Bu gün ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın Xətai rayonunda ağac əkməsi KİV-in əsas xəbərlərindən biridir.
Rayonda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı mərasimində prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər. İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanın yeni park kompleksində ağac əkməsini agacların kəsilməsinə qarşı bir jest kimi də dəyərləndirmək olar. Hətta bu paytaxtda onsuz da kifayət qədər azalmış yaşıllığa qarşı olan addımların dayanmasına ümidi də artırır. Lakin sosial şəbəkələrdə paylaşılan bir foto bu ümidləri, necə deyərlər, öldürür. Həmin foto Yasamal rayonunda, "İnşaatçılar" metrosunun yaxınlığında yerləşən "Nur" aptekinin qarşısında iki ağacın kəsilməsi anını özündə əks etdirir. Fotonun nə vaxt çəkildiyini dəqiq bilməsək də, onu paylaşan sosial şəbəkə istifadəçiləri hadisənin bu gün baş verdiyini belə ifadə ediblər: "Cənab prezidentimiz bu gün 2 ağac əkib, "İnşaatçılar" metrosunun yaxınlığındakı aptekin sahibi isə 2 ağacı kəsib". Bu cür arzuolunmaz halların aradan qaldırılması üçün artıq ciddi cəza tədbirləri görülməlidir desək, yəqin ki, çoxlarınız razılaşarsız.
P.S. "Nur" aptekin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?