GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR

Tarix: 9-09-2019, 20:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 611
1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


Bu yaxınlarda baş vermiş bir hadisə məni xeyli təsirləndirdi. Bir müddət öncə M. Əliyeva Sabunçu rayon Kürdəxanı qəsəbəsinə gəlib. Bir ailyə qonaq olub.

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


Səfərdən sonra adı çəkilən kənddə onun adı ilə bəzi işlər görməyə başlayıblar. Yeni məktəbin tikintisinə start verilib, kənd arası yolların bir hissəsi asfaltlaşdırılıb, zeytun bağları olan ərazidə park salınır. İlk baxışdan sual etmək olar: burda qəribə və yeni nə var ki!?

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


İşin qəribəliyi və qəlizliyi odur ki, özünü təbiətin, heyvanların, ağacların dostu kimi təqdim edən BMT- nin “sülh məramlı səfiri” Mehriban Əliyevanın adı ilə avqust ayında bar verməkdə olan zeytun bağlarını məhsul üstündə ola- ola qəddarcasına budayıb parka çevirirlər (!?). Əlbəttə çoxsaylı əhalisi olan qəsəbədə park salınması yaxşı haldır. Amma bunun üçün başqa münasib yerlər olduğu halda bar verməkdə olan zeytunluğu yayda budayıb, insanların 20- 25 illik maşın yolunu bağlayıb “xala xətrin qalmasın” park salmaq görəsən kimə lazımdır?. Park nə park? Başdan ayağa qüsur içində... Yarı qaranlıq, yarı işıqlı, uşaqlar üçün cəmi bir yerdə bir ədəd (!?) süni sürüşmək yeri qoyublar. Park salmağı ağaclara qulluq, insanlara xidmət adı qoysalar da bütün yayı zeytun ağacları susuzluqdan yandı, onlara bir bardaq su verən tapılmadı. İnsanların isə parkda dincəlmək üçün cəlbedici heç nə yoxdur və s. Bunlar öz yerində...

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


İşin daha betər qəribəliyi və qəlizliyi “park salmaq” əməliyyatını həyata keçirənlərin bu işdən də qazanc əldə etməsidir. Necə? Çox sadə... Ərazidə tikinti- abadlıq işləri getdiyi, necə deyərlər baş qarışıq olan vaxt zeytun bağlarının bir hissəsi daş hasara alınaraq kimlərəsə peşkəş edilib (!?). Artıq həmin ərazi kafe kimi fəaliyyət göstərir, zeytun ağaclarının altına stol- stul qoyub pul qazanırlar (!?). Yol tərəfini də obyekt yeri düzəldirlər.

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


Təsəvvür edin, 35- 40 illik zeytun bağlarının bir hissəsi qocaman ağacları ilə bir yerdə zəbt olunub. Yerli sakinlər bildirir ki, zəbt olunan ərazi “park salma” işlərini həyata keçirən Sabunçu rayon icra hakimiyyəti tərəfindən bir sahibkara satılıb (!?) . Alış- veriş işində icra başçısı Adil Vəliyevin adı çəkilir. Təbii ki, baqşa cür ola da bilməzdi. Azərbaycan reallığına uyğun olaraq həm ərazinin- rayonun faktiki mütləqi sahibi odur, həm də “park işi”- nə o özü bir başa rəhbərlik edir. Tez- tez əraziyə gəlib işlərə nəzarət edir. Belə olan halda onun xəbəri və razılığı olmadan zeytun bağının bir hissəsi zəbt oluna, satıla bilməz...

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


Bu məsələnin niyə üzərində geniş dayandım. Təsəvvür edin, bunlar görün nə qədər görməmiş və kəmfürsətdirlər ki, park salmaq adı ilə 30- 40 illik zeytun bağlarına qənim kəsiliblər, qarışıqlıqdan istifadə edib ərazini satıb ordan da xeyr götürmək istəyirlər. Sonra da deyirlər ki, bu zehniyyət xalqa xidmət edir. Bunlara bir az da imkan verilsə ölkədə ayaq basmağa boş yer, kəsilməmiş ağac, qurudulub satılmamış göl qalmayacaq. Xəzəri hasarlayan zehniyyətin əlindən başqa nə gələcək ki? Sabunçu rayonunda, Məhəmmədi- Kürdəxanıda ekoloji tarazlığa zidd olaraq gölləri qurudaraq əraziləri, Ləhiş bağlarında isə dəniz kənarının qumunu və torpağını “Kamaz”- larla daşıyıb satırlar (!?) və s.

1-ci vitse- prezident Mehriban Əliyevanın ölkə boyu təbliğatı gedir. Ona süni imic düzəldirlər... - FOTOLAR


Mehriban Əliyeva özünü humanizm prinsiplərinin carçısı kimi təqdim edir. Abidələrin, monastırların, kilsələrin, kəsilən ağacların, sahibsiz heyvanların himayədarı kimi göstərir. Çox yaxşı. Buyursun, baxsın. Onun adından istifadə edib park salmaq adı ilə gözdən pərdə asırlar. Zeytun bağlarını bar verən zaman qolunu- budağını yerli- dibli budayıb bağın bir hissəsini günün günorta çağı zəbt edib hasara alıb satırlar. Qoy, səlahiyyətlərindən istifadə edib heç olmasa bu dəfə tədbir görsün. Susursa deməli həmin işbazlarla məsuliyyəti bölüşür. Və bu suala da cavab versin; bir bağı qoruyub ona sahib çıxa bilməyənlər ölkəyə hansı mənəvi haqla sahib çıxmaq istəyirlər?

Mən eyni zamanda Ekologiya və Təbi Sərvətlər naizrliyinə, Kənd Təsərrüfatı nazirliyinə, Bakı şəhər icra hakimiyyətinə müraciət edirəm; “park salma” adı ilə zeytun bağlarının qolunu, qıçını kəsib parka çevrilməsi, ərazinin bir hissəsini hasarlayıb zəbt edilməsi, kafeyə çevrilməsinə aydınlıq gətirsinlər. Adı çəkilən qurumlara bu barədə rəsmi müraciət də edəcəyəm.

P. S. Məsələni diqqətdə saxlayacam. Kəsilmiş və hasarlanıb zəbt olunmuş zeytun ağaclarının fotolarını təqdim edirəm.

Oktay Gülalıyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adil Vəliyevin Kürdəxanıda zeytun əməliyyatı (FOTO FAKT)

    Adil Vəliyevin Kürdəxanıda zeytun əməliyyatı ...

    12-08-2019, 15:00

  • 
  • İlham Əliyevlə Mehriban Əliyevanın toy fotosu yayıldı

    İlham Əliyevlə Mehriban Əliyevanın toy fotosu ...

    30-01-2014, 16:50

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    18-03-2017, 12:15

  • 
  • Prezident 2 ağac əkdi Nur apteki isə 2 ağac kəsdi

    Prezident 2 ağac əkdi Nur apteki isə 2 ağac kəsdi ...

    6-10-2016, 23:01

  • 
  • İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir"

    İSESKO rəhbəri: "Mehriban Əliyevanın Birinci ...

    3-03-2017, 23:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu