GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI

"Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI

Tarix: 16-09-2019, 11:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 482
"Acından ölən deyiləm"- deyən Vidadi Zeynalovun Türkiyədəki şirkəti və digər əmlaklarının SİYAHISI

Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama ilə gündəm olmuşdu.

Belə ki, Şamaxının Məlhəm kəndində özünə məxsus restoranı işlədən Vidadi Zeynalov bu addımını belə izah etmişdi ki, ac qalmaq fikri yoxdur.

"Rose Park" adlı restorana ümumi nəzarəti özünün etdiyini deyən V.Zeynalov toyuq-cücə saxladığını, taxıl əkdiyini də bildirmişdi: “Acından ölən deyiləm ki?”.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımı isə göstərir ki, sabiq aparat rəhbəri heç də özünün dilə gətirdiyi kimi kasıblamayıb.

C.Həsənli rəsmi sənədlərə istinadən yazır ki, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və hazırda "Rabitəbank"ın "Mərkəz" filialının direktoru olan kürəkəni Nəriman Muradovun İstanbulun Şişli bölgəsində şərikli inşaat şirkəti var.

Şirkətin adı "PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited"dir.

Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret ile ilgili görsel sonucu

Şirkət inşaat sektorunda demək olar ki, bütün xidmətləri göstərir.

Şirkətin baş hərfləri "PLZ" oxuculara heç də yad deyil.

Belə ki, "Rabitə işi" çərçivəsində məhkəmə iclasları davam edərkən Vidadi Zeynalovun özünün və ailə üzvlərinin adına olan şirkətlər və əmlaklar haqda musavat.com olaraq məlumat vermişdik.

"Rabitə işi" üzrə istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkirdi. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun “krışalığı” ilə.

Bu şirkətlər arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “PLZ” MMC idi.

“Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.

“PLZ” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb. "PLZ" V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

MMC-nin faktiki sahibi Vidadi Zeynalov özü olub və mühasibatlığa da o nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

Rabitə nazirliyində təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı “PLZ” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC qalib edilib.

Bundan əvvəl isə “PLZ.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və “Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını azaldıb. Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Vidadi Zeynalovun özünün və yaxınlarının adına plan fantastik əmlakının sayını da eksklüziv olaraq musavat.com dərc edib.

Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Məlumata görə, Zeynalov dövlətə vurduğu zərəri ödədikdən sonra əmlakları üzərindən həbs qərarı götürülüb./musavat.com

Həmin siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/kriminal/hebsde-olan-vidadi-zeynalovun-fantastik-sayda-mulkleri-43-milyonluq-emlakin-tam-siyahisi-ekskluziv_412271.html
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında olan obyektləri də özəlləşdiribmiş - SİYAHI

    Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında ...

    29-10-2015, 20:48

  • 
  • Vidadi Zeynalov və Beytulla Hüseynovun bu əmlakları üzərindən həbs götürülüb - SİYAHI

    Vidadi Zeynalov və Beytulla Hüseynovun bu ...

    22-11-2017, 13:46

  • 
  • Vidadi Zeynalov davasını davam etdirir - məhkəməyə müraciət edib

    Vidadi Zeynalov davasını davam etdirir - ...

    29-11-2017, 17:23

  • 
  • Vidadi Zeynalovun ailə üzvlərinin mülk davası

    Vidadi Zeynalovun ailə üzvlərinin mülk davası ...

    1-12-2017, 22:23

  • 
  • Vidadi Zeynalovun məhkəməsi yenidən təxirə salındı

    Vidadi Zeynalovun məhkəməsi yenidən təxirə salındı ...

    19-10-2018, 13:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu