Özlərini “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru, redaktor müavini və müxbiri kimi təqdim edən 3 nəfər kamera vasitəsilə polis əməkdaşlarını çəkib və onları şantaj etməyə başlayıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, bu, fevralın 16-da saat 09:50-də Bakı-Qazax yolunun 267-ci km.-də baş verib. Belə ki, yol polisinin əməkdaşları Bakı şəhər sakini Rövşən Qafarovun idarə etdiyi avtomobili yol-hərəkəti qaydalarını pozduğuna görə saxlayıblar. Özlərini jurnalist kimi təqdim edən şəxslər bunu videoya çəkiblər. Fakt üzrə araşdırma aparılır. Polis şantajın məhz nədən ibarət olduğunu açıqlamır.
Sorğu
Yeni dizaynımız necədir?