GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Reket jurnalistlər": Azərbaycanda KİV vasitəsilə şantaj sxemi necə işləyir

"Reket jurnalistlər": Azərbaycanda KİV vasitəsilə şantaj sxemi necə işləyir

Tarix: 18-09-2019, 11:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 369
"Reket jurnalistlər": Azərbaycanda KİV vasitəsilə şantaj sxemi necə işləyir


Korrupsiya səviyyəsinin yüksək, mətbuat azadlığının çox məhdud olduğu Azərbaycanda bəzi şəxslər özlərini jurnalist adlandıraraq şantaj yoluyla pul qazanırlar. Amma dövlət strurkturlarının fəaliyyətsizliyi fonunda sadə insanlara məişət problemlərinin həllində kömək edən imkansız nəşrlər də bəzən "reket" KİV siyahısına daxil edilir.

"Məktəb direktorunun müavini mənə yaxınlaşıb deyir ki, pul yığmaq lazımdır. Səbəbini soruşuram. Cavab verir ki, yenə jurnalist gəlib", Bakı məktəblərinin birində işləyən coğrafiya müəllimi belə deyir.

Asif (öz xahişiylə adı dəyişdirilib) artıq 15 ildir həmin məktəbdə çalışır. Onun sözlərinə görə, üç il əvvəl də başqa bir jurnalist məktəbə gəlibmiş, məsələnin detallarını açıqlamadan deyirdi ki, "bir qanun pozuntusu baş verib və valideynlər şikayət ediblər". Həmin şəxs bunu işıqlandırmamaq üçün pul tələb edirmiş. Məktəb belə tələblər qarşılığında pul verməyə hazırdır, təki mətbuatda heç nə yazılmasın".

"Düşünürəm ki, o jurnalist yazmaq üçün yox, məhz pul almaq üçün gəlirdi. Mən deyirdim ki, gəlin polis çağıraq, pul verməyək. Amma müəllimlər işlərini itirməkdən qorxurlar, elə direktor da. Şantajçını susdurmaq üçün müəllimlərin çoxu 10 manatdan pul yığdılar", - Asif belə deyir.

O, işlədiyi məktəbdə "ağ qarğa" olduğunu bildirir, çünki belə işlərdə iştirak etmək istəmir. Buna görə onun dərs saatlarını azaldıblar, dərs qrafikini çətinləşdiriblər.

Menecer Əhməd restoranlarda tematik tədbirlərin təşkiliylə məşğul olur; iki il əvvəl polis müdaxiləsinə görə tədbirlərdən birinin baş tutmaması təhlükəsi yaranıb, çünki internetdə həmin tədbirdə narkotik olacağı barədə məlumat yayılıb.

Əhməd saytın rəhbərinə zəng vurub, o, 300 manat müqabilində materialı saytdan götürməyi vəd edib. "Mən onlara dedim ki, bu şantajdır və onlar əl çəkdilər. Bir aydan sonra həmin sayt bağlandı", - Əhməd belə deyir.

Reket jurnalistikası necə fəaliyyət göstərir
Jurnalistikadan istifadə edərək şantajla məşğul olan şəxslərə Azərbaycanda "reket jurnalistlər" deyirlər. Onlar, əsasən, kiçik tirajlı qəzetlərdə və məmurlarla biznesmenlər haqqında "ifşaedici" məqalələr dərc edən saytlarda işləyirlər.

Nizamnaməsində KİV-in azadlığını müdafiə etdiyi və peşə standartlarının yaxşılaşdırılmasıyla məşğul olduğu bildirilən Mətbuat Şurası bu nəşrlər haqqında məlumat toplayır. MŞ qanunları və jurnalist etikasını pozmaqda suçladığı KİV mənsublarının "qara siyahı"sını hər il yeniləyir. Keçən il bu siyahıda 91 nəşrin adı olub.

Təşkilat bildirir ki, hər il vətəndaşlardan müxtəlif nəşrlərlə bağlı 500-ə yaxın şikayət daxil olur. 2008-ci ildə reketçiliklə mübarizə üçün MŞ-nin nəzdində xüsusi komissiya yaradılıb.

"Gəlib bizdən pul tələb etdilər, rədd cavabı verdik. Bundan sonra haqqımızda yazmağa başladılar", qurumun icraçı katibi Şəmsəddin Əliyev MŞ-yə daxil olan ərizələrin, adətən, bu məzmunda olduğunu deyir və qeyd edir ki, ildən-ilə şikayətlərin sayı artır.

Şikayəti araşdırmaq üçün MŞ hər iki tərəfi dəvət edir. Bir çox hallarda informasiyanın yoxlanılmadığı, bəzən də bilərəkdən böhtan atıldığı ortaya çıxır. Şəmsəddin Əliyev deyir ki, bir dəfə hətta bazarda eşidilən şaiyəyə əsasən məqalə hazırlanıb.

O, reket-jurnalislərin əsasən kiçik və orta sahibkarları, xırda məmurları və məktəbləri hədəfə aldığını vurğulayır.

Vidadi (ad dəyişdirilib) də jurnalistdir. O, bir neçə şantajçıyla şəxsən tanışdır, ona görə də prosesin necə cərəyan etdiyini bilir: əvvəlcə qəzetdə "araşdırmanın" anonsu verilir, sonra qəzetin bir neçə nüsxəsi haqqında məqalə yazılacaq adamlara göndərilir. Bəzən həmin adamlar pul təklif etmək üçün nəşrin əməkdaşlarıyla özləri əlaqə yaradırlar.

Jurnalist reketliyi ilə mübarizə aparmaq çətindir: Azərbaycanda KİV-in fəaliyyətini tənzimləyən ayrıca dövlət qurumu yoxdur, Ədliyyə Nazirliyi yalnız qəzetlərin qeydiyyatı məsələsinə baxır, saytlar qeydiyyatsız fəaliyyət göstərirlər.

İnternet resursunu ancaq məhkəmə qərarıyla bloklamaq mümkündür, bunun üçünsə zərərçəkən özü müraciət etməlidir, belə hallar nadirən baş verir. Azərbaycanda bloklama cəzası daha çox müxalif və müstəqil saytlara tətbiq edilir - prokurorluq onları milli təhlükəsizliyə xələl gətirməkdə günahlandıranda.

"Qara siyahı"nı hazırlayan Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, real səlahiyyətləri yoxdur. Şəmsəddin Əliyev deyir ki, əslində bu siyahı ictimai qınaq yaratmalıdır.

Azərbaycan korrupsiyanın qavranması indeksinə görə dünya üzrə 152-ci, mətbuatın azadlığının səviyyəsinə görəsə 180-ci yerdədir.

Dövlət orqanlarının fəaliyyəti üzərində müstəqil nəzarət mexanizmləri yoxdur deyə, çoxları rüşvət verib-almağı öz problemlərini həll etməyin ən sadə üsulu sayırlar.

Şəmsəddin Əliyev deyir ki, adamlar MŞ-yə şantajçılara pul verəndən sonra müraciət edirlər. Bu onları daha da ürəkləndirir və iki aydan sonra bir də gəlib pul istəyirlər.

İkinci səbəb kasıblıqdır: "Jurnalistikada reketçiliklə məşğul olan şəxslər digər peşələrdə uğur qazana bilməyənlərdir. Məsələn, biri mühəndisdir, amma pul qazana bilməyib. Gedib 50-60 manat verib domen alıb və guya jurnalistikayla məşğul olmağa başlayıb", Əliyev belə deyir.

"Hansısa əvvəllər polis işləyib, hansısa müəllim və ya biznesmen. Bu adamlar heç yerdə işləmədən pul qazanmağın mümkün olduğunu görüblər. Reketçiliyi mümkün edən səbəblərdən biri də insanların mətbuatda yazılanlara inanmasıdır - qəzetdə yazılıbsa, doğrudur", MŞ-nin rəhbəri, deputat Əflatun Amaşov belə deyir.

Əvvəllər Reportyorların Azadlığı və Təhlikəsizliyi İnstitutunda mətbuatın monitorinqiylə məşğul olmuş hüquq müdafiəçisi Rəsul Cəfərovsa Azərbaycanda KİV-in real fəaliyyəti üçün fundamental imkanlar olmadığını deyir. O hesab edir ki, qəzet və saytların reklam əldə etmək şansları olsaydı, reketçiliyin səviyyəsi kəskin azalardı: "Sahibkarlar Azərbaycandakı vəziyyəti bilirlər, başa düşürlər ki, öz təşəbbüsləriylə KİV-ə reklam versələr, onlara problem yaradılacaq".
"Qara siyahı"da olan nəşrlərin çox gurultulu adları var, məsələn, "Jurnalist və qanun", "Vətəndaş hüququ", "Xalqın müdafiəçisi", "Xalq nəzarəti" kimi. Siyahıdakı qəzetlərdən üçünun adında "korrupsiya", səkkizində "qanun" sözləri var. Çox vaxt bu qəzetlərin birinci səhifələrindəki materiallar aylarla dəyişilmədən qalır.

Ekspertlər deyirlər ki, bu nəşrlərdən hansının məhz şantaj üçün dərc edildiyini aydınlaşdırmaq çətindir. Siyahıdakıların çoxunun nümayəndələri özlərini reketçi saymırlar.

"Azərbaycan" nəşriyyatı "Mətbuat" prospektindəki boz, beton binada yerləşir. Binanın içində sovet dövründən qalma köhnə dekorasiyalar, cüyüldəyən lift, xoşagəlməz tualet və köhnə kitabxana qoxusu var.

Bir vaxtlar burada sovet mətbəə və nəşriyyatları olub, bu günsə yüzlərlə qəzet, jurnal və sayt yerləşir. Bir çox jurnalistlər bu binanı "reket jurnalistikasının qalası" hesab edir.

Otaqların birində "Korrupsiya və qanun" qəzetinin yaradıcısı və baş redaktoru Xuraman Quliyeva əyləşir. O, jurnalistikaya 2000-ci illərin əvvəlində gəldiyini, bundan əvvəl məktəbdə müəllimə işlədiyini deyir.

Quliyevanın sözlərinə görə, qəzetdə ancaq könüllülər çalışır, özü isə şikayətçilərin qəzetin ünvanına göndərdiyi 20-30 manatlıq ianələr hesabına yaşayır.

Həqiqətən də saytda dərc edilən materialların çoxu oxucuların şikayətləri əsasında hazırlanıb. Quliyeva deyir ki, məmurların və məhkəmələrin özbaşınalığı insanları mətbuata bir instansiya olaraq kömək yeri kimi baxmağa məcbur edib.

"Biz heç bir məmuru tərifləmirik, heç birindən də pul almırıq" deyən Quliyevanın qəzetini 2012-ci ildə "qara siyahı"ya daxil ediblər. Baş redaktor deyir ki, o vaxt həqiqətən də qəzetdə reketçiliklə məşğul olan əməkdaşlar olub: "Onların vəsiqələrini geri aldım. Bəziləri normal adamlardı, bəzilərini böhtançılıqla məşğul olmağa başqaları sövq edirdilər. Bəli, olub belə şeylər". Quliyeva xəbər tutan kimi həmin əməkdaşları işdən çıxardığını deyir.

"Korrupsiya və qanun" qəzetinin saytında bircə dənə banner yeri var, "Burda sizin reklamınız ola bilər" yazılıb. Quliyeva deyir ki, reklam tapmağa çalışmır, çünki ödəyəcəkləri məbləğ elə də böyük olmur, əvəzində əlavə vergilər ödəmək lazım gəlir. "Bu mətnləri, şikayətləri görürsənmi? Bizə kim reklam verər? Bax, gör nələrdən yazıram. Mənə kim maddi dəstək verər?"

Vətəndaşların şikayətlərindən başqa saytda müxtəlif məmurları korrupsiyada ittiham edən materiallar da var. Bəzilərində məmurlar özləri bir-birilərini ittiham ediblər. Eyni zamanda bəzi məqalələr bir neçə ildir əsas səhifədədir.

"Korrupsiya və qanun"u "qara siyahı"ya daxil edəndən bir il sonra Mətbuat Şurası Quliyevaya təklif edib ki, nəşrin adının ordan çıxarılmasıyla bağlı quruma müraciət etsin. Baş redaktor imtina edib - MŞ-dən nəsə xahiş etməyi özünə sığışdırmadığı üçün.

Nəşriyyatın binasında bir kişi BBC müxbirinin yanına qaçıb israrla hansısa torpaq məsələsində ona kömək etməyi xahiş edir. "Dövlət mənim işimlə məşğul olmur, ona görə qəzetləri gəzib şikayətimi bildirirəm. Bilmirəm, onlar kömək edəcəklər, ya yox. Kömək edə bilərsinizsə, sizin yanınıza gələcəm", həmin adam belə deyir.

"Korrupsiya və qanun"a mütəmadi olaraq belə şikayətçilər gəlir. Onlardan biri də tək və işsiz ana Səma Zərdablıdır. Səma azyaşlı uşağıyla yaşadığı evin bir ildən çoxdur ki, işığının kəsilməsi, qaz xəttininsə həmin evə ümumiyyətlə çəkilməməsi haqqında birnfəsə danışıb əlavə edir ki, onun adına 650 manat borc yazıblar. Körpəsi ikinci qışı soyuqda keçirəcək ana bu gün müxtəlif instansiyalara gedib bu borcun ona aid olmadığını sübut etməyə çalışır.

Xurman Quliyeva deyir ki, bəzən məqalələr və jurnalist sorğuları vasitəsilə ədalətə nail olmaq olur. Onlarla ərizəsinə cavab verilməyən şikayətçi ancaq qəzetə müraciət edəndən sonra uğur qazana bilir.

Məsələn, Səma redaksiyaya gələndən bir ay sonra o yaşayan evin elektrikini bərpa ediblər. "İndi biz çalışırıq ki, bu qadına normal ev versinlər, çünki o, çox pis şəraitdə yaşayır. Düzdür, işıq artıq var, amma qaz yoxdur", Quliyeva belə deyir.

Şakir məktəb müəllimidir, bir neçə başqa pedaqoqla birlikdə məktəb direktorunun kobudluğundan və vəzifə səlahiyyətlərini aşmasından şikayət edib:

"Biz bütün instansiyalara - nazirliyin yerli şöbəsindən tutmuş prezidentin administrasiyasına qədər hər yerə şikayət etmişdik. Ancaq Xuraman yazandan sonra Təhsil Nazirliyi şikayətimizi gördü və direktoru vəzifəsindən kənarlaşdırdı".

Şakir deyir ki, yad bir qadının onlara kömək etməyə hazır olması və qarşılığında heç nə istəməməsi onu təəccübləndirib.

***

Məsələnin başqa tərəfi də var - istənilən neqativ informasiya, hətta həqiqəti əks etdirməsə belə, xırda məmuru və ya rəhbəri işsiz qoya bilər.

"Düşünmürəm ki, bu problem ancaq bizim məktəbə aiddir. Mənə elə gəlir ki, bu qalmaqalla bağlı ümumi qorxu atmosferidir. Məsələn, atası jurnalist olan uşağa üç yazmaqdan qorxurlar ki, birdən o götürüb nəsə yazar", coğrafiya müəllimi Asif belə deyir.

"Direktoru və müəllimləri məktəbdəki çatışmazlıqlardan daha çox onun reputasiyası narahat edir, ona görə də onlar üçüncü dərəcəli jurnalistlərə pul verirlər", bu da Asifin sözləridir.

Asifin həmkarları bir il əvvəl jurnalistə vermək üçün 10 manatdan pul yığandan sonra ona belə xahişlə müraciət edən olmayıb. Asif düşünür ki, ona belə hallar barədə daha deməməyə başlayıblar:

"İndi pul məsələsinə görə mənə yaxınlaşmırlar. Düşünürəm ki, mənim itirilmiş adam olduğumu başa düşüblər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistlər polisləri şantaj ediblər?

    Jurnalistlər polisləri şantaj ediblər? ...

    19-02-2013, 10:15

  • 
  • Tanınmış jurnalist: "Əlimdəki məlumatları yaysam…"

    Tanınmış jurnalist: "Əlimdəki məlumatları ...

    29-06-2016, 15:52

  • 
  • Şikayət: məktəb direktoru pul yığır — Foto

    Şikayət: məktəb direktoru pul yığır — Foto ...

    17-09-2014, 16:32

  • 
  • “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna “reket jurnalistika” demək olmaz"

    “Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, ...

    29-10-2018, 22:13

  • 
  • "MTN bu saytları himayə edib"

    "MTN bu saytları himayə edib" ...

    20-11-2015, 18:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu