rəsmi saytında 12 metrlik avtobusun 1 ədədinin qiyməti 381 min 880 manatdır. Həmin avtobusun ölkəyə gəlməsi üçün isə 36 faizlik əlavə dəyər vergisi ödənilməlidir ki, bu da 137 min 476 manat edir. Yəni BNA-nın alacağı avtobusun 1 ədədi ökəyə 519 min 356 manata başa gələcək.

Rəqəmlər arasında olan fərqi açıq şəkildə görmək mümkündür. Digər diqqəti çəkən məqam isə ölkə başçısının sərəncamında yer alan rəqəmdir. Belə ki, ölkə başçısı 300 sərnişin avtobusunun alınması üçün 47 milyon 924 min manat vəsait ayırıb, BNA isə "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 141 milyon 801,18 min manat dəyərində müqavilə imzalayıb. Belə çıxır ki, qalan vəsait ya BNA-nın öz imkanları hesabına ödəniləcək, ya da hökumət yenidən hansısa mənbədən vəsait tapmalıdır. Müqavilə dəyəri və avtobusların qiymətində yaranan fərq narahatedici məqamdır. Dövlət yenə də üzərinə borc götürməyə məcbur qalacaq. Çünki avtobusların qiyməti ilə müqavilədəki rəqəmlər arasında fərq mövcuddur. Məntiq budur ki, “BAKU BUS” təcrübəsindən istifadə olunacaq.

Qeyd edək ki, rəqəmlər arasında böyük fərqin olması məsələsi “BAKU BUS” MMC-nin 302 ədəd sərnişin avtobusunda da özünü göstərmişdi. Belə ki, Fransadan gətirilən bu avtobusların alınması üçün Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait Nazirlər Kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və “BAKU BUS” MMC tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə ayrılıb. Qeyd edək ki, 2014-cü ildə 1 dollar 0.78 manat təşkil edirdi və bu, o deməkdir ki, “BAKU BUS” MMC-yə 38 milyon 461 min 538,5 dollar vəsait verilib. “BAKU BUS” avtobuslarının 1 ədədinin qiyməti isə o zaman üçün 330 min dollar civarında qiymətləndirilirdi. Nəzərə alsaq ki, ölkəyə 302 avtobus gətirilib, bu isə o deməkdir ki, ümumilikdə bu avtobuslara 99 milyon 660 min dollar pul ödənilib. Göründüyü kimi, ayrılan pulla xərclənən pul arasında 3 dəfəyə qədər fərq var. Bu fərqin özü də dövlət tərəfindən ödənilir. Çünki “BAKU BUS” 2017-ci il hesabatında şirkətin zərərinin (Hesabat şirkətin öz saytında dərc olunub-müəl.) 151,5 milyon manatı keçdiyi göstərib.

Hesabata görə şirkətin səhm kapitalı 18 milyon 49 min 357 manatdır. Dövlət sərmayəsi isə 181 milyon 697 min 106 manat təşkil edir. Yığılmış kəsir isə 151 milyon 569 min 938 manat təşkil edib. Belə ki, avtobusların alınmasından ötrü hökumət Fransa bankından 2014-2015-ci illərdə üç kredit xətti üzrə təxminən 130 milyon avro kredit götürüb. 2017-ci ilin yanvar ayının 1-nə banka 138,2 milyon manat borc var və o, 2021-ci ilin noyabr ayınadək tam ödənilməlidir.

302 ədəd “BAKU BUS” avtobusuna görə hökumət hələ də borc ödədiyi halda, yenidən 300 bahalı avtobus gətirməklə borc yükünü artırmaq nəyə lazımdır?

Ekspertlərin fikrincə, bu bahalı avtobusları daha səmərəli nəqliyyat vasitələri ilə əvəzləmək daha doğru seçim olardı.

Məsələnin digər maraqlı tərəfi isə odur ki, avtobusların nə qədəri gətirilib, qalanı nə vaxt gətiriləcək? Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli 2017-ci ilin 18 dekabrında müsahibə verərək bir sıra məsələlərə, o cümlədən ölkəyə gətiriləcək 300 sərnişin avtobusla bağlı məsələyə də münasibət bildirib. “Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil”- deyə, Vüsal Kərimli 2017-ci ildə deyib. 2018-ci ildə BNA rəhbərinin dediyi avtobuslar gəlmədi, nə vaxt gələcəyi isə hələ də məlum deyil. Üstündən xeyli müddət keçsə də, BNA bu məsələyə aydınlıq gətirmir və məsələ məhz bu səbəbdən müəmmalıdır.

Bakı və ətraf qəsəbələrin nəqliyyat sistemində isə problemlər olduğu kimi qalmaqdadır. Problemlər ciddi narazılıq yaradır və sərnişinlər Bakı Nəqliyyat Agentliyinin 300 avtobusu 1 ildən çox keçməsinə baxmayaraq ölkəyə gətirilməsini, xətlərə buraxılmasını gözləyirlər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin Mustafayevə görə yoxlamalar - milyonluq tender müəmmaları

    Bakı Nəqliyyat Agentliyində sədr müavini Elçin ...

    22-12-2018, 23:53

  • 
  • Ölkəyə yeni sərnişin avtobusları gətiriləcək

    Ölkəyə yeni sərnişin avtobusları gətiriləcək ...

    18-08-2014, 10:24

  • 
  • Bakı Nəqliyyat Agentliyinin yeni avtobuslar alma elanında 50 milyonluq müəmma - FOTOFAKT

    Bakı Nəqliyyat Agentliyinin yeni avtobuslar alma ...

    20-11-2018, 13:48

  • 
  • BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş vermiş qəza haqqında açıqlama

    BNA-dan 64 saylı avtobusun iştirakı ilə baş ...

    10-08-2018, 23:48

  • 
  • Xudaverdiyanın şirkəti Bakıda işə başlaması etirazla qarşılandı - BNA çağırış etdi

    Xudaverdiyanın şirkəti Bakıda işə başlaması ...

    28-06-2018, 16:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu